Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycanda prioritet məsələlərdən biri Üç vacib məqam bilindi

Azərbaycanda prioritet məsələlərdən biri Üç vacib məqam bilindi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman prioritet məsələ olub. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir. Sözügedən məsələ hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir.

İctimai və dövlət maraqlarının qorunması və müdafiəsi məsələsinin daim aktual olaraq qalması bu baxımdan tamamilə qanunauyğundur. Azərbaycanda da ictimai və dövlət maraqlarının təmin olunması əsas istiqamətlərdən biri kimi ön sırada dayanır, prioritet sayılır və bu hal, şübhəsiz ki, həyata keçirilən uğurlu siyasətin bariz göstəricisidir. İctimai maraqlar dedikdə, ayrı-ayrı bir şəxsin maraqları yox, cəmiyyəti təşkil edən bütün fərdlərin rifahını əks etdirən ümumi maraqlar nəzərdə tutulur. Bu anlayış mahiyyət etibarilə fərdi çərçivədən çıxaraq ümumi məzmun kəsb edir və xüsusilə çoxluğun mənafeyini üstün tutan yanaşma kimi dəyərləndirilir. Buna görə də ictimai maraq anlayışı fərdi maraqla eyniləşdirilməməli və onlarla qarışdırılmamalıdır.

Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması istiqamətində son illərdə hansı institusional və hüquqi mexanizmlər gücləndirilib? Dövlət maraqları ilə ictimai maraqlar arasında balansın qorunması praktikada necə təmin olunur? Vətəndaş cəmiyyəti institutları ictimai maraqların müdafiəsində hansı rolu oynayır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, dövlət və ictimai maraqlar arasında balansın qorunması Azərbaycanda əsas prioritet məsələlərdən biridir:

“Hesab edirik ki, bu balansın təmin olunması üçün üç əsas mexanizm mövcuddur və hazırda ölkəmizdə bu mexanizmlər yüksək səviyyədə formalaşıb.

Birinci mexanizm Konstitusiya çərçivəsində müəyyən edilən dövlət maraqlarıdır. Bu maraqlar təhlükəsizlik, suverenlik və ictimai sabitlik prizmasından müəyyən olunur. İctimai maraqlar isə vətəndaşların hüquq və azadlıqlarının qorunması və təmin edilməsi ilə ifadə olunur.

İkinci mühüm mexanizm hakimiyyət qolları arasında balansdır. Xüsusilə məhkəmə hakimiyyətinin rolu burada ön plana çıxır. İnzibati qərarların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı vətəndaşların hüquqlarının praktik şəkildə qorunmasına şərait yaradır. Vətəndaşlar yaranan mübahisə və problemlərin həllində məhkəmə qərarlarını effektiv və istiqamətləndirici vasitə kimi qəbul edirlər”.

Vüqar İskəndərov

Millət vəkili qeyd edib ki, üçüncü mexanizm ictimai iştirakçılıqdır:

“Normativ hüquqi akt layihələrinin ictimai müzakirəyə çıxarılması, ictimai şuraların fəaliyyəti və dövlət qərarlarının hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı bu balansın möhkəmlənməsinə xidmət edir. Dövlət maraqları hüquqi əsaslandırma tələb etdiyi halda, ictimai maraqlar şəffaf mexanizmlərlə qorunur və bu iki istiqamət arasında tarazlıq daim təmin edilməlidir.

Xüsusilə Azərbaycanın inklüziv cəmiyyətin formalaşdırılması, vətəndaşların dövlət idarəçiliyində iştirakının artırılması, dövlət strukturlarında əlçatanlığın təmin olunması və vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində atdığı addımlar mühüm əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları və ictimai birliklər sosial problemlərin həlli istiqamətində sorğular və monitorinqlər aparmaqla bu prosesə töhfə verirlər. Media və ekspert qrupları ictimai nəzarət funksiyasını həyata keçirir, sosial layihələr vasitəsilə dövlət siyasətinin təkmilləşdirilməsinə dəstək göstərirlər.

Vətəndaş cəmiyyəti dövlətə alternativ deyil, onu tamamlayan mexanizmdir. Güclü dövlət aktiv vətəndaş cəmiyyəti ilə daha dayanıqlı və möhkəm olur. Bu baxımdan, ölkəmizdə dövlət və ictimai maraqların müdafiəsi artıq təkcə siyasi mövqe deyil, institusional mexanizmlərlə təmin olunan sistemə çevrilib.

Müasir dövrdə yaranan yeni çağırışlar — qlobal transformasiya, rəqəmsallaşma və süni intellektin dövlət idarəçiliyində tətbiqi — bu balansın qorunmasını daha da aktuallaşdırır. Rəqəmsallaşma antikorrupsiya tədbirlərinin gücləndirilməsi, ictimai iştirakçılıq mexanizmlərinin genişləndirilməsi ilə paralel şəkildə həyata keçirilməlidir.

Dövlət maraqları milli təhlükəsizliyin qorunmasına, ictimai maraqlar isə vətəndaş hüquqlarının təmininə xidmət edir. Əsas məsələ bu iki xəttin hüquqi çərçivədə uzlaşdırılmasıdır və bu sahədə ölkəmizdə siyasi iradə mövcuddur. Nəticə etibarilə, dövlət və ictimai maraqların uzlaşdırılması Azərbaycanda strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən biridir və bu yanaşma dövlət siyasətinin prioritetlərindən biri kimi təsdiq edilməlidir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ictimai və dövlət maraqlarının müdafiəsi;

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri