Icma.az
close
up
RU
Azərbaycanda hemofiliyanın müalicəsi dayanıqlı inkişafın milli prioritet hədəflərindən biri kimi

Azərbaycanda hemofiliyanın müalicəsi dayanıqlı inkişafın milli prioritet hədəflərindən biri kimi

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü Maddəsinə əsasən,əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunması,ekoloji təhlükəsizliyin təmin edilməsidir. Dayanıqlı inkişafın əsas məqsədlərindən biri yaşından asılı olmayaraq əhalinin sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaqdır.Məlumdur ki,ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir.Cəmiyyətimizdə hər bir insanın fərdi sağlamlığı onun irsi-genetik göstəricilərindən,əmək və həyat fəaliyyətindən,ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sosial-sanitariya yardımının əlçatanlığından asılıdır.Bu baxımdan ölkəmizdə hemofiliya kimi irsi qan xəstəliyinə yanaşma çox diqqətəlayiqdir.Hemofiliya qan laxtalanmasının pozulması ilə gedən, dünyada hər 10 min yenidoğulmuşdan birində təsadüf olunan irsi qan xəstəliyidir. Azərbaycan dünyanın hemofiliya və digər qanaxma pozğunluqlarının çox yayıldığı ölkələrindəndir,1800-ə qədər qeydiyyatda olan pasient vardır.Ölkəmizdə qeyd olunan xəstəliyin bu səviyyədə rastgəlmə səbəbi qohum nigahlarının tezliyi ilə bilavasitə əlaqədardır.Azərbaycanın iqtisadi və inzibati şəhərlərində hemofiliya xəstəliyinin yeni hadisələri və yayılma tezliyi bir-birindən kəskin fərqlənir, yüksək göstəricilər Aran iqtisadi rayonunda,Bakı və Sumqayıt şəhərlərində, Göyçay, Beyləqan, Zərdab,İmişli rayonlarda müşahidə olunur. Xəstəliyin bu intervalda yayılması,əsasən Bakı və Sumqayıt şəhərlərində rastgəlmə tezliyinin üstünlüyü tibbi-sanitar yardımın əlçatanlığı ilə əlaqədardır. Qanaxmalara meyllik müayinə, müalicə, sosial-psixoloji aspektdən istər xəstələr, istərsə də ailələrini ciddi yük altında qoyur. Bu səbəbdən bütün dünyada irsi qan xəstəliklərinə xüsusi diqqət ayrılır.Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi tanınmış qeyri-hökumət təşkilatı olan Ümumdünya Hemofiliya Federasiyasının 2025-ci ilə qədər müəyyən olunmuş strateji yol xəritəsində “Hamı üçün müalicə” prinsipi əsas götürülmüşdür.Bu ideologiya yaşadığı ölkədən, irqindən, dinindən asılı olmayaraq bütün hemofiliyalı insanların adekvat müalicə ala bilməsini hədəf seçmişdir.

Ölkə rəhbərliyinin sosialyönümlü siyasəti çərçivəsində aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti isə xüsusi vurğulanmalıdır.

Hemofiliyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı son illər Azərbaycanda bir sıra mühüm tədbirlər görülüb. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş,2006-2010-cu illər,2011-2015-ci illər,2015-2020-ci illər üçün təsdiq edilmiş Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Qeyd olunan tədbirlər bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olub, hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub.

Beləliklə, həyata keçirilmiş tədbirlərin Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsədlərə uyğun milli prioritet hədəflər qismindən “2030-cu ilədək profilaktik və müalicə vasitələrinin qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarının 1/3-ə qədər azaltmaq və əqli sağlamlığı,sağlam yaşayışı təşviq etmək” və “Maliyyə riskindən qoruma da daxil olmaqla,hamı üçün təhlükəsiz, keyfiyyətli, əlçatan şəkildə əsas dərman preparatlarına çıxış imkanına nail olmaq”maddəsinin müddəalarına tamamilə uyğun gəldiyini vurğulamaq olar.

Kazımova Mehparə Musa qızı

Tibb üzrə fəlsəfə doktoru, hematoloq.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,

hematologiya kafedrası.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri