Icma.az
close
up
RU
Azərbaycanda qadın zorakılığı: Tək qanun deyil, düşüncə də dəyişməlidir

Azərbaycanda qadın zorakılığı: Tək qanun deyil, düşüncə də dəyişməlidir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 25-də dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd qadınlara qarşı zorakılıq probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bu halların qarşısının alınması istiqamətində mübarizəni gücləndirmək və cəmiyyətdə maarifləndirməni artırmaqdır.

BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Qadınlara qarşı zorakılıq dedikdə onların fiziki, psixoloji, emosional, iqtisadi və cinsi zorakılığa məruz qalması nəzərdə tutulur. Bu hallar həm ailə daxilində, həm də cəmiyyətin müxtəlif sahələrində baş verə bilər.

Problemin aradan qaldırılması üçün hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi, zərərçəkmiş şəxslərin müdafiəsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və ictimai həmrəyliyin artırılması mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda da qarınlara qarşı zorakılıq məsələsi zaman-zaman gündəmə gəlir. Bəs, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı mövcud vəziyyət necədir? 

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, qadınlara qarşı zorakılıq daha dərin sosial problemin göstəricisidir:

"Azərbaycanda qadınlara qarşı zorakılıq problemini qiymətləndirərkən, bu məsələyə yalnız qeydə alınan cinayət hadisələri və məişət münaqişələri çərçivəsində yanaşmamalıyıq. Bu, daha dərin sosial, psixoloji, iqtisadi və mədəni səbəbləri olan mürəkkəb problemdir. Ən ciddi məqamlardan biri odur ki, qadınlara qarşı zorakılığın bütün formaları cəmiyyətdə eyni dərəcədə zorakılıq kimi qəbul edilmir. Fiziki zorakılıq daha çox görünür və birmənalı şəkildə pislənir.

Lakin psixoloji təzyiq, təhqir, təhdid, iqtisadi asılılıq yaratmaq, qadının işləməsinə və sərbəst qərar verməsinə mane olmaq, sosial əlaqələrini məhdudlaşdırmaq bəzən ailədaxili münasibətlərin adi halı kimi təqdim edilir. Halbuki bunların hər biri qadının şəxsiyyətinə, ləyaqətinə və azadlığına müdaxilədir. Mənim fikrimcə, problemin əsas səbəblərindən biri zorakılığa münasibətdə formalaşmış yanlış ictimai düşüncədir".

O qeyd edib ki, bəzi ailələrdə hələ də qadının susması, dözməsi, ailənin dağılmaması naminə hüquqlarından imtina etməsi gözlənilir:

"Belə yanaşma zorakılıq törədən şəxsin məsuliyyətini arxa plana keçirir, zərərçəkmiş qadını isə öz vəziyyətinə görə günahlandırır. Problemin miqyasını rəsmi statistik rəqəmlər də göstərir. Qadınların hüquqi maarifləndirməsi artır. Əvvəllər ailədaxili zorakılıqla üzləşən qadınların bir hissəsi bunu ailənin şəxsi məsələsi hesab edir, susmağa üstünlük verirdi. İndi qadınlar öz hüquqlarını daha çox araşdırır, ictimaiyyətə müraciət edir, hüquqi və psixoloji dəstək axtarırlar. İkincisi, zorakılığın mahiyyətinə münasibət dəyişir.

Artıq cəmiyyətdə təkcə fiziki şiddət deyil, psixoloji və iqtisadi zorakılıq da daha çox müzakirə olunur. Qadının təhqir edilməsi, alçaldılması, təhdid olunması, maddi baxımdan asılı vəziyyətdə saxlanılması da zorakılığın formaları kimi qəbul edilməyə başlayıb. Digər məsələ qanunvericilikdə müəyyən təkmilləşdirmələr aparılıb. Xüsusilə 2025-ci ilin yanvarında qüvvəyə minən dəyişikliklər əhəmiyyətlidir. Yeni prosedurlara əsasən, məişət zorakılığı ilə bağlı müraciətə baxılarkən qısamüddətli mühafizə orderi 24 saat ərzində verilməli, şikayətə isə beş gün ərzində baxılmalıdır. Zərərçəkmiş şəxsin tələbi ilə prosesə vəkil və psixoloqun cəlb edilməsi də nəzərdə tutulur. Bu, hüquqi müdafiə mexanizmlərinin daha operativ işləməsi baxımından vacib addımdır".

Nailə İsmayılova vurğulayıb ki, bununla belə, qanunvericiliyin təkmilləşdirilməsi problemin tam həlli demək deyil:

"Burada bir neçə əsas məsələyə diqqət yetirmək istərdim. İşləməyən, öz gəliri və yaşayış yeri olmayan qadınlar iqtisadi asılılıq səbəbindən zorakılıq mühitindən ayrılmaqda daha çox çətinlik çəkirlər. Boşanmış, zorakılıq barədə danışan qadına münasibətdə olan mövcud stereotiplər onların susmasına səbəb olur. Zərərçəkmiş qadının təhlükəsiz sığınacaq, hüquqi yardım, psixoloji dəstək və məşğulluq imkanlarına çıxışı təmin edilməlidir. Bəzən qadın zorakılıqla bağlı müraciət etdikdən sonra belə onun təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur".

O bildirib ki, xüsusilə regionlarda yaşayan, ailə və ictimai çevrənin təzyiqi ilə üzləşən qadınların vəziyyəti diqqətdə saxlanılmalıdır:

"Onların bir qismi yaşadığı zorakılığı açıqlamağa, hüquq-mühafizə orqanlarına müraciət etməyə, hətta öz yaxınlarından kömək istəməyə belə çətinlik çəkir. Mən hesab edirəm ki, mübarizə yalnız zorakılıq hadisəsi baş verdikdən sonra tədbir görməklə məhdudlaşmamalıdır. Əsas məqsəd zorakılığın qarşısını almaq olmalıdır.

Bunun üçün hər rayonda qadınlar üçün əlçatan hüquqi və psixoloji yardım xidmətləri genişləndirilməlidir, zərərçəkmiş qadınlar üçün təhlükəsiz sığınacaqların və sosial reabilitasiya mərkəzlərinin sayı artırılmalıdır, qtisadi asılılığı aradan qaldırmaq üçün peşə hazırlığı, məşğulluq və kiçik biznes imkanları yaradılmalıdır. Eyni zamanda məktəblərdə və ali təhsil müəssisələrində sağlam münasibətlər, gender bərabərliyi və zorakılıqsız ünsiyyət mövzularında maarifləndirmə aparılmalıdır.

Zorakılıq törədən şəxslərlə psixoloji və davranış korreksiyası istiqamətində iş gücləndirilməli, qadınlara qarşı zorakılıq hallarının erkən müəyyənləşdirilməsi üçün sosial xidmətlər, tibb müəssisələri, polis və QHT-lər arasında əlaqələndirmə gücləndirilməlidir. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: qadınlara qarşı zorakılıqla mübarizə yalnız qadınların problemi deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu mübarizədə kişilərin, ailələrin, təhsil müəssisələrinin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin üzərinə də ciddi məsuliyyət düşür".
Nailə İsmayılova əlavə edib ki, uşaqlara kiçik yaşlarından güc tətbiq etməyin üstünlük deyil, qarşı tərəfin hüquqlarına hörmət etməyin isə zəiflik olmadığını öyrətməliyik:

"Ailədə qadının fikrinə hörmət edilməli, onun seçimləri və müstəqilliyi qəbul olunmalıdır. Ən əsası, qadını zorakılıqdan qorumaq üçün onun mütləq faciə ilə üzləşməsini gözləməməliyik. İlk təhdid, ilk psixoloji təzyiq, ilk zorakılıq əlaməti ciddi qəbul edilməlidir.

Hesab edirəm ki, qadının özünü təhlükəsiz hiss etmədiyi ailədə sağlam ailə münasibətlərindən danışmaq mümkün deyil. Ailənin qorunması qadının susdurulması hesabına baş verməməlidir. Ailə həm qadının, həm kişinin, həm də uşaqların özünü təhlükəsiz, dəyərli və azad hiss etdiyi məkan olmalıdır. Qadına hörmət, əslində, insanlığa hörmətdir. Zorakılıqsız cəmiyyət isə yalnız qanunlarla deyil, düşüncə və davranış mədəniyyətinin dəyişməsi ilə qurulur".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri