Kivu “İnter”dən Çempionlar Liqasında daha yaxşı oyun tələb edir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın “İnter” futbol komandasının baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Almaniyanın “Ştutqart” klubu ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının A Seriyasında “Atalanta” ilə 4:4 hesablı heç-heçəsindən sonra müəyyən çatışmazlıqları aradan qaldırmalı olduğunu vurğulayıb.
“Berqamoda baş verənləri təhlil etdik. Hər şeyi sakit şəkildə dəyərləndirməliyik. “Ştutqart” fiziki cəhətdən güclü komandadır. Pyotr Zelinski oynaya bilməyəcək. Markus Türam və Lautaro Martineslə bağlı isə oyun günü qərar verəcəyik”, - deyə Kivu qeyd edib.
Baş məşqçi “İnter”in yenidən Avropa futbolunun elitasına qayıtdığını, lakin komandanın 90 dəqiqə ərzində daha sabit oyun nümayiş etdirməli olduğunu söyləyib.
“Çempionlar Liqasında özümüzü göstərmək üçün növbəti fürsətimiz var. Turnir cədvəlindəki mövqeyimizi və hədəflərimizi yaxşı bilirik. Özümüzün ən yaxşı versiyamıza çevrilməliyik. Təkəbbürə yol vermədən, təvazökarlığımızı qoruyaraq öz oyunumuzu oynamalıyıq”, - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, Milanda keçiriləcək “İnter” - “Ştutqart” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Baxış sayı:82
Bu xəbər 25 Noyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















