Icma.az
close
up
RU
Azərbaycanda qadınları SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda qadınları SEVİNDİRƏCƏK XƏBƏR

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qadın sahibkarlığın inkişafı bu gün prioritet məsələlərdən biridir. Bu gün fərdi sahibkarların 77 faizini kişilər, 33 faizini isə qadınlar təşkil edir.

BAKU.WS xəbər verir ki, Azərbaycanda hər 5 sahibkardan biri qadın olsa da, kiçik sahibkarlarda qadınların payı 16 faiz, orta sahibkarlarda isə 8 faizdir. İri sahibkarlarda isə qadınlar təmsil olunmur. 

Orta və iri sahibkarlıqda qadınların payının artırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi çox vacibdir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, qadınlarla kişilərin əməkhaqları arasında fərq var. Belə ki, 2024-cü ilin yekunlarında qadınların orta aylıq əməkhaqqısı 791 manat, kişilərin orta aylıq əməkhaqqısı isə 1160 manatdır:

"Burada bir sıra obyektiv məqamlar var. Bütün bunlar orta aylıq əməkhaqqısı nisbətən az olan qadınların pensiya məbləğlərinə də təsir göstərir. Xüsusən də qadınların pensiyaları hesablanan zaman keyfiyyət meyarlarından və ya bir sıra ölkələrdə olduğu kimi xüsusi əmsallardan istifadə edilməsi məqsədəuyğun olardı. 

2024-cü ildə qadınlara 18,8 milyon manat güzəştli kredit verilib və bu 2023-cü illə müqayisədə 2,4 milyon manat çoxdur. Amma biz bütövlükdə güzəştli kredit portfelinə diqqət yetirsək, 2024-cü ildə güzəştli kredit portfeli 248 milyon manat olub. Bu o deməkdir ki, güzəştli kredit portfelinin cəmi 7,5 faizi qadın sahibkarlara təqdim olunub. Bu isə ondan xəbər verir ki, xüsusən də qadın sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması olduqca vacibdir.

Daha yaxşı olardı ki, qadın sahibkarın stimullaşdırılması ilə bağlı potensial vasitə və alətlərin də məlumatda qeyd olunması həyata keçirilərdi. Eləcə də məlumatda bir müddət cəmiyyətdə müzakirə olunan aliment fondunun yaradılması da təklif olunur. Bununla belə, daha yaxşı olardı ki, bu fondun yaradılmasının maliyyə mənbələri və belə bir fond yaradılarsa, boşanmaların sayına təsiri də ayrıca olaraq qiymətləndirilsin".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri