Icma.az
close
up
RU
Azərbaycanda qarşıdakı üç gün İSTİ OLACAQ

Azərbaycanda qarşıdakı üç gün İSTİ OLACAQ

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 4-də, 5-də və 6-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək:
“Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi oktyabrın 5-i gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti olacaq. Yaxın günlər ərzində hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.
G.Məmmədova bildirib ki, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti oktyabr ayı üçün spesifikdir:
“Belə istilər əvvəllər də müşahidə edilib, oktyabr ayında isti hava şəraiti mövcud olub. Ümumiyyətlə oktyabr ayı keçid ayıdır. Yay fəslinin sonu, payız fəslinin başlanğıcıdır. Bu zaman hava şəraitində həm isti, həm də soyuq hava şəraiti müşahidə olunur.
Ümumiyyətlə oktyabr ayı soyuq hava şəraiti kimi xarakterizə olunur. Buna kəskin istiləşmə demək olmaz, sadəcə temperaturun yüksəlməsi müşahidə olunacaq. Bu gün havanın temperaturu 21 dərəcədirsə, yaxın üç gündə 25 dərəcə olacaq”, - deyə o vurğulayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri