Icma.az
close
up
RU
Azərbaycanda Qazaxıstan modeli? 500 min manat pul qarşılığında...

Azərbaycanda Qazaxıstan modeli? 500 min manat pul qarşılığında...

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Miqrasiya Məcəlləsinin 52-ci maddəsində konkret olaraq, bir bənd var ki, bu ölkə ərazisində 2 il ərzində müvəqqəti yaşama icazəsi ilə fasiləsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində daimi yaşamaq icazəsinin alınması ilə bağlı hallar müəyyən olunub. Burada bir məqam var ki, ölkə iqtisadiyyatına qoyulan investisiya məbləği azı 500 min manat olduqda, daimi yaşamaq icazəsi üçün müraciətin edilməsinə əsas yaradan bir hal kimi dəyərləndirilir. Yəni faktiki olaraq, Qazaxıstanda tətbiq olunan model, Miqrasiya Məcəlləsində qismən öz əksini tapıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O, qeyd edib ki, təşviqedici viza proqramları dünyanın bir çox ölkəsində məşhurdur:

“Belə viza proqramları bir çox ölkələrdə məşhurdur və beynəlxalq praktikada geniş tətbiq olunur. Avropada, BƏƏ-də, Sinqapurda, ABŞ-də bu üsuldan kifayət qədər fəal surətdə istifadə edirlər. Bu kapitalın, texnologiyaların cəlb olunması və işgüzar fəallığın artırılması üçün kifayət qədər effektiv bir alət hesab olunur. 

Bu səbəbdən, Qazaxıstan da artıq belə bir yanaşmaya baş vurub. Bir növ özünün investisiya modelini quraraq, daha əlverişli mühit və ölkəyə gələcək investorların hüquqi fəaliyyətlərinin təmin olunması, onlar arasında etimadın qurulması baxımından təkmil bir alətdir. O ki qaldı Azərbaycanda belə bir qaydanın tətbiq olunmasına, bəli, Azərbaycanda da viza sahəsində çox ciddi və maraqlı hadisələr baş verməkdədir. 

Bu hadisələr həm də ölkənin miqrasiya mühitinə çox müsbət təsir edir. Bu yaxınlarda cənab prezident Çinin CGTN telekanalına müsahibə verərkən, Çin vətəndaşlarının Azərbaycana gəliş üçün viza almaq tələbindən 2024-cü ildə azad olması ilə bağlı məlumat vermişdi. Faktiki olaraq, bu həm də Azərbaycanla Çin arasında vizasız gediş-gəlişin geniş şəkildə tətbiqində maraqlı olduğunu göstərən bir haldır”. 

Millət vəkili diqqətə çatdırıb ki, gələcəkdə xarici investorların müraciətləri əsasında, bu məsələ ilə bağlı qanunvericiliyə yenidən baxıla bilər:

“Burada əsas niyyət, təbii ki, ölkə ərazisinə Çinli vətəndaşların daha geniş şəkildə daxil olması üçün əlverişli mühitin yaradılması ilə bağlı idi. Cənab prezidentin Çinə olan sonuncu səfəri zamanı çox vacib bir sənəd imzalandı. Artıq Azərbaycan vətəndaşları üçün də viza qaydaları götürülür və nəticə etibarı ilə 2 ölkə arasında vizasız gediş-gəliş tətbiq olunur. Bu olduqca vacib bir təşəbbüsdür. Bu, miqrasiya mübadiləsinin inkişaf etdirilməsinə xidmət edən bir addımdır. 

Təbii ki, gələcəkdə investorlar üçün əlavə imkanların yaradılmasını özündə ehtiva edən bir yanaşma tətbiq edilə bilər. Amma bu gün qüvvədə olan Miqrasiya Məcəlləsinin 52-ci maddəsində konkret olaraq, bir bənd var ki, bu ölkə ərazisində 2 il ərzində müvəqqəti yaşama icazəsi ilə fasiləsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində daimi yaşamaq icazəsinin alınması ilə bağlı hallar müəyyən olunub. 

Burada bir məqam var ki, ölkə iqtisadiyyatına qoyulan investisiya məbləği azı 500 min manat olduqda, daimi yaşamaq icazəsi üçün müraciətin edilməsinə əsas yaradan bir hal kimi dəyərləndirilir. Yəni faktiki olaraq, Qazaxıstanda tətbiq olunan model, Miqrasiya Məcəlləsində qismən öz əksini tapıb. Gələcəkdə təbii ki, xarici investorlar tərəfindən müraciətlər olarsa, bu da aidiyyəti üzrə dəyərləndirilə bilər. Belə olduğu təqdirdə, istənilən halda qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və həmin müddəalar üzrə inkişaf etdirilməsi zərurəti formalaşa bilər”.

Qeyd edək ki, Qazaxıstanda 10 il yaşamaq icazəsi almağa imkan verən “qızıl viza” proqramı başladılıb. Qazaxıstana 300 000 dollar sərmayə qoyan əcnəbilər viza üçün müraciət edə bilərlər.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri