Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Paytaxtda Zəfər təntənələri

Paytaxtda Zəfər təntənələri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Artıq neçə gündür ki, Bakımız bayramsayağı bəzədilib. Hər tərəfdə – uca dirəklərdə, eyvanlarda, vitrinlərdə üçrəngli bayrağımız qürurla dalğalanır. Musiqi sədaları payız küləklərinə qoşularaq dalğa-dalğa ətrafa yayılır. Möhtəşəm Hərbi parad, Qələbə marşları, hərbi qulluqçular və döyüş texnikasının paradı həm Zəfər Gününün, həm də Dövlət Bayrağı Gününün təntənələri şəhərdə əsl bayram ovqatı yaradıb. Qardaş Türkiyə və Pakistan rəsmilərinin, çeşidli silahlı qüvvələrin yürüşü hər kəsə ecazkar təsir bağışlayıb.

Bakının ayrı-ayrı rayonlarında da rəngarəng bayram tədbirləri keçirilib və Vətən müharibəsində 44 günlük Zəfər yürüşünün tarixi, ictimai-siyasi önəmindən, qəhrəmanlıq salnaməmizin silinməz səhifələrinə çevrilməsindən iftixarla bəhs olunur. Həmin bayram mərasimlərinin bir qismindən qeydləri oxucularımıza təqdim edirik.

Nəsimi

Paytaxtın Nəsimi rayonundakı idarə və müəssisələrdə, təhsil ocaqlarında Zəfər Günü silsilə tədbirlərlə əlamətdar olub.

Mərasimlərdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Məktəblilər təqdim etdikləri şeir, mahnı və kompozisiyalarla tədbir iştirakçılarına xoş ovqat yaşadıblar.

Bayramqabağı abadlıq tədbirləri çərçivəsində rayonun küçə və parklarında, məhəllələrində xeyli iş görülüb. Zəfər Günü münasibətilə “Abad həyət” sakinlərin istifadəsinə verilib və ağacəkmə aksiyası keçirilib. Bayram ərəfəsində Nizami Kino Mərkəzinin inzibati binasında növbəti əmək yarmarkası təşkil edilib.

Səbail

Milli qürurumuzun təntənəsi olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü Səbail rayonunda təmtəraqla qeyd olunub.

Bayram mərasimində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən iftixarla bəhs edilib, şəhid ruhları ehtiramla anılıb. Natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsini, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiyanın tam yerinə yetirildiyini diqqətə çatdırıblar.

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib. Sonda məlum 23 saatlıq antiterror əməliyyatından bəhs edən “Səbrin sonu” sənədli filmi nümayiş olunub.

Səbaillilər Badamdar qəsəbəsindəki qəbiristanlıqda Vətən müharibəsi şəhidlərinin məzarlarını və “Şəhidlər” abidə kompleksini də ziyarət ediblər.

Yasamal

Rayon ictimaiyyəti Zəfər Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını, Yasamal rayon şəhidlər xatirə kompleksini və Hərbi Memorial Məzarlığı ziyarət edib. Ümummilli liderin və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Suverenliyimizin Zəfər təntənəsi” adlı bayram gecəsi iştirakçılara xoş ovqat bəxş edib. Gecədə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin siyasi rəhbərliyi və sərkərdəlik məharəti ilə Vətən müharibəsində qazanılan qələbənin müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara həkk olunduğunu bildiriblər. Qeyd edilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Çıxışlardan sonra Vətən müharibəsinə həsr edilən filmə baxış keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyasının incəsənət ustalarının ifasında bayram konserti ilə başa çatıb.

Suraxanı

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Suraxanıda “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Əvvəlcə Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə düzənlənən “Zəfərin ruhu” adlı fotosərgiyə baxış olub. Orada nümayiş olunan əsərlər Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirirdi.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri azadlığına qovuşmuş Şuşa şəhərinə sancılan və Qələbəmizin rəmzinə çevrilən Zəfər bayrağının fəxri qaravolun müşayiətilə zala gətirilməsi ilə başlanıb. Bakı Bələdiyyə Teatrının aktyorları 2020-ci il 27 sentyabrda başlanan müqəddəs savaşın tarixindən söhbət açıb, ulu öndər Heydər Əliyevin zəkasının işığında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Qələbədən bəhs edən kompozisiyalarla çıxış ediblər. Zəfərimizi tərənnüm edən mahnılar, xoreoqrafik kompozisiyalar təqdim olunub.

Nizami

Zəfər Gününün qeyd olunması Nizami rayonunda “Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksinin və Keşlə Şəhidlər xiyabanının ziyarəti ilə başlanıb. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri abidələr önünə gül dəstələri düzüb, canlarını Vətənə qurban verən qorxmaz oğullarımızın xatirələrini ehtiramla yad ediblər.

Bayram ərəfəsində isə rayon icra hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə deputatların, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə “Şanlı Zəfər – milli qürurumuzun təntənəsi” adlı ümumrayon tədbiri keçirilib. Şəhid Kənan Süleymanlının anası Səadət Şirəliyeva və Vətən müharibəsi iştirakçısı Zöhrab Vəliyev çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda bayram konsert proqramı nümayiş olunub, Fövqəladə Hallar Nazirliyi Akademiyasının Orkestrinin və tanınmış incəsənət nümayəndələrinin milli-vətənpərvərlik mövzularında çıxışları dinlənilib.

Binəqədi

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Binəqədi rayonunun küçə və prospektləri başdan-başa Azərbaycan Respublikasının üçrəngli bayrağı ilə bəzədilib.

Silsilə tədbirlər çərçivəsində Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin yaxınlığında yerləşən ərazidə ağacəkmə aksiyasında hər kəs həvəslə iştirak edib. 600-dən çox meşə ağacları və dekorativ kollar əkilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “8 Noyabr – qürurumuzun, varlığımızın, birliyimizin təntənəsi” adlı ümumrayon mərasimi iştirakçılara unudulmaz təsir bağışlayıb. Şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş sənədli film göstərilib. Sonra çıxış edən natiqlər vurğulayıblar ki, qazanılan Qələbə yalnız silahın deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın dəmir birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, səslənən hər azan o möhtəşəm günlərin davamıdır. Bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaq.

Tədbirin bədii hissəsində “Amarok” ritm qrupunun, populyar müğənnilərin ifasında biri-birindən gözəl musiqilər səslənib. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında möhtəşəm “Zəngəzur yallısı” nümayiş edilib. Sonda iştirakçılar böyük atəşfəşanlığı seyr ediblər.

Xəzər

Zəfər Günü ilə bağlı toplantıda rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.

Əvvəl rəsm sərgisi nümayiş olunub. Ardınca tarixi qələbəmizə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib. Çıxışlarda tarixi günün ümummilli önəmindən danışılıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək əbədiyyət ünvanlı oğulların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan hədsiz razılığını ifadə edib.

Çıxışlardan sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert proqramı iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Dövlət Sərhəd Xidməti

Vətənimizin qəhrəman sərhədçilərinin də sevinc və fərəh duyğuları sonsuz idi. Xidmətin struktur qurumlarında və hərbi hissələrində bayram təntənələri yaddaqalan olub.

DSX aparatında keçirilən mərasimdə Vətən müharibəsində qazanılan tarixi Qələbənin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, sərkərdə məharəti, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin misilsiz fədakarlığı və qəhrəmanlığı nəticəsində əldə olunduğunu xüsusi vurğulayan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə Vətən müharibəsi zamanı DSX-nin qarşısına qoyulan tapşırıqların layiqincə icra olunduğu bildirilib, keçirilən əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqlarından danışılıb, igidlikləri ilə örnək olan şəhidlərimizin hər zaman ehtiramla xatırlanacağı, qanları ilə yazdıqları tarixi Zəfərin daim uca tutulacağı böyük qürur hissi ilə qeyd edilib.

Tədbirin sonunda Böyük Zəfərə həsr olunan “Dövlət xətti” sənədli filmi nümayiş olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Zəfər Gününün 5-ci ildönümünü nazirlik rəsmiləri və əməkdaşları Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası ilə əlamətdar ediblər. Yerli torpaq–iqlim şəraitinə uyğun olaraq çoxlu sayda Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələri üzvlərinin iştirakı ilə Zəfər Günü qeyd olunub. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər böyük tarixi hadisə olmaqla yanaşı, Azərbaycan xalqı üçün daimi qürur mənbəyidir. Bildirilib ki, bu möhtəşəm Qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunub.

Dövlət Su Ehtiyatları Agentliyi

Bayram mərasimdə Agentliyin rəhbər heyəti, şöbələrin əməkdaşları, həmçinin şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər 44 günlük Vətən müharibəsinin xalqımızın birlik, cəsarət və qətiyyət rəmzinə çevrildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycan tarixində əbədi iz qoyduğunu vurğulayıblar.

Əqli Mülkiyyət Agentliyi

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı–Şamaxı yolunun Pirəkəşkül ərazisindən keçən hissəsində “44 ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən aksiya zamanı ərazidə Eldar şamı və zeytun ağaclarının hər birindən 44 ədəd əkilərək aqrotexniki qaydada qulluq göstərilib.

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçirilən aksiyanın əsas məqsədlərindən biri həm də ekoloji vəziyyətin sağlamlaşıdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşfiq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Səhifəni hazırladı:
Ə.NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri