Icma.az
close
up
RU
Zəfərin geostrateji kodları Azərbaycan özünü regionda yeni nizam yaradan güc kimi strukturlaşdırır

Zəfərin geostrateji kodları Azərbaycan özünü regionda yeni nizam yaradan güc kimi strukturlaşdırır

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam edib. Müharibə noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir.

Moderator.az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Ermənistan üzərindəki qələbənin effektiv nəticələri

8 Noyabr - Zəfər Günü kəskin təzadlı dünya nizamında və qlobal idarəetmədə hüquqi cəhətdən problemlərin olduğu zamanda Azərbaycanın Ermənistan üzərində genişmiqyaslı qələbəsinin effektiv nəticələrini ortaya qoyur.

Azərbaycan Ermənistan üzərində qələbənin məntiqi davamı olaraq 2023-cü ilin sentyabrında antiterror əməliyyatları keçirərək regionda separatizmə son qoydu. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa edilməsi dövlət suverenliyinin təmin edilməsi prosesi ilə birləşdi. Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiya prosesi çərçivəsində Qazaxın İrəvanın nəzarətində olan 7 kəndindən 4-nün qaytarılmasına nail olması isə diplomatiya vasitələrinin və siyasi alətlərin masada nə qədər güclü olduğuna dəlalət etdi.

Bir sözlə, Azərbaycan xarici siyasət konturlarını Zəfər doktrinasının tələb və prinsipləri əsasında gücləndirdi və ona qarşı olan qüvvələrin Cənubi Qafqazdakı reallıqları qəbul etməsi üçün böyük səylə çalışdı. Azərbaycan bununla regionda təhlükəsizlik və risklərlə əlaqədar olan etibarsızlıq mühitini etimad atmosferi və əməkdaşlıq modeli ilə əvəzləməyə nail olaraq bir çox riski azaltdı.

Azərbaycanın bu nümunəsi dünyada mühüm bir presedent yaratdı. Rəsmi Bakı ərazi münaqişələrinin həllində diplomatiya standartlarının, beynəlxalq hüququn işlək olmaması fonunda güc alətləri ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.

Azərbaycanın liderlik rolu qlobal arxitekturaya daşınır

Azərbaycan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün (ABŞ, Rusiya və Fransa) həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun ləğvi prosesində də nailiyyət əldə edərək eksklüziv potensialını ortaya qoydu. Qeyd edək ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Bu həm də o deməkdir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın liderlik rolunun mühüm xüsusiyyətlərini regional çərçivələrin sərhədlərindən qlobal arxitekturaya daşımağı bacarır. Eyni zamanda, işlək olmayan beynəlxalq təşkilatların format olunmasındakı qətiyyətini irəliyə doğru aparır. Bu, beynəlxalq dünya nizamının formalaşmasındakı quruculuq prosesində Azərbaycanın yerini müəyyən edən bir faktordur və onun cari zaman kateqoriyasındakı mövqeyini konseptual olaraq belə qiymətləndirmək olar:

- Azərbaycan qlobal münasibətlər sistemində hərbi rəqabət, onun yaratdığı strateji toqquşma müstəvisinə diqqət edərək hərbi potensialını əhəmiyyətli dərəcədə təkmilləşdirir.

- Azərbaycan genişlənən xarici siyasət meyillərində strateji müdafiə mexanizmləri formalaşdırır. Bu, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə dərinləşən əlaqələrinə və Bakının strateji tərəfdaşlarının, müttəfiqlərinin siyahısının genişlənməsinə əlavə təkan verir.

Beləliklə, Azərbaycan özünü regionda yeni nizam yaradan güc kimi strukturlaşdırır. Rəsmi Bakının NATO və Alyansın lokomotivi ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsi regiondakı geosiyasi prosesləri mərkəzləşdirən faktora çevrilir.

Azərbaycan Çinlə də müttəfiqlik əlaqələrini prioritetləşdirərək yeni strateji mexanizmlər əldə edir. Bu o deməkdir ki, Azərbaycan artıq fövqəldövlətlərin rəqabətinə, şiddətli davam edən müharibələrin yaratdığı təhdidlərə effektiv cavab verən müdafiə quruluşuna malikdir.

Azərbaycanın Zəfərdən sonra izlədiyi strategiya

Azərbaycanın Zəfərdən sonra izlədiyi strategiya onu dünya kommunikasiya sistemləri, o cümlədən dəhlizlər üzərindən mövqeyini möhkəmləndirir. Bu, Zəngəzur dəhlizinə münasibətdə də özünü parlaq şəkildə göstərir. Zəngəzur dəhlizi çoxtərəfli platformalar üçün cəlbedici mərkəz kimi çıxış edir. Dünyadakı strateji rəylərin, o cümlədən ABŞ, Rusiya və Çinin Zəngəzur koridoru ilə bağlı mövqelərinin konstruktiv meyarlara söykənməsi Azərbaycanın qlobal sistemdəki manevr imkanlarını genişləndirir.

2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın əldə etdiyi razılıq isə Zəngəzur dəhlizinin beynəlxalq dəhlizlər iyerarxiyasındakı rəsmilik dərəcəsini artırdı. Zəngəzur dəhlizi türk coğrafiyasındakı birlik ideallarını təşviq etdiyindən prosesin ideoloji miqyası da xüsusi çəki qazanır. Burada biz İlham Əliyevin Ermənistanı yad təsirlərdən xilas etmək üçün göstərdiyi səylərdə əhəmiyyətli məsafə qət etdiyini də deyə bilərik. Bu, Azərbaycanın Qələbə doktrinasının Ermənistanın içərilərinə doğru yön aldığını göstərir və İrəvanı Bakının sayəsində daha təhlükəsiz və izolyasiyadan xilas olan modelə təşviq edir. Azərbaycan Ermənistanla sülh gündəmi kontekstində regiondakı güc münasibətlərində əhəmiyyətli dəyişikliklərin olacağına işarə verir. Bu, yeni dünya nizamında Azərbaycanın Cənubi Qafqazın mərkəzi gücü olaraq qalmasını səciyyələndirəcək fərqli kodlar yazmasına aparıb çıxara bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri