İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya Superkubokunun gələcək illərdə Azərbaycanda təşkili mümkün variantlardan biridir.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde açıqlamasında danışıb.
Onun sözlərinə görə, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçirilməsi ilə əlaqədar İspaniya Superkuboku üçün alternativ ev sahibi axtarılıb. Bu prosesdə Azərbaycan, ABŞ, Çin, Mərakeş və Qətər də daxil olmaqla bir sıra ölkələrdən təkliflər alınıb.
Lalinde yarışa beynəlxalq marağın yüksək olduğunu vurğulayıb və Superkubokun təşkilindən əldə olunan gəlirlərin artırılması üçün imkanların mövcudluğunu qeyd edib.
Qeyd edək ki, 2027-ci il İspaniya Superkuboku İstanbulda keçiriləcək. Turnirin yarımfinal oyunları fevralın 2-də və 3-də, final qarşılaşması isə fevralın 6-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Oktyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















