Icma.az
close
up
RU
Azərbaycanda tikinti materialları BAHALAŞIB

Azərbaycanda tikinti materialları BAHALAŞIB

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 %-5,7 % çox olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

"Hər il olduğu kimi, bu il də yazın gəlməsi ilə tikinti sektorunda aktivlik artmaqdadır. Bu isə tikinti materiallarına tələbatın yüksəlməsinə və qiymət artımına gətirib çıxarır. Bu il mart ayında qeyri-iş günlərin sayı çox olduğu üçün aktivlik ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər zəif ola bilər. Lakin buna baxmayaraq, tikinti mövsümünün başlanması, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri bazarda canlanmanı dəstəkləyir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, inşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur: "Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər".

V.Oruc bildirib ki, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi ehtimal olunur: "Ümumilikdə proqnozlaşdırılır ki, tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12 % artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20 % civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək".

Ekspertin sözlərinə görə, inşaat sektorunda iri oyunçuların bazara daha çox nəzarət etməsi tendensiyası müşahidə olunur: “Bazarda kiçik tacirlər tədricən sıradan çıxır, iri ticarətçilər isə öz mövqelərini gücləndirir. Bu, qiymətlərin tənzimlənməsinə təsir edə bilər, çünki bazardakı oyunçuların sayı azaldıqca, monopoliya ehtimalı artır. Bu tendensiya xüsusilə Azərbaycanda tikinti bazarının böyüməsi, Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və iri layihələrə tələbatın artması ilə bağlıdır".

"Xüsusilə taxta, metal məmulatları və digər xaricdən gətirilən materialların qiymətlərində artım gözlənilir. Yerli istehsal bəzi materiallarda isə qiymət dəyişiklikləri o qədər də kəskin olmayacaq. Armatur və digər köməkçi tikinti materiallarında qiymət artımı nisbətən daha aşağı olacaq. Hazırkı qiymət artımı tendensiyasına əsasən, mart ayının ilk həftələrində bahalaşma ciddi hiss olunmasa da, ayın sonuna və aprel ayının əvvəllərinə doğru daha aydın şəkildə görünəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Mart 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri