Icma.az
close
up
RU
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur

Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan bazarında 585 əyarlı qızıl-zinət əşyalarının bir qramı təxminən 150–170 manat, 750 əyarlı məmulatların bir qramı 190–220 manat, 999 əyarlı məmulatların bir qramı isə 230–260 manat aralığında təklif olunur.

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, Azərbaycan bazarında qızıl-zinət əşyaları üçün vahid satış qiyməti müəyyən edilməyib. Təqdim olunan bazar məlumatları əsasında göstərilən qiymətlər təxminidir və məmulatın növünə, istehsal ölkəsinə, modelinə və satıcının qiymət siyasətinə görə dəyişə bilər.

Ekspertin sözlərinə görə, qızılın dünya bazarındakı qiymətinə qlobal iqtisadi proseslər, pul-kredit siyasəti və geosiyasi hadisələrlə yanaşı, investorların gözləntiləri də təsir göstərir:

“Son günlərdə ən aktiv qızıl fyuçers müqaviləsinin hesablaşma qiyməti bir troya unsiyası üçün 3 900 ABŞ dollarından aşağı düşüb. Bu, 2025-ci ilin oktyabrından bəri həmin müqavilə üzrə qeydə alınan ən aşağı hesablaşma qiymətidir”.

R.Əmircanov qeyd edib ki, faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və ya artırılması ilə bağlı gözləntilər gəlir gətirən maliyyə alətlərinin investorlar üçün cəlbediciliyini artırır. Qızıl faiz gəliri gətirmədiyindən, bu alətlərin gəlirliliyinin yüksəlməsi qızıl saxlamağın alternativ xərcini artıra bilər.

“Nəticədə qızıla olan tələb zəifləyə və onun qiymətinə təzyiq arta bilər. ABŞ dollarının digər valyutalara nisbətən möhkəmlənməsi qızılın dollarla ifadə olunan qiymətinə təzyiq göstərə, eyni zamanda onu digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdıra bilər”, – deyə o əlavə edib.

İqtisadçı bildirib ki, neft qiymətlərinin artması inflyasiya gözləntilərini gücləndirə və mərkəzi bankların sərt pul-kredit siyasətini daha uzun müddət davam etdirməsi ehtimalını artıra bilər. Bununla yanaşı, geosiyasi gərginliyin artması və mərkəzi bankların qızıl alışları qiymətə dəstək göstərə bilər.

Onun sözlərinə görə, bu amillər qarşılıqlı təsir göstərir və qızılın bazar qiymətinin istiqaməti investorların tələbindən, risk iştahından və digər bazar göstəricilərindən asılıdır:

“Son günlərdə müşahidə olunan qiymət geriləməsi neft qiymətlərinin artması, inflyasiya narahatlıqları və faiz dərəcələrinin yüksək qalacağı gözləntiləri ilə bağlıdır”.

R.Əmircanov yerli bazarda pərakəndə satış qiymətlərinin formalaşmasına təsir edən amilləri də açıqlayıb. O bildirib ki, beynəlxalq bazardakı qızıl kotirovkası və məmulatın əyarına uyğun metal dəyəri ilə yanaşı, işçilik və dizayn xərcləri, qiymətli daşların dəyəri, idxal və logistika xərcləri, vergilər və digər ödənişlər, eləcə də satıcının ticarət marjası nəzərə alınır.

Ekspert vurğulayıb ki, dünya bazarındakı ucuzlaşma yerli mağazaların satış qiymətlərinə dərhal və eyni həcmdə ötürülməyə bilər:

“Mövcud ehtiyatların maya dəyəri əvvəlki alış qiymətlərindən asılı olur. Yeni tədarükün qiyməti dəyişdikcə bu təsir pərakəndə satış qiymətlərində tədricən görünə bilər. Sadə və daşsız məmulatlarda qızılın ümumi qiymətdəki payı daha yüksək olduğundan dəyişikliklər nisbətən aydın hiss oluna bilər. Bununla belə, qiymət dəyişikliyinin sürəti və miqyası satıcının ehtiyatlarından, alış şərtlərindən və qiymət siyasətindən asılıdır”.

R.Əmircanov almaz və rəngli qiymətli daşların qiymət dinamikasına da toxunub. Onun sözlərinə görə, almaz bazarında son dövrün qiymət dinamikası ölçü və keyfiyyət kateqoriyalarına görə fərqlənib.

“Rapaport-un dərc etdiyi təhlilə əsasən, oktyabrda bəzi kiçik ölçülü, yüksək keyfiyyətli dairəvi brilyantların qiymət indeksləri artıb, bir karatlıq brilyantların indeksi isə cüzi yüksəlib. Bununla yanaşı, 1–1,49 karatlıq brilyantların bəzi kateqoriyalarında qiymətlər zəifləyib və ya sabit qalıb. Buna görə almazların qiymətində ümumi artım və ya azalma barədə vahid nəticəyə gəlmək düzgün olmaz”, – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, yaqut, zümrüd, sapfir və aleksandrit kimi rəngli qiymətli daşların qiymətləri də daşın növündən, karat çəkisindən, rəngindən, təmizliyindən, mənşəyindən və emal üsulundan asılı olaraq dəyişir. Bu bazarda vahid qiymət istiqaməti yoxdur.

Onun sözlərinə görə, son hərrac məlumatlarında yaqutların orta satış qiyməti əvvəlki hərracla müqayisədə yüksək olub. Lakin hərraclarda təklif olunan daşların tərkibi və keyfiyyəti fərqli olduğundan bu göstəricini bütün yaqutların bazar qiymətinin artması kimi qiymətləndirmək olmaz.

“Daşlı və mürəkkəb işləməli məmulatlarda işçilik və daşların yekun qiymətdəki payı daha yüksək ola bilər. Buna görə qızılın dünya bazarındakı qiymət dəyişiklikləri belə məmulatların satış qiymətinə nisbətən daha məhdud təsir göstərə bilər”, – deyə R.Əmircanov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri