Icma.az
close
up
RU
Azərbaycanda qızılın qiyməti psixoloji həddi keçəcək MÜSAHİBƏ

Azərbaycanda qızılın qiyməti psixoloji həddi keçəcək MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər qızılın bahalaşdığı müşahidə edilir. Yalnız qızıl deyil, digər qiymətli metalların da dəyəri artıb. Hətta bu artımlar rekord həddə çatıb.

Modern.az qızıl bazarında son vəziyyət və gözləntilərlə əlaqədar Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanovla həmsöhbət olub.

- Rövşən müəllim, dünya bazarında qızılın qiyməti hansı həddə qədər qalxa bilər?

- Son günlərdə dünya maliyyə bazarlarında qiymətli metalların qiymətləri rekord səviyyələrdə ticarət olunur. Xüsusilə qızıl bazarında sürətli artım müşahidə edilir. Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3900 ABŞ dollarını keçib. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti, yüksək inflyasiya riskləri və qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətində əlavə artım ehtimalı böyükdür. Unsiya üçün psixoloji hədd 4000 ABŞ dolları hesab olunur və yaxın dövrdə bu həddin də aşılması mümkündür.


- Digər qiymətli metalların qiymətində hansı dəyişikliklər müşahidə olunur?

- Gümüşün qiyməti 14 ildən sonra ən yüksək həddə çataraq 47 ABŞ dollarını keçib. Bu artım həm spekulyativ amillərlə, həm də sənaye tələbinin yüksəlməsi ilə bağlıdır. Platin isə 1600 dollar civarında qərarlaşaraq son 12 ilin rekordunu yeniləyib və ilin sonuna qədər 1700 dollar diapazonunda sabitləşə bilər.

- Hazırda Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

- Qlobal artım tendensiyası yerli bazara da təsirsiz ötüşməyib. Hazırda 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır. Son bir ildə Azərbaycanda da qızılın qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Bütün əyar kateqoriyalarında satış qiymətləri əvvəlki dövrlə müqayisədə yüksəlib. Belə ki, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti hazırda 140–160 manat arasında dəyişir. 750 əyarlı qızıl məmulatlarının qiyməti isə 180–210 manatdır. Ən yüksək keyfiyyət göstəricisinə malik 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 220–240 manata çatıb. Bu da əvvəlki dövr göstəricilərindən yüksəkdir.

- Hansı növ qızıla tələbat daha çoxdur?

- 585 və 750 əyar qızıla tələbat daha çox müşahidə olunur. Bunun səbəbi həm qiymətlərin daha əlçatan olması, həm də gündəlik zərgərlik məmulatlarında geniş istifadə edilməsidir. Saf qızıl (999,9 əyar) isə əsasən investisiya və yığım məqsədilə alınır.

- Bəs qiymətli daş bazarında vəziyyət necədir?

- Burada fərqli mənzərə müşahidə olunur. Təraşlanmış almazların (brilyant), eləcə də digər qiymətli daşların -zümrüd, sapfir, yaqut və aleksandritin qiymətlərində artım qeydə alınmayıb. Bu bazarın sabitliyi beynəlxalq almaz birjalarının fəaliyyəti və tələb-təklif balansı ilə bağlıdır.

- Azərbaycanın qiymətli metallar sektorunda ümumi inkişaf necədir?

- Son illərdə ölkəmizdə həm hasilat, həm də ixrac göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunur. Eyni zamanda, bazarda satılan zərgərlik məmulatlarının təxminən 70%-i artıq yerli istehsaldır ki, bu da daxili istehsalın inkişaf etdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri