Icma.az
close
up
RU
Azərbaycanda regionların sosial iqtisadi inkişafı necə həyata keçirilir? AÇIQLAMA KONKRET

Azərbaycanda regionların sosial iqtisadi inkişafı necə həyata keçirilir? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada böyük nüfuza sahibdir. Xüsusilə də Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bölgə üçün yeni imkanlar yaradıb. Qısa müddət ərzində azad olunmuş ərazilərimizdə bərpa işlərinə başlanılıb və böyük köç başlayıb. İnkişaf yoluna qədəm qoyan bütün ölkələrdə olduğu kimi Azərbaycanda da investisiya layihələri həyata keçirilir. Bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı da önəmlidir. Bu istiqamətdə Azərbaycanda kifayət qədər işlər görülür, bununla bağlı dövlət proqramı da var. Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu, ölkənin dayanıqlı inkişafının zəruri şərtlərindəndir. Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur.

Sosial inkişaf dedikdə əhalinin rifah səviyyəsinin və firavanlığının yüksəldilməsi nəzərdə tutulur. İqtisadi inkişaf isə ölkə miqyasında istehsal və istehlakda kəmiyyət və keyfiyyət irəliləyişlərini əks etdirir. Bunlar bir-biri ilə sıx bağlıdır. Azərbaycanın tərəqqisi yalnız paytaxt Bakının hesabına deyil, regionlarımızın sosial-iqtisadi inkişafı da hesabına baş verir. Əvvəlki dövrlə müqayisədə bölgələrimiz əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.

Bəs regionların zəngin iqtisadi potensialından səmərəli istifadə ilə bağlı hansı işlər görülür? Bu sahədə hansı problemlər mövcuddur? Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha hansı təşviq və güzəşt mexanizmləri təklif oluna bilər?

KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə son 15 ildir ki, bu istiqamətdə müxtəlif proqramlar qəbul edilib:

“Regionların inkişafı ilə bağlı bir neçə proqram həyata keçirilib. Ancaq hələ də insanların Bakıya və yaxud da Abşeron yarımadasına axınını azalmır. Regionlardakı inkişafın əhalinın sosial vəziyyətinə təsiri zəif olaraq qalır. Səbəblər isə müxtəlifdir. Səbələr uzunmüddətli, obyektiv və subyektiv ola bilər. Obyektiv səbəblərdən ən vacibi odur ki, Azərbaycanın şimalında, cənubunda, qərbində sanksiyalaşmış ölkələr var. Azərbaycana doğurdan da hansısa məhsulun, xammalın gətirilməsi bahalı bir prosedir. Çünki loqistik problemlər mövcuddur. Okeana çıxışımız yoxdur. Ərtafımızdakılar isə ciddi problemli qonşulardır. Rusiya, İran və Ermənistan ilə  münasibətlərdə narahatedici məqamlar var. Qonşularımızın uğursuz olması, regionların inkişafına mənfi təsir göstərən əsas amillərdən biridir. Həm də paytaxtın, universitetlərin Bakıda yerləşməsi belə bir vəziyyət yaradır.”

Xalid Kərimli

Ekspert qeyd edir ki, ölkənin uzun müddət mühraibə şəraitində qalması da buna mənfi təsir göstərib:

“Sərhədyanı ticarət yox səviyyəsindədir. Dəhlizlər hələ də tam funksional deyil. Zəngəzur dəhlizinin açılması üzərində iş aparılır. Bakı-Tbilisi dəmir yol xəttini bir neçə ildir istismara versək də, hələ tam gücü ilə işləyib-işləmədiyimiz barədə məlumatımız yoxdur. Regionlarda bunları etsək də idxaldan daha baha çıxır. Ona görə də səmərəsizlik yaranır. Bu, yerləşdiyimiz coğrafi mövqeyin gətirdiyi problemlərdir. Həm də ixrac etməyimizə əngəl yaradır”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri