Icma.az
close
up
RU
sosial iqtisadi inkişafı necə həyata keçirilir? KONKRET

sosial iqtisadi inkişafı necə həyata keçirilir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.

Azərbaycan uğurlu neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanması ilə ölkəyə xarici investisiyaların cəlb olunmasına nail oldu. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli inkişafına nail olmaq sonraki dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi.

Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə bir neçə dövlət proqramı qəbul edildi ki, bu proqramların icra olunduğu 10 il ərzində ümumdaxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə, 900 min daimi olmaqla, 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə endi.

Bununla da Azərbaycanın maliyyə imkanları artdı, ölkəmiz transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməyə başladı, paytaxtda və regionlarda müasir infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb oldu.

2004-cü ildən bu günə qədər Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan çox sürətlə inkişaf edən ölkə olub. Sosial sahəyə gəldikdə isə, aparılan uğurlu islahatların nəticəsi olaraq qeyd etməliyik ki, son 11 ildə regionlarda 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib, 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Sosial infrastruktur layihələrinin icrası regional inkişafın özəyidir, çünki bölgələrdə bu cür dəyişikliklər olmasa, heç bir proqram icra edilə bilməz.

İnkişaf etməkdə olan və inkişaf etmiş regionlar arasında sosial-iqtisadi fərqliliklərin təhlili bir neçə əsas göstəriciyə əsaslanır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu fərqlər əsasən regionlarda istehsal olunan məhsulun həcmi və adam başına düşən payla müəyyən edilir.

Onun sözlərinə görə, iqtisadi inkişaf dərəcəsini qiymətləndirərkən yalnız istehsal həcminə deyil, həm də əlavə dəyərin bölgü strukturuna diqqət yetirilir:

“Hər bir regionun sosial-iqtisadi inkişaf səviyyəsini təyin etmək üçün həmin ərazidə istehsal olunmuş məhsulun həcmi, adam başına düşən məhsulun miqdarı, yaradılmış əlavə dəyər və orta gəlir səviyyəsi əsas götürülür. Bununla yanaşı, yeni yaradılan iş yerlərinin sayı da mühüm göstəricidir.”

İqtisadçı qeyd edib ki, Bakı və Abşeron yarımadası bu baxımdan ölkənin ən inkişaf etmiş regionları hesab olunur:

“Hazırda Azərbaycanın inkişaf tempi bir çox ölkələrə nisbətən yüksəkdir. Lakin ölkə daxilində regionlar arasında fərqlər qalmaqdadır və bu, əsasən istehsal potensialı və əlavə dəyər səviyyəsində özünü göstərir.”

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri