Icma.az
close
up
RU
“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən “digital.leadership” proqramının növbəti sessiyası baş tutub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, sessiyada 57 dövlət qurumundan 80-dən çox nümayəndə iştirak edib. Proqramın gündəmində mərkəzi mövzu “Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” olub.

İki gün davam edən toplantıda Konsepsiyadan irəli gələn prioritet istiqamətlər təhlil edilib, panel diskussiyaları zamanı dövlət qurumlarının rəyləri səsləndirilib və qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə ortaq fəaliyyət planı müzakirə edilib.

Proqramın birinci günündə İRİA-nın sədri Fərid Osmanov bildirib ki, “digital.leadership” proqramının budəfəki sessiyası xüsusi önəm kəsb edir, çünki “Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” kontekstində keçirilir: “digital.leadership” dövlət qurumlarının fikir mübadiləsi üçün effektiv əməkdaşlıq platformasına çevrilib. Proqramın bu sessiyasında Konsepsiyada öz əksini tapmış rəqəmsal inkişaf prioritetlərini müzakirə edəcəyik. Vətəndaş, biznes və dövlət kimi hədəf qrupların dayanıqlı rəqəmsal inkişafını təmin edən mexanizmləri müxtəlif qurumların perspektivindən təhlil edəcəyik”.

Tədbirdə İRİA-nın sədr müavini Şahin Əliyev çıxış edərək “digital.leadership” proqramının qurumlar arasında əməkdaşlığa verdiyi töhfəni vurğulayıb. O qeyd edib ki, əməkdaşlıq sayəsində ölkəmizdə rəqəmsal hökumət xidmətlərinin keyfiyyəti artırılıb. İnformasiya təhlükəsizliyi və süni intellekt üzrə vacib qanunvericilik layihələrinin qəbul edilməsinə nail olunub. Qurumlar arasında əməkdaşlıq, həmçinin beynəlxalq reytinqlərdə ölkəmizin imicinə müsbət təsir göstərib. Belə ki, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə son hesabatda inkişaf etmiş ölkələrlə bir sırada yer alıb və bu da ölkəmizdə rəqəmsallaşmanın əhəmiyyətli dərəcədə irəlilədiyinin göstəricisidir. Bununla yanaşı, Ş.Əliyev əlavə edib ki, qurumlar arasında əməkdaşlığın gücləndirilməsi növbəti hesabatlarda daha yüksək mövqedə yer almaq üçün mühüm faktor olacaq.

İRİA-nın sədr müavini Rəşad Xalıqov təqdimatında rəqəmsal hökumət məhsulları - “mygov”, “digital.bridge”, “digital.login”, Açıq Məlumatlar Portalı, Rəqəmsal Sənəd Dövriyyəsi və Elektron İştirakçılıq Portalı haqqında ətraflı məlumat verib. O bildirib ki, 2024-cü ildə “mygov”da 3 həyat hadisəsi aktivləşdirilib və daha 8 həyat hadisəsi üzərində fəaliyyət davam etdirilir. Bu həllərin vətəndaş-dövlət münasibətlərində kəsintisiz təması təmin etdiyi və vətəndaşüçün təhlükəsiz mühitdə fərdiləşdirilmiş xidmətləri əlçatan etdiyi vurğulanıb.

Sessiya panel müzakirələri ilə davam edib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün moderatorluğu ilə “Sosial sferada rəqəmsallaşma, prioritetlər və çətinliklər” paneli baş tutub. Panel zamanı rəqəmsallaşmanın vətəndaşların həyatına təsiri, bu texnologiya vasitəsilə yaranan imkanlar və çağırışlar müzakirə edilib. İRİA-nın Strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılovun moderatoru olduğu ““GovTech” yanaşması və “sandbox” əsasında rəqəmsal xidmətlərin təşkili” panelində startapların innovativ həllərinin hökumət texnologiyalarının inkişafında tətbiqi imkanları üzrə fikir mübadiləsi aparılıb.

Proqramın ikinci günündə müxtəlif dövlət qurumlarının nümayəndələri tərəfindən data əsaslı qərarvermədə texnoloji alətlərin seçilməsi, dünya azərbaycanlılarının interaktiv xəritəsi, diaspor təşkilatlarının mərkəzi portalı və iqtisadiyyatın rəqəmsal rolu mövzularında təqdimatlar edilib. Qurumlar daxilində müvafiq rəqəmsal layihələr və yanaşmalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, “digital.leadership” proqramı rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, rəqəmsal hökumət və rəqəmsalinnovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə icra olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri