Azərbaycanda rəqəmsal platformalarda vergitutma mexanizmləri müzakirə olunub
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəqəmsal platformalarda vergitutma mexanizmləri müzakirə olunub.
SİA bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Vergi Xidmətində reklam və marketinq agentlikləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi rəqəmsal platformalar üzərindən fəaliyyət göstərən şəxslərin, o cümlədən rəqəmsal platforma təsirçilərinin (influenser) tətbiq olunan vergitutma mexanizmlərinin icrası qarşılaşdıqları praktiki çətinliklərin öyrənilməsi və səmərəli müzakirə mühitinin yaradılması olub.
Görüş zamanı influenser fəaliyyəti, bu sahədə gəlirlərin uçotu və bəyan edilməsi, müqavilə münasibətlərinin rəsmiləşdirilməsi, hesabatlılıq və şəffaflıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Vergi Xidməti biznes subyektləri ilə açıq dialoqun davam etdiriləcəyini, başlıca məqsədin vergi intizamının gücləndirilməsi ilə yanaşı, sahibkarlıq mühitinin dəstəklənməsi və praktiki yanaşmaların formalaşdırılması olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Fevral 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















