Azərbaycanda rəqəmsal səyyahlar üçün güzəştlər müəyyənləşib
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda rəqəmsal səyyahlar (digital nomads) üçün xüsusi güzəştlər nəzərdə tutulub.
“Yeni Sabah” xəbər verir ki, bunu innovasiya və rəqəmsal inkişaf agentliyinin idarə heyətinin sədri Fərid Osmanov deyib. O, bildirib ki, rəqəmsal səyyah xarici mənbələrdən informasiya texnologiyaları vasitəsilə gəlir əldə edən və məsafədən işləyən xarici vətəndaş hesab olunur.
Xüsusi rejim çərçivəsində rəqəmsal səyyahların xarici mənbələrdən əldə etdikləri gəlirlərə 20 il müddətinə vergi güzəşti tətbiq ediləcək. Pepperoni pizza
Bundan başqa, rəqəmsal səyyahlar üçün miqrasiya prosedurlarının da sadələşdirilməsi nəzərdə tutulur. Onlara 3 illik müvəqqəti yaşama icazəsi və xüsusi işgüzar səfər vizası veriləcək. Bunun üçün əsas şərtlərdən biri son 6 ay ərzində xarici mənbələrdən minimum əməkhaqqının 13 misli, yəni təxminən 4 485 manat məbləğində sabit gəlirə malik olmaqdır.
Rəqəmsal səyyahların xarici mənbələrdən əldə etdikləri vəsaitlərin Azərbaycan banklarındakı hesablarına daxil olması və köçürülməsi zamanı məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.
Həmçinin yüksək ixtisaslı miqrantların, geri dönən vətəndaşların, rəqəmsal səyyahların və İT müəssisələrində çalışan mütəxəssislərin muzdlu işdən əldə etdikləri gəlirlər üzrə 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0% gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.
Sosial sığorta sahəsində də güzəştlər olacaq. İT, süni intellekt və kibertəhlükəsizlik şirkətləri üçün fərqli sosial sığorta dərəcələrinin tətbiqi planlaşdırılır.
Bundan əlavə, yüksək ixtisaslı xarici mütəxəssislər və rəqəmsal səyyahlar 5 il müddətinə məcburi dövlət sosial sığorta haqqından azad ediləcəklər.
Cəlalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 01 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















