Icma.az
close
up
RU
“Azərbaycanda rus dilinin istifadəsi azalıb” Ekspert

“Azərbaycanda rus dilinin istifadəsi azalıb” Ekspert

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cəmiyyətində rus dilinin istifadəsi son 30 ildə nəzərəçarpacaq dərəcədə azalıb. 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 1994-cü ildə əhalinin 38%-i rus dilini ana dili səviyyəsində bilirdisə, 2018-2024-cü illərdə aparılan sorğular göstərdi ki, Azəebaycan əhalisinin 34%-i rus dilində ümumiyyətlə danışa bilmir:

"Bu tendensiya Azərbaycanı MDB ölkələri arasında rus dilinin ən az istifadə edildiyi ölkə statusunda saxlayır. Bu dəyişiklik təkcə dil məsələsi deyil, həm də ölkənin mədəni, siyasi və sosial inkişaf trayektoriyasının göstəricisidir. 1990-cı illərin əvvəllərində rus dili hələ də keçmiş Sovet İttifaqının mirası kimi geniş yayılmışdı. Sovet dövründə təhsilin, elmi fəaliyyətin və rəsmi sənədləşmənin əsas dillərindən biri olan rus dili, müstəqillikdən sonra tədricən öz mövqelərini itirməyə başladı. 1992-ci ildə “Azərbaycan Respublikasında Dövlət Dili haqqında” Qanunun qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu prosesin sürətlənməsinə səbəb oldu". K.Əsədov qeyd edib ki, digər MDB ölkələrində rus dili ilə bağlı vəziyyət fərqlidir: "Məsələn, Qazaxıstanda əhalinin 80%-dən çoxu rus dilində sərbəst danışır, Ukraynada bu göstərici 60%-ə yaxın idi (2014-cü ildən sonra isə azalma müşahidə olunur). Belarusda isə rus dili faktiki olaraq ikinci rəsmi dil kimi qalır. Ermənistanda rus dili bilik səviyyəsi 70%-in üzərində olsa da, son illərdə burada da azalma tendensiyası müşahidə edilir".

Ekspert vurğulayıb ki, Azərbaycanın rus dilindən uzaqlaşması təkcə siyasi müstəqilliklə izah olunmur:

"Bu, həm də yeni nəsillərin dil seçimi və qlobal tendensiyalarla bağlıdır. İngilis dilinin beynəlxalq ünsiyyət dili kimi rolunun artması və Azərbaycanın Qərblə daha sıx təhsil və biznes əlaqələri qurması, rus dilinin ikinci planına keçməsinə gətirib çıxardı. Son 20 ildə ölkədə rus bölmələrinin sayı azalıb, gənclər arasında ingilis dilinə üstünlük verənlərin sayı isə artıb. Təhsil Nazirliyinin məlumatlarına görə, 2000-ci illərin əvvəllərində Bakı məktəblərində rus bölməsində oxuyan şagirdlərin sayı 20%-dən çox idisə, bu rəqəm hazırda təxminən 10-12% arasındadır. Bununla belə, rus dilinin Azərbaycanda tamamilə sıradan çıxması real görünmür. Bakı və digər böyük şəhərlərdə rusdilli təhsil müəssisələri və mədəni təsirlər hələ də qalmaqdadır. İqtisadi və siyasi münasibətlərdə də rus dilinin müəyyən rolu var. Lakin Azərbaycanın MDB ölkələri arasında rus dilinin ən az danışıldığı ölkə olması, ölkənin post-sovet məkanında dil və mədəniyyət siyasətində fərqli bir yol tutduğunu göstərir. Azərbaycan bu aspektdə Baltikyanı ölkələrə daha yaxın mövqe tutur, çünki Estoniya, Latviya və Litvada da rus dili bilik səviyyəsi son illərdə kəskin şəkildə azalıb. Gələcəkdə bu tendensiyanın davam edib-etməyəcəyi əsasən gənc nəsillərin dil seçimlərindən, dövlətin dil siyasətindən və qlobal trendlərdən asılı olacaq. Hazırkı vəziyyət göstərir ki, Azərbaycan cəmiyyəti tədricən rus dilindən uzaqlaşır və bu, ölkənin milli və mədəni identifikasiyası baxımından mühüm bir dönüş nöqtəsidir". 

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Mart 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri