Icma.az
close
up
RU
“AZƏRBAYCANDA RUSİYANIN ƏN TƏHLÜKƏLİ 3 ADAMI VAR...” “Rusiya indi başa düşür ki, Azərbaycan Ukraynadan 10 dəfə əhəmiyyətlidir”

“AZƏRBAYCANDA RUSİYANIN ƏN TƏHLÜKƏLİ 3 ADAMI VAR...” “Rusiya indi başa düşür ki, Azərbaycan Ukraynadan 10 dəfə əhəmiyyətlidir”

Azpolitiki.az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır “AZƏRBAYCANDA RUSİYANIN ƏN TƏHLÜKƏLİ 3 ADAMI VAR...” “Rusiya indi başa düşür ki, Azərbaycan Ukraynadan 10 dəfə əhəmiyyətlidir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində regionda yaranmış durum, Ukrayna ətrafında gedən proseslər, Rusiya - Azərbaycan münasibətlərindəki problemlərin pərdəarxası səbəbləri və digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, əvvəlcə Ukrayna ətrafında yaranmış vəziyyət barədə suallarımız olacaq. Səudiyyə Ərəbistanı paytaxtındakı görüş, Trampın açıqlamaları, Avropanın əks addımları və Ukraynanın sərt mövqeyini necə şərh edərsiniz?

- ABŞ burada çox ciddi siyasi oyun oynayır. Oyunun mahiyyəti bundan ibarətdir ki, Rusiyanı sülh danışıqlarında maraqlandıraraq prosesi başlatsınlar. Ona görə də ilk baxışdan belə görsənir ki, bu danışıqlar Rusiyanın bütün şərtlərinə uyğun aparılır. Ukrayna isə kənarda saxlanılır və yaxud da onun maraqları əsas götürülmür. Amma proses başlayıb və ona bir çox reaksiyalar var. Mənə elə gəlir ki, bunlar da razılaşdırılmış gedişlərdir. Məsələn, Avropanın ortalığa Amerikadan fərqli bir mövqe qoyması, Zelenskinin Türkiyəyə gəlib Ərdoğanla görüşməsi və s. Çox maraqlıdır, görüşdən dərhal sonra Ərdoğan bəyanat verir ki, “ABŞ ilə möveyimiz üst-üstə düşür”. Türkiyənin mövqeyi məlumdur - işğal olunmuş ərazilər azad olunmalıdır. Digər tərəfdən, görüşdən dərhal sonra Ukraynanın Rusiyaya hücumları artıb, eyni zamanda Rusiyaya qarşı sanksiyalar güclənib. ABŞ də belə bir bəyanat verib ki, Rusiya sülh müqaviləsini imzalayana qədər sanksiyaları davam etdirəcək.

Bu, uzunmüddətli proses olacaq. Təbii ki, Rusiya bəzi iddialarından əl çəkəcək. Məsələn, bu gün Lavrovun bəyanatı var, deyir, biz bir şeyi müəyyən etməliyik ki, söhbət nədən gedir, ərazi güzəştindən, yoxsa Ukraynanın faydalı qazıntılarından. Bildiyiniz kimi, Amerikanın əsas fikri Ukraynadakı faydalı qazıntılara sahib çıxmaqdır...

- Zelenski bu sazişi rədd etdi, ümumiyyətlə bu, nə dərəcədə ciddi məsələdir?

- Bunlar hamısı danışıqlarda siyasi vasitələrdir. Ukraynanın bütün strateji siyasi vasitələri oyuna daxil edilib. Yəni, Ukraynanın əhalisi, ərazisi, təbii ehtiyatları və s. Mənə elə gəlir ki, Rusiyanın özünün də indiki vaxtda Ukrayna ilə bağlı bütün şərtlərə əməl etməsi mümkün deyil. Bu, Rusiyanın kapitulyasiyası olar. Yox, əgər Ukrayna Rusiyanın bütün şərtlərini qəbul etsə, bu da Ukraynanın kapitulyasiyası olacaq. Ona görə də ABŞ Dövlət Departamenti belə bir bəyanat vermişdi ki, bu danışıqlarda nə Ukrayna, nə də Rusiya udmayacaq. Vaxtilə Madrid sammitində də Azərbaycanla bağlı eyni bəyanat səsləndirilmişdi. Bu gün də belə bir bəyanat verilib ki, ümumiyyətlə, nə müharibədə, nə də sülhdə qalib gələn və ya məğlub olan olmayacaq. Birincisi, Rusiya və Ukrayna özlərinin maraqlarını ortaya qoyacaqlar. Ukraynanın əsas marağı nədir? Ərazilərin işğaldan azad edilməsi, sərhədlərin bərpası.

- Bəs Rusiyanın əsas marağı nədir?

- İlk növbədə Ukrayna tərəfindən ona qarşı olan təhlükələrin aradan qaldırılması. Bu, Ukraynanın Avropa Birliyinə və NATO-ya inteqrasiyasından əl çəkməsi deməkdir. Deməli, əgər Ukrayna NATO-ya, Avropa Birliyinə inteqrasiya edilməzsə və Rusiyaya da effektli bir təhlükəsizlik təminatı verilərsə, onda Rusiya Ukraynaya qarşı ərazi iddiasından imtina edəcək. Təbii ki, burda başqa bir məsələ də var. O da Rusiyanın indiyə qədər Ukraynaya vurduğu maddi ziyandır. Mənə elə gəlir ki, bu ziyanı da ABŞ kompensasiya edəcək. ABŞ Ukraynanın təbii sərvətlərinə sahib çıxacaq, əvəzində Ukraynanın bərpasını öz üzərinə götürəcək. Niyə bunu deyirəm? Çünki Qəzza ilə də bağlı ABŞ eyni mövqe nümayiş etdirir. “Qəzzanı cənnətə çevirəcəyik” deyirlər. Eyni siyasət Ukraynada da izlənə bilər. Təbii ki, bu, mənim ümumi mülahizəmdir. Amma ola bilsin, Rusiyaya başqa bir yerdə - Afrikada, yaxud da Yaxın Şərqdə güzəştə gedilə bilər. Bu gün Ukraynanın şərtləri Avropanın şərtləridir. Çünki Avropanın təhlükəsizliyini təmin etmək üçün Rusiya öz sərhədlərinə qayıtmalıdır. Bu baxımdan, indiki vəziyyətdə ABŞ - Rusiya görüşü başlanğıc kimi alqışlanmalı bir prosesdir.

- Amma Zelenski dedi ki, Ər-Riyad danışıqlarını tanımır, Avropa da eynisini dedi. Türkiyə isə İstanbul danışıqlarının davam etdirilməsini istəyir...

- Türkiyə deyir ki, Rusiya işğal olunmuş ərazilərdən çıxmalıdır. Əvəzində də Rusiyanın bəzi strateji maraqları təmin olunmalıdır. Yəni, indiki halda Trampın bu vəziyyətdə Ukraynanın əleyhinə, Rusiyanın xeyrinə hansısa bir şeylər əldə etməsi mümkün deyil.

- Proses davam edəcəkmi?

- Təbii ki, davam edəcək. Bu prosesdən dərhal bir nəticə çıxarmaq olmaz. Demokratiyada bəzən prosesin özü nəticədən daha əhəmiyyətlidir. Məsələn, saxtakarlıq olsun, amma seçki sistemi də olsun. Yəni, seçki sisteminin olması seçkilərin saxta keçirilməsindən daha mühümdür. Niyə? Çünki seçki sistemi varsa, saxtalaşdırma olacaq və bunu aradan qaldırmaq olar. Amma ümumiyyətlə, seçki sistemi olmasa, nə olacaq?

Məsələn, Azərbaycan nümunəsinə baxaq. Qarabağ məsələsində 30 ilə yaxın idi danışıqlar gedirdi. ATƏT-in Minsk Qrupu yaradıldı və s. Ola bilsin ki, bu yaxınlarda Ukrayna ilə bağlı da belə bir qrup yaradılsın. Burada Rusiya, Ukrayna, Türkiyə, Avropa və Amerika iştirak edə bilər. Bu qrup müəyyən bir müddət ərzində, bu münaqişənin nizama salınması ilə bağlı fəaliyyət göstərə bilər. Əslində, prosesin uzanması Rusiyanın əleyhinədir. Niyə? Amerika dedi ki, sülh müqaviləsinə gələnə qədər sanksiyaları davam etdirəcək. Rusiya çalışacaq ki, sülh mümkün qədər tez imzalansın. Onda nə olacaq? Rusiya məcbur olacaq ki, müəyyən güzəştlərə getsin. Çünki güzəştə getməyəcəyi təqdirdə sanksiyalarla mübarizə aparmalı olacaq. Trampın bəyanatını unutmaq olmaz. Demişdi ki, Rusiya bizim şərtlərimizlə razı olmasa, Bayden dövründəkindən 10 dəfə ağır sanksiyalar tətbiq edəcəyik.

- Zelenskinin Ər-Riyad danışıqlarını tanınmaması barədə bəyanatına Trampın çox kəskin reaksiyası oldu. Hətta onu ittiham edib, müharibənin başlamasında günahlandırıb...

- Mən özüm məhkəmə tibbi ekspertizasında çalışmışam və hər zaman hakimlərin davranışını təhlil etmişəm. Yadda saxlayın, əgər hakim canini söyür, təhqir edir, hədə-qorxu gəlirsə, bilin ki, ona yüngül cəza verəcək. Amma cani ilə mədəni şəkildə danışırsa, ona ən ağır cəzanı verəcək. Biz Rusiyanı söyə-söyə onun güzəştə getməsini gözləyə bilmərik. Baxın, indi nədən danışırlar? Rusiya ilə Amerika arasında səfirlik əlaqələrini bərpa etməkdən. Bir azdan bəzi sanksiyaları götürməklə bağlı Rusiyadan xahişlər gələcək. Əvəzində isə ABŞ Rusiyadan sülhlə bağlı çox ciddi güzəştlər tələb edəcək. Mənə elə gəlir ki, Rusiya özü də bu vəziyyətdən çıxmağa çalışır. Amma həm də bunu simasını qoruyaraq etmək istəyir. Deyirlər 1 milyon adam öldü, niyə? Həm beynəlxalq nüfuz məsələsi var, həm də başqa ciddi məsələlər var. Bir şeyi bilmək lazımdır: ABŞ Müdafiə naziri dedi ki, dünyada iki ölkə dünyanın taleyini həll edəcək. Amerika və Çin. Burada Rusiyanın adı getmir. Rusiya Amerika üçün artıq güclü rəqib deyil. ABŞ-nin əsas strateji rəqibi Çindir. Deməli, ola bilsin, bu məsələdə Rusiya Amerikanın yanında olsun. Baxın, Çin də dərhal Avropa ilə müttəfiqlik edəcək, dedilər, biz Avropa ilə bir yerdə ola bilərik. Bu gün məsələ odur ki, yeni dünya nizamını kim diktə edəcək? Hansı dövlətin dünya baxışına uyğun yeni dünya nizamı yaranacaq? Mübarizənin mahiyyəti bundan ibarətdir.

Zatən Rusiya da müharibəyə ona görə başladı ki, özünün şərtlərini diktə etsin. Yoxsa, dünyanın ən böyük ərazisi Rusiyadadır. Ukraynada da Moskvanın ərazisi boyda ərazi tutub...

- Bəs Avropa Birliyi?

- Avropa Birliyi yeni dünya nizamında kollektiv səs əldə eləmək istəyir. Yəni, Avropada heç bir dövlət ayrılıqda dünya gücü kimi çıxış etmək istəmir. Avropa Birliyi artıq bir dövlətdir. Vaxtilə Marksın “Avropa Birləşmiş Ştatları” şüarı var idi. Yəni, Avropada demokratiya üçün bütün Avropa dövlətləri birləşməli, bir dövlət olmalıdır. Bu, Avropanın bəzi filosoflarının da əsərlərində var. Avropa dövləti ideyası bu gün bu istiqamətdə inkişaf edir. Türkiyədə də eyni siyasət var. Türk Dövlətləri Təşkilatının yaranması kimi. Görünən budur ki, yeni dünya nizamında söz sahibi ölkələr - Türkiyə, Rusiya, Amerika, Çin, Avropa Birliyi, Cənubi Amerika və Hindistan olacaq. Bu dövlətlər dünyanın gələcəyini həll edəcək. Proseslərinin əsas mahiyyəti bundan ibarətdir ki, bu siyahıya kim düşsün? Vasitəçilik missiyaları, müharibələr, toqquşmalar, iqtisadi əlaqələr, təşkilatlar yaratmaq bu məqsədi güdür.

- Rusiyanın daxilindəki vəziyyət sabit deyil, müharibədən qaynaqlanan çox ciddi problemlər var. İqtisadi vəziyyətin çətinləşəcəyi gözlənilir, güc strukturları arasında qarşıdurma hiss olunur. Hətta bizim region ölkələrinə münasibətdə də biz bunu görürük. Rusiyada nə gözləmək olar?

- SSRİ dağılmamışdan əvvəl amerikanların Rusiya ilə bağlı bir analitik təhlil yazısını oxumuşdum. Orada deyilirdi ki, 50 ildən sonra biz Rusiyanın simasında böyük bir müsəlman dövləti görəcəyik və buna hazırlaşmaq lazımdır. Bu nə deməkdir? Rusiya böyük sürətlə müsəlmanlaşır. Burada 3 faktor var - türk xalqları böyük sürətlə artır, ruslarda artım mənfidir, müsəlman ölkələrindən olan miqrantlar durmadan Rusiyaya axın edir, Rusiyada xristianların İslamı qəbul etməsi sürətlə populyarlaşır. Bu faktorlar ona gətirib çıxaracaq ki, Rusiya həqiqətən də getdikcə türklərin və müsəlmanların təsirinə düşəcək. Bu demoqrafik proses ya Rusiyanın parçalanmasına gətirib çıxaracaq, ya da rusların mütləq ağalığına son qoyacaq. Bu gün görürük ki, Putin İslam dünyası ilə bağlı ehtiyatlı bir siyasət aparır. Putin çalışır ki, İslam dünyasını həmişə müdafiə eləsin. Fələstində bunu edir, İranla və Türkiyə ilə dostuq münasibətləri qurur. Sırf öz daxilindəki İslam faktoruna görə. Eyni zamanda İslam dünyasının gücündən istifadə edib Amerikaya qarşı durmaq məqsədi güdür. Yəni, burada çox mürəkkəb proseslər gedir.

- Azərbaycanla münasibətlər də Rusiyadan qaynaqlanan məlum hadisələrə görə gərginləşib...

- Bu, təbii gərginlikdir və onun 200 illik tarixi var. Təyyarə hadisəsi bunun kiçik bir hissəsidir. Sadəcə, gərginliklər bəzi zamanlarda üzə çıxır. Məsələn, 20 yanvar o gərginliyin açılmasından biri idi. Eləcə də 31 mart soyqırımı, Xalq Cümhuriyyətinin ləğvi, Çar Rusiyası dönəmindəki üsyanlar və s. Bunlar həmin o gərginliyin üzə çıxmasıdır. İndi də Rusiya Ukraynada məqsədinə çatmır. Dediyim kimi, rusların məqsədi Ukraynadan torpaq qoparmaq deyil, məqsəd Ukraynanı tamamilə özlərinə uyğun bir dövlət halına salmaq, SSRİ yaratmaq, digər ölkələri də buna birləşdirib ittifaq dövləti qurmaqdır. İndi ruslar istəyir ki, Azərbaycanı bu işə cəlb eləsinlər. Hazırda Azərbaycanla bağlı rusların dörd ciddi narahatçılığı var:

Birincisi, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi;

İkincisi, transmilli layihənin Rusiyadan kənar keçirilməsi;

Üçüncüsü, Azərbaycanın Suriya məsələsində Türkiyə ilə bir yerdə olması;

Dördüncüsü, Azərbaycanın Türk Dövlətləri Təşkilatının aktiv yaradıcılarından biri olması. 

Bu dörd faktor Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də Azərbaycanı öz təsirinə salmaq istəyir. Məqsəd də özündən yan keçən transmilli layihələrə nəzarət etmək, Türk Dövlətləri Təşkilatını zəiflətmək, Türkiyənin Cənubi Asiyaya doğru inkişafının qarşısını almaqdır. Rusiya indi başa düşür ki, əslində Azərbaycan Ukraynadan 10 dəfə daha əhəmiyyətlidir.

Bu təyyarə məsələsi nə vaxt oldu? İlham Əliyev MDB liderlərinin qeyri-rəsmi görüşünə gedən zaman. Həmin sammitdə SSRİ-nin bərpası məsələsi ortalığa çıxa bilərdi. Bu da Azərbaycanın suverenliyini təhlükə altına atırdı. Prezident İlham Əliyev suverenlik və müstəqillik məsələsində qəti fikirdədir. Prezident birdən-birə bu ili niyə suverenlik ili elan etdi? Biz 1990-cı ildə müstəqillik əldə etmişik, 40 ilə yaxın vaxt keçəndən sonra suverenlik ili elan olunur. Bu, Rusiyanın bizim suverenliyimizi məhdudlaşdırmaq səylərinə İlham Əliyevin cavabıdır. Bu il millətin və dövlətin diqqəti suverenliyin qorunmasına yönəlməlidir. Gərginlik Rusiyadan gələn təhlükə bitənə qədər saxlanılacaq. 4-5 ildir rus məktəbləri məsələsini qaldırıram. Azərbaycanda siyasi partiya liderləri arasında məndən başqa bu məsələdə radikal çıxış edən biri yoxdur. Bu gün müxalifəti söyən Elşad adlı deputat məndən də qat-qat radikal çıxış edir ki, niyə ökədə rus məktəbi olmalıdır?

- Bu çıxış nə deməkdir ki?

- Bu o anlama gəlir ki, necə ki, “Rus Evi” bağlandı, yaxın vaxtlarda rus məktəbləri də qapadılacaq. Çünki rus məktəbləri Rusiyanın Azərbaycanda mədəni təsirini yaratmaq məqsədi güdür. Ondan sonra siyasi təsir gəlir. Sən öz düşüncənə görə rusu ağıllı, mədəni xalq hesab edirsənsə, müttəfiq ölkə olaraq özünə Rusiyanı seçməlisən. Əvəzində Türkiyəni gözdən salırdılar. Amma indi Türkiyə öz hərbi sənayesini elə səviyyədə gücləndirib ki, bu gün onun əleyhinə heç kim danışa bilmir. Bu baxımdan, Azərbaycandakı ruspərəst qüvvələrin əli zəifləyib. Bundan istifadə edib rus məktəblərini, mədəniyyət mərkəzlərini bağlayacaqlar. Beləcə, Azərbaycanın suverenliyi üçün real təhlükə aradan qalxacaq. Rusiyanın artıq Azərbaycanla zor dili ilə danışmaq imkanı yoxdur.

- Bəs daxildəki şəbəkələr necə?...

- Bilirsiz, əgər onlar öz xalqını rusa satıbsa, rusu da bizə satar. Burda ciddi siyasət aparılsa, hətta milyonlarını qurban verib, xalqa xidmət etməkdən başqa yolları yoxdur. Sadəcə, hələlik lazım olan konsentrasiyaya gəlib çıxmamışıq. Rusiyanın təsiri zəflədikcə, həmin məmurların fəaliyyətində dönüş olacaq.

- Onlara qarşı konkret tədbirlər görülə bilərmi? Bu yaxınlarda adlar çəkildi. Ramiz Mehdiyevin, başqalarının...

- Ramiz Mehdiyev hakimiyyətdə qalan rus emissarlarını diqqət mərkəzindən yayındırmaq üçündür. Azərbaycanda 3 ən təhlükəli adam var. Onlar bilavasitə Rusiyanın Azərbaycandakı maraqlarını təmin edir və dövlət orqanları üzərində nəzarəti həyata keçirməyə çalışırlar. Onun biri Ramiz Mehdiyevdir. İkisi isə hakimiyyətdədir. Özü də yüksək vəzifədədirlər.

- Kimlərdir, deyə bilərsinizmi?

- Hər halda, onların kimliyini hökumət özü yaxşı bilir. 

- Yəni, onların ölkənin daxili və xarici siyasətinə təsir etmək imkanları varmı?

- Biri iqtisadi sektordadır, digəri isə hüquq-mühafizə orqanlarına nəzarət edir. Amma indi burada Türkiyə faktoru var. Orduda müşavir türk generalıdır. Zabitlərimizin bir çoxu Türkiyədə təhsil alıb. Rusiya da öz adamını “yuxarı” yerləşdirib. Amma, orduda da, DİN-də də qüvvələr nisbəti tamamilə Rusiyanın xeyrinə deyil.

- Suverenlik ili çərçivəsində referendum gözləyirsinizmi? Konstitusyada müəyyən məhdudiyyətlər var. Məsələn, xarici bazaların ölkədə yerləşdirilməsinin yolverilməzliyi kimi. Konstitusiya ilə bağlı referendum ola bilərmi?

- Əvvəla, Türkiyənin Azərbaycanda bazasının olmasına ehtiyac yoxdur. Türkiyə ilə Azərbaycan arasında Şuşa, eyni zamanda Türkiyə və Pakistanla Azərbaycan arasında Bakı müqavilələri var. Hər iki müqaviləyə görə, bu ölkələr bir-birilə hərbi müttəfiqdir. Birinə bir şey olsa, digəri avtomatik müdaxilə edəcək. Baza o ölkələr arasında olur ki, bir ölkənin digərinin ərazisində məhdud mövcudluğu olsun. Belə demək olarsa, bu gün Azərbaycan bütünlükdə Türkiyə üçün bazadır. İkincisi, Azərbaycan ordusu Türkiyə modelində formalaşdırılır. Bazaya nə ehtiyac var? Türkiyəyə baza versək, Rusiya da, ABŞ də eynisini istəyəcək. Belə bir dönəmdə konstitusiya dəyişərsə, Rusiya aktivləşəcək və baza yaratmağa çalışacaq. Ən yaxşısı Qoşulmama Hərəkatında qalmaq və konstutusiyanın bu maddəsini saxlamaqdır.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see166

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see120

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see120

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see119

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

2024 cü ildə ən çox satılan 10 avtomobilin adı açıqlanıb…

21 Fevral 2025 01:08see107

Onlar növbəti mərhələni haqq edirdilər Ruben Diaş

20 Fevral 2025 14:36see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri