Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqillik simvolu kimi yaddaşlarda yaşayacaq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
20 Yanvar şəhidlərilin fədakarlığı Azərbaycan xalqının müstəqillik iradəsinin ən güclü təzahürlərindən biri kimi yaddaşlarda əbədi yaşayacaq.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 20 yanvar faciəsi ilə bağlı paylaşımında qeyd edib.
TBMM sədri, Azərbaycan və Türkiyənin tarixən olduğu kimi, bundan sonra da çiyin-çiyinə mübarizə aparacağını bildirib:
“20 Yanvar şəhidlərini dərin ehtiram və rəhmətlə anırıq. Onların fədakarlığı Azərbaycan xalqının müstəqillik iradəsinin ən güclü təzahürlərindən biri kimi yaddaşlarda əbədi yaşayacaq.
Qardaş Azərbaycanla sevincdə də, kədərdə də daim “bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə dayanmağa və qardaşlığımızı daha da möhkəmləndirməyə qətiyyətlə davam edəcəyik”, - deyə Numan Kurtulmuş qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















