Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növünə üstünlük verirlər? Siyahı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin ilk 9 ayı ərzində nəqliyyat vasitələri ilə 1 milyard 565,2 milyon sərnişin daşınıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artıb.
Qeyd edək ki, sərnişindaşıma üzrə ən böyük pay avtomobil nəqliyyatının payına düşüb. Hesabat dövründə avtomobil nəqliyyatı ilə 1 milyard 392,4 milyon sərnişin daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çoxdur.
Bu ilin ilk 9 ayında avtobuslarla 1 milyard 330,6 milyon sərnişin daşınıb. Bu göstərici əvvəlki illə müqayisədə 6,6% artım deməkdir.
Dəmir yolu nəqliyyatında da artım qeydə alınıb. Belə ki, dəmir yolu ilə sərnişin daşınması 7 milyon 156,8 min nəfərə çatıb və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
Taksi xidmətindən istifadə edənlərin sayı isə 61,8 milyon nəfərə yüksəlib və 0,7% artım qeydə alınıb.
Metrodan istifadə edən sərnişinlərin sayı isə 162,5 milyon olub və ötən ilin eyini dövrü ilə müqayisədə 2,4% azalıb. Dəniz nəqliyyatından 19,3 milyon, hava nəqliyyatında isə 3,1 milyon sərnişin istifadə edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayı 9,8% azalıb, hava nəqliyyatında istifadə edən sərnişinlərin sayı isə 1,5% artıb.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Azərbaycanda ən çox qazanan müğənnilər Siyahı
19 İyun 2025 17:30
Azərbaycanda xiyar ən çox hansı rayonlarda yetişdirilib? Siyahı
03 Mart 2025 15:54
Ruslar daha çox hansı içkiyə üstünlük verirlər?
26 Noyabr 2025 20:31
Azərbaycanda ən çox nəyə pul xərclənir? Siyahı
15 Dekabr 2024 23:15
Azərbaycanda işçilər ən çox və ən az hansı sahələrdə işləyirlər? Siyahı
19 Yanvar 2025 18:36
Baxış sayı:41
Bu xəbər 09 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















