Azərbaycanda siqaret BAHALAŞACAQ? AÇIQLANDI
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Siqaretə niyə əlavə vergi tətbiq etməyək? Türkiyə bu təcrübədən istifadə edərək, qiymətləri bahalaşdırdı, qarşılığında da vətəndaşlara sağlam həyat tərzini aşıladı. Buna görə siqaret bahalı olmalıdır".
İqtisad-elmləri doktoru (Azərbaycan, Türkiyə, Rusiya), beynəlxalq nüfuzlu professor Zahid Məmmədov bunu Bakıvaxtı.az-ın sualını cavablandırarkən bildirib.

"Məsələn, Finlandiyada uşaq, yeniyetmə və gənclər üçün bütün idman növləri ödənişsizdir. Lakin Azərbaycanda övladınızı idmana yazdırsanız, şahidi olacaqsınız ki, üzgüçülük üçün nəzərdə tutulan ödəniş 80 manatdan başlayır. Axı hamının buna imkanı çatmır. Yəni pulun yoxdursa, övladın da idmanla məşğul ola bilmir. Konkret olaraq, siqaretin qiymətlərini artırmalıyıq və artırılmış hissədən əldə edilən gəlirlər vasitəsilə idman növlərini uşaqlar üçün pulsuz etməliyik”.
Son zamnlar siqaret alüdəçilərinin sayının artdığını bildirən professor vurğulayıb ki, hətta siqaret istifadə edən qadınların da sayı artıb.
“Universitetlərin önlərinə diqqət edin, tələbələr elmi mövzu müzakirə etmək əvəzinə, oğlanlı-qızlı topa-topa yığışıb siqaret çəkirlər. Bütün siqaret növlərinin qiymətlərini artırmaq lazımdır. Artırılmış qiymət bilvasitə insanların sağlamlığına, o cümlədən gənclərin idman fəaliyyətinə yönəlməlidir. Bütün rayon və kəndlərdə idman növləri pulsuz olmalıdır. Çünki mən bu təcrübəni Finlandiyada görmüşəm. İnsanların sağlamlığını düşünməliyik. Bu mənada hesab edirəm ki, siqaret həmişə bahalı olmalıdır”, - deyə ekspert fikrini sonlandırıb.
Aydın Baxış
Baxış sayı:103
Bu xəbər 19 Avqust 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















