Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanda şirin su ehtiyatı azalır: bizi böyük problem gözləyir Şok RƏQƏMLƏR

Azərbaycanda şirin su ehtiyatı azalır: bizi böyük problem gözləyir Şok RƏQƏMLƏR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə dünya əhalisinin sürətlə artması, sənaye inqilabları və iqlim dəyişiklikləri nəticəsində şirin su ehtiyatları ciddi şəkildə azalmaqdadır. Şirin su həyatın davamlılığı üçün ən vacib təbii resurslardan biridir və onun qorunması hər bir ölkənin prioritet məsələsi olmalıdır. Lakin bu gün dünya üzərindəki şirin su ehtiyatları sürətlə tükənir, bu da gələcəkdə su çatışmazlığına və ekoloji fəlakətlərə, hətta içməli su uğrunda müharibələrə səbəb ola bilər.
Hazırda şirin su ehtiyatlarının azalmasının bir neçə əsas səbəbi mövcuddur.

Beynəlxalq mütəxəssislər deyirlər ki, iqlim dəyişiklikləri yağışların bölgələrə qeyri-bərabər paylanmasına səbəb olur. Bəzi bölgələrdə suyun miqdarı artarkən, digərlərində su qıtlığı yaşanır. Quraqlıq su mənbələrinin azalmasına və suyun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

Sənayeləşmə və urbanizasiya da şirin suyun azalmasına səbəb olub. Belə ki, şənayeləşmə ilə əlaqədar şirin suyun istehlakı artıb, bir çox sənaye sahələri böyük həcmdə su istifadə edir. Eyni zamanda, şəhərlərin böyüməsi və kənd yerlərindən şəhərlərə miqrasiyanın artması da su ehtiyatlarının qeyri-bərabər paylanmasına səbəb olur.

Su ehtiyatlarının çirklənməsi onun istifadəyə yararlı olmasını azaldır. Zəhərli tullantılar, kənd təsərrüfatı məhsulları və sənaye tullantıları su mənbələrini çirkləndirir ki, bu da içməli suyun tapılmasını daha da çətinləşdirir.

Dünya üzrə kənd təsərrüfatında böyük miqdarda su istehlak edilir. Tarlalarda suyun israfı, damcı sistemləri və suvarma texnologiyalarının çatışmaması su ehtiyatlarının azalmasına səbəb olur.

Hər gün milyonlarla ton suyun israf edilməsi xüsusilə inkişaf etmiş ölkələrdə şirin su ehtiyatlarının sürətlə tükənməsinə yol açır.

Ekspertlər deyirlər ki, şirin su ehtiyatlarının azalması suyun qiymətinin artmasına və əlçatanlığının çətinləşməsinə səbəb olur. Bu da su çatışmazlığı yaşayan ölkələrdə sosial və iqtisadi böhranlara səbəb ola bilər.
Şirin su çatışmazlığı kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir. Bu da qida qiymətlərinin artmasına, ərzaq çatışmazlığına və iqtisadi çətinliklərə yol açır.

Göllər və çaylarda suyun azalması isə bioloji müxtəlifliyin itməsilə də nəticələnir.

Mütəxəssislər deyirlər ki, istifadəyə yararsız su infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu problem xüsusən inkişaf etməkdə olan ölkələrdə sağlamlıq problemlərinin artmasına gətirib çıxarır.
Təəssüf ki, şirin su problemi Azərbaycandan da yan keçmir.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanın yeraltı və yerüstü şirin su ehtiyatları müstəqillik illərində 15 faizdən çox azalıb.

Ən son qiymətləndirmələrə əsasən, Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetr təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 1980-ci illərdə SSRİ dövründə aparılmış müfəssəl qiymtələndirmələrə əsasən, bu göstəricinin 30,9 milyard kibmetr olduğu təsdiqlənmişdi.

Hazırda mövcud ehtiyatların yarıdan çoxu və ya 13,2 milyard kubmetri transsərhəd yerüstü çay axınlarından formalaşır.
Qalan 8,4 milyard kubmetr yeraltı suların, 4,6 milyard kubmetr isə yerli çayların payına düşür. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (68 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənib.

Azərbaycanda ümumilikdə 8359 çay var və bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axın) daxili çaylardan formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalmalar müşahidə edilir.

Mütəxəssislər bildirirlər ki, son illər əsas transsərhəd çayları olan Kür, Araz və Samur çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində sugötürücü qurğularla daha çox mənimsənilir ki, nətiəcədə bu çaylar vasiatəsilə ölkəmizə daxil olan su həcmlərində ciddi azalmalar baş verir. Bu da öz növbəsində Azərbaycanda suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır. Belə hallar özünü daha çox suya tələbatın kəskin artdığı yay aylarında müşahidə edilir.


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-a müsahibəsində deyib ki, Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir və iqlim dəyişmələrinin mənfi təsirləri-daşqınlar, sellər, quraqlıq, istilik stressləri və s. kimi təbiət hadisələri müşahidə edilir. 
“İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən, suyun gələcəkdə də azalma ehtimalı var”, - deyə komitə sədri həyəcan təbili çalıb.

S.Qurbanov xatırladıb ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70-%-ə yaxın hissəsi ölkə hüdudlarından kənarda formalaşırr.

“Aparılan qiymətləndirmələrə əsasən, 1991-2023-cü illərdə ölkə ərazisində temperaturun yüksəlməsi və yağıntının azalması səbəbindən daxili çayların əksəriyyətində və transsərhəd çaylarda orta illik su sərfində azalma müşahidə edilib. Ölkə üzrə 2023-cü ildə 26,2 milyard m3 su ehtiyatı formalaşmışdır ki, ondan 17,8 milyard m3-i yerüstü, 8,4 milyard m3-i isə yeraltı su ehtiyatlarına aid edilib. Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard m3 hissəsi ölkə ərazisində, 13,1 milyard m3 hissəsi isə qonşu ölkələrin ərazisində formalaşıb. 2023-cü il ərzində su ehtiyatlarından istifadə 9,2 milyard m3 təşkil etmiş, bundan 3,2 milyard m3 hissəsi suyun mənbədən təsərrüfatlara çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.

Su ehtiyatlarının ölkə ərazisində qeyri-bərabər paylanması və region ölkələri ilə müqayisədə iqtisadiyyatın müxtəlif sahələrində istifadəyə görə adambaşına düşən su miqdarının nisbətən az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların qeyri-proporsionallığının artması, transsərhəd suların çirklənməsi, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib.

İçməyə yararlı sulardan suvarma məqsədləri üçün intensiv istifadə olunması da vəziyyəti gərginləşdirir. Bu baxımdan yeraltı su ehtiyatlarından səmərəli istifadə olunması, mühafizəsinin yaxşılaşdırılması, uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi son dərəcə vacibdir.

Respublika ərazisinin təxminən 3/4  hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Qonşu ölkələr tərəfindən təmizlənməmiş tullantı sularının Kür və Araz çaylarına axıdılması onun hidrokimyəvi rejiminə və suyunun keyfiyyətinə mənfi təsir göstərir”.

S.Qurbanov deyib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də ekoloji əhəmiyyətə malik su obyektləri ciddi antropogen təsirlərə məruz qalıb. Bu ərazilərdə şirin su mənbələri çirkləndirilib, dağıdılıb və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.


“Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsi onların ekoloji vəziyyətinə təhlükə yaradır. Belə ki, Araz çayı, Oxçuçay, Bərgüşadçay, Ağstafaçay və s. çayların müxtəlif mənşəli tullantılarla çirkləndirilməsi davam edir. Ermənistan ərazisində yerləşən Zəngəzur (Qacaran) mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları, eləcə də Qafan-Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən Oxçuçaya axıdılır və nəticədə çay hövzəsi ölü zonaya çevrilir.

Son illərdə iqlim dəyişmələri səbəbindən baş verən neqativ tendensiyaların aradan qaldırılması Azərbaycan Respublikasında da həlli vacib olan məsələ kimi ortaya çıxıb. Bu məqsədlə, dövlət tərəfindən əsas diqqətin su sektoru üzrə düzgün strategiyanın müəyyənləşdirilməsi və həyata keçirilməsinə yönəldilməsi vacibdir”.
S.Qurbanovun fikrincə, beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyinin tətbiq edilməsilə problemin həllinə nail olmaq mümkündür. Buraya suyun mənbədən götürülməsindən ətraf mühitə qaytarılmasınadək dəqiq uçotun aparılması, itkilərin azaldılması, suya qənaətedici texnologiyalardan istifadə edilməsi, kollektor-drenaj və təmizlənmiş tullantı sularından suvarmada təkrar istifadə olunması, kiçik su tutarlarının yaradılması, eləcə də sudan səmərəli istifadənin stimullaşdırılması məqsədilə istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin və digər iqtisadi alətlərin (subsidiya, imtiyaz, güzəşt və s.) tətbiq edilməsi və s. daxildir.
Komitə sədri deyib ki, Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024-2040-cı illəri əhatə etməklə 2027-ci ilədək qısamüddətli strateji baxış, 2030-cu ilədək ortamüddətli strateji inkişaf baxışı, 2040-cı ilədək uzunmüddətli strateji hədəf baxışı olmaqla üç mərhələdə həyata keçiriləcək.
Şirvan və Qarabağ kanallarının, həmçinin 20 ədəd magistral suvarma kanalının yenidənqurulması, Qarabağ və Şərqi Zəngəzurun su potensialından səmərəli istifadə üçün su infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən respublikanın müxtəlif rayonları ərazisində dağ çaylarından səmərəli istifadə məqsədilə 10 ədəd yeni su anbarının yaradılması işləri hazırda həyata keçirilməkdədir.

“2020-ci ildəki araşdırmalarına əsasən, Azərbaycan 2040-cı ildə su qıtlığı ilə üzləşə biləcək ölkələr arasında 18-ci yerdə qərarlaşıb və çox yüksək su stressi kateqoriyasına (>80 %) aid edilib. Lakin, II Qarabağ müharibəsində əldə edilən müzəffər qələbə ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları üzərində idarəetmənin bərpası, həyata keçirilən irimiqyaslı infrasturtur layihələri və dəniz, təmizlənmiş tullantı və digər alternativ su mənbələrindən istifadə ilə bağlı gələcək layihələrin elan edilməsindən sonra qeyd edilmiş siyahıda Azərbaycan çox yüksək su stressli ölkələr (>80 %) sırasından orta stressli ölkələr sırasına (40-60 %) dəyişdirilib”.

Şirin su ehtiyatlarının azalması, dünya üçün ciddi bir təhlükə təşkil edir. Bu resursun qorunması və daha effektiv istifadəsi, gələcək nəsillərin su ehtiyatlarına sərbəst şəkildə çıxışlarını təmin etmək üçün vacibdir. İqlim dəyişikliyi, urbanizasiya və sənayeləşmə nəticəsində meydana gələn bu problemlə qarşılaşmamaq üçün hər kəsin məsuliyyətli və ehtiyatlı olmağı lazımdır. Dünyanın su ehtiyatlarını qorumaq, yalnız dövlətlər və təşkilatlar deyil, hər bir vətəndaşın da üzərinə düşən vəzifədir.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri