Azərbaycanda şok olay: Premyer Liqa klubunun futbolçusu oyun alverində iştirak edib
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun futbolçularından biri oyun alverində iştirakını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə "Sportinfo.az" məlumat yayıb.
Həmin oyunçunun adı çəkilməsə də, qeyd olunub ki, o, ölkə kubokunun 1/8 final mərhələsinin "Zirə" ilə qarşılaşmasında (1:3) komandasının məğlubiyyətinə mərc edib.
Amma indi tək bu matç araşdırma mövzusu deyil. AFFA, həmçinin, "şirlər"in Premyer Liqada aldığı son dörd məğlubiyyət araşdırma sahəsinə daxil edilib. Çünki həmin futbolçu bununla bağlı mühüm bilgilər verib.
Bölgə təmsilçisi dekabrın 9-da iki nəfərlə müqaviləni ləğv etdiyini açıqlayıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariya ilə əməkdaşlıq vaxtından əvvəl sona çatdırılıb.
Qeyd edək ki, klub ayrılığın səbəbini açıqlamasa da, bunun oyun alveri ilə bağlı olması ehtimal edilir.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 Dekabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















