Azərbaycanda son 6 ayda kreditlərin 94,2 faizi banklar tərəfindən verilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 avqust, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, milli valyuta ekvivalentində 30 milyard 231,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 322,6 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,8 faiz artaraq 527,4 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















