Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qəzet və televiziya redaktorları “Səs“ qəzetini təbrik edir!

Qəzet və televiziya redaktorları “Səs“ qəzetini təbrik edir!

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu il Səs qəzetinin fəaliyyətə başlamasından 35 il tamam olur. Bu müddət ərzində qəzet ölkənin informasiya mühiti, maarifləndirmə prosesi, ictimai rəyin formalaşması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində mühüm missiya yerinə yetirib. Məhz bu səbəbdən Səs qəzetinin Azərbaycan mətbuatına verdiyi real töhfələrin qiymətləndirilməsi aktuallıq kəsb edir.

SİA qəzet və televiziya redaktorlarının təbriklərini təqdim edir.

Rəşad Məcid Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri: “Səs qəzetinin ilk nömrələrinin işıq üzü görməsi yadımdadır. Səs qəzeti öz ətrafına tanınmış ziyalıları, jurnalistləri toplamışdı. Qəzet, həm də ümummilli liderin fikirlərini, onun tərəfdarlarının fikirlərini o zaman çatdırmaq baxımından əhəmiyyətli rol oynayırdı. Sonrakı illərdə də Səs qəzeti həmişə dövlətçiliyə xidmət edən, birmənalı mövqeyi olan bir mətbuat orqanı olub. Uzun illər qəzetə bizim tanınmış jurnalist həmkarlarımız rəhbərlik ediblər. Son illərdə isə bizim həmkarımız Bəhruz Quliyev qəzeti saxlamaqla, qorumaqla bərabər, eyni zamanda “Səs İnformasiya Mərkəzi” və digər yeni media nümunələrini Səs qəzeti ətrafında yaradıb. Həm Səs İnformasiya Mərkəzi, həm də Səs Media Qrupu-bunlar Səs qəzetinin pöhrələndikləri, onun kökü ətrafında yaranan media qurumlarıdır. Bu gün, təəssüf ki, yazılı mətbuat, qəzetlər tədricən tarixə çevrilməkdədir. Yeni nəsilin qəzet yaddaşı yoxdur. Amma eyni zamanda qəzet, köhnə nəsil üçün bir yaddaşdır, bir xatirədir.

Bu baxımdan mən Səs qəzetinin 35 illik yubileyini ürəkdən təbrik edirəm. Orada çalışan, indiyə qədər fəaliyyət göstərən bütün jurnalist həmkarlara öz ehtiramımı bildirirəm və arzu edirəm ki, Səs qəzeti hələ uzun müddət kağız variantını qoruyub saxlaya bilsin, həftədə bir dəfə də olsa oxucuların görüşünə gəlsin. Bütün kollektivi, başda Bəhruz müəllim olmaqla, təbrik edirəm”.

Alqış Musayev “Yeni Azərbaycan” qəzetinin baş redaktoru: “Səs qəzeti Azərbaycan ictimai-siyasi proseslərin işıqlandırılmasında, ictimaiyyəti informasiyalaşdırılmasında, ümumiyyətlə, demokratik cəmiyyətin möhkəmlənməsində hər zaman çox böyük rol oynayıb. Səs qəzeti bizim üçün ən əziz və doğma qəzetlərdən biridir. Səs qəzeti həqiqətən də uzun illər Azərbaycan mətbuatına öz töhfəsini vermişdir. Bunun da ən bariz nümunələrindən biri Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının 10 illiyi zamanı keçirilən tədbirdəki çıxışında qeyd olunmuşdur. O bildirmişdir ki, Səs qəzeti Azərbaycanın siyasi-ictimai tarixində hər zaman öz sözünü demiş bir qəzettir. “Mənim üçün doğma və əziz bir qəzettir,” – deyə vurğulamışdır.

Həqiqətən də “Səs“ qəzeti o dövrlərdə yüksək tirajla çap olunurdu. O zamanlar, xüsusilə də 1990-cı illərdə, “Səs“ qəzeti əldən-ələ gəzirdi. Sonda mən “Səs“ qəzetinin bütün kollektivini, başda Bəxruz Quliyev olmaqla, ürəkdən təbrik edir, onların işlərində uğurlar arzulayıram. Yaşasın “Səs“ qəzeti! Bir daha təbrik edirəm”.

Vüqar Rəhimzadə "İki sahil" qəzetinin baş redaktoru: “Müasir müstəqil Azərbaycanın 150 illik mətbuat tarixində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən “Səs” qəzetinin yaranmasından 35 il ötür. “Səs” qəzeti ötən 35 ildə təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində xidmətlər göstərmişdir. Qəzet Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğ olunmasında ortaya qoyduğu prinsipial mövqe ilə seçilib. Ulu Öndərimizin ovaxtkı hakimiyyət tərəfindən haqsız və ədalətsiz münasibətə məruz qaldığı vaxtlarda “Səs” qəzeti Onun səsini xalqa çatdırırdı. Eyni zamanda, qəzet Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə rayonlarda təşviqat və təbliğat işlərində müstəsna xidmətlər göstərib. Qəzet dövlətçiliyin təbliğində həmişə fəal olub, haqq-ədalətin çarçısına çevrilib. Bu gün də “Səs” qəzeti dönməz şəkildə bu prinsiplərə, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiq qalaraq öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun davam etdirir.

Qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı fəaliyyətini yeni aktual çağırışlara uyğun qurur. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma medianın fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. “Səs” qəzeti də dövrün tələblərinə uyğunlaşaraq fəaliyyətini müasir çağırışlara uyğunlaşdırıb. “SƏS” İnformasiya Agentliyi və SƏS TV qəzetin tərkibində öz fəaliyyətlərini müasir tendensiyaları nəzərə alaraq qururlar.

Bu gün “Səs” qəzeti Ulu Öndərin ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və milli maraqlara əsaslanan siyasəti yorulmadan təbliğ edir. Şərəfli missiya yerinə yetirən “Səs” qəzetinin kollektivini başda hörmətli baş redaktor Bəhruz Quliyev olmaqla ürəkdən təbrik edir, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram”.

Aydın Quliyev Bakı-Xəbər qəzaetinin baş redaktoru: “Səs Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixi ilə həm yadda qalan bir qəzetdir, həm də bu nöqteyi-nəzərdən ölkədə çox da olmayan qəzetlərdən biri olub. 90-cı illərin əvvəllərində Səs çap olunmağa başlayanda, Azərbaycanda bu cür mübariz, alovlu fəaliyyət göstərən mətbuat orqanları tək-tük rast gəlinirdi. Həm də çox çətin bir şəraitdə yaranmasına baxmayaraq, qısa müddətdə ölkədə ictimai rəyə təsir göstərmək baxımından çox əvəzsiz və güclü bir mövqeyə çıxa bildi. Səs qəzeti eyni zamanda həm mətbuat orqanı kimi fəaliyyət göstərirdi, həm də Azərbaycanın o zamanki problemlərinin və onların həlli yollarının göstərilməsi yönümündə siyasi publisistik metodika ilə fəaliyyət göstərən mətbuat orqanı idi. O, həm qəzet kimi fəaliyyət göstərib, həm də ölkənin taleyüklü məsələlərinin həlli naminə siyasi-ideoloji təşkilatçılıq funksiyasını da yerinə yetirib. Belə mətbuat orqanları Azərbaycanda tək-tək olub. Səs qəzeti də həm Azərbaycanın müstəqilliyi uğrunda, həm ölkədə demokratiya uğrunda, həm də siyasi hakimiyyətin daha perspektivli və daha mütərəqqi formada formalaşmasında öz rolunu oynamış qəzetdir. Səs qəzetinin siyasi maarifçilik və maarifçiliyin digər istiqamətlərində də əvəzsiz fəaliyyəti olub. Səs bir məktəb idi. Bu gün də o, öz fəaliyyətini və rolunu davam etdirir. Səs qəzetinin müstəqil Azərbaycanın quruculuq tarixində yeri var. Bu yer unudulmayacaq, hər zaman xatırlanacaq. Azərbaycan nə qədər ki, müstəqil dövlətdir, onun müstəqilliyi uğrunda bir barizədə azacıq da olsa iz qoymuş bütün orqanların yeri qalacaq.

O mənada Səs qəzetinin ən dərin və ən geniş iz buraxmış bir qəzet olaraq tariximizdə yeri həmişə şərəfli və ləyaqətli şəkildə qorunub saxlanacaq. Səs qəzetinin bundan sonrakı fəaliyyəti də Azərbaycan dövlətinin və cəmiyyətin maraqları çərçivəsində olacağına şübhə etmirəm. Buna görə də Səs qəzetinin kollektivinə bu günkü ildönümündə yeni uğurlar arzulayıram və əminəm ki, mətbuat tariximizdə və mətbuat müasirliyimizdə Səs-in həmişə yeri olacaq”.

Hikmət Əlisgəndəroğlu İdman Tv-nin Bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi: “XX əsrin sonlarında Azərbaycanın müstəqillik qazanmasında "Səs" qəzetinin böyük və müstəsna xidmətləri var. Çünki həmin dövrdə ölkəmizdə ictimai-siyasi proseslər xaos vəziyyətində idi. "Səs" qəzetinin isə sözügedən ərəfədə yaranması, ictimai-siyasi proseslərin işıqlandırılmasında, ictimai rəyin formalaşmasında, ümumiyyətlə, demokratik cəmiyyətin möhkəmlənməsində çox böyük rolu olub. Xatırlayıram ki, həmin dövrdə "Səs" qəzeti əl-əl gəzərdi, neçə minlərlə tirajla buraxılırdı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “ “SƏS” QƏZETİ MƏNİM ÜÇÜN ƏN ƏZİZ QƏZAETDİR." Məhz bu kəlam qəzetin başlığında da öz yerini almışdır. Sözün həqiqi mənasında, o dövrdə Heydər Əliyevin xalqa müraciətləri məhz "Səs" qəzeti vasitəsilə yayımlanırdı. İnsanlar bu qəzet vasitəsilə Ulu Öndərin fikirlərini oxuyur, öyrənirdilər. Bütün dövrlərdə "Səs" qəzeti ictimai-siyasi proseslərdə öz sözünü deyib. Redaksiyada çox peşəkar və fədakar insanlar çalışırlar.

Qeyd etmək lazımdır ki, daha sonra “Səs” qəzetinin nəzdində “Səs İnformasiya Agentliyi” və “Səs TV” yarandı və məndə Səs TV-yə bir il rəhbərlik eləmişəm, işləmişəm. Buna görə də “Səs” qəzeti mənim üçün çox doğmadır. Qəzet ictimai proseslərə operativ münasibət bildirir, hadisələri düzgün analiz edir, peşəkarlıq nümayiş etdirir. Azərbaycan mətbuatının inkişafında "Səs" qəzetinin xüsusi rolu var. Mən bu sahədə əməyi keçən hər bir kəsi təbrik edirəm. “Səs” qəzeti 35 illik fəaliyyəti dövründə mühüm inkişaf yolu keçib və böyüyüb. Hazırda da bu qəzetin bazasında yaranan mətbuat orqanları insanlara çox böyük xeyir verir, xidmət edir. Qəzetin baş redaktoru Bəhruz Quliyev başda olmaqla, onun timsalında bütün kollektivi ürəkdən təbrik edirəm. "Səs" qəzetinin 35 illik fəaliyyəti Azərbaycan mətbuat tarixində hər zaman qalacaq. Necə ki, indiyə qədər silinməz izlər buraxıb, bundan sonra da bu ənənə davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri