Icma.az
close
up
RU
Kommersant: “Tramp SHSM nin bitəcəyindən narahat deyil”

Kommersant: “Tramp SHSM nin bitəcəyindən narahat deyil”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri ABŞ prezidenti Donald Trampın “The New York Times (NYT)” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə əsasən belə qənaətə gəlib.
“Donald Trampın “NYT”-yə müsahibəsinin tam versiyası hələ dərc olunmasa da, qəzetin internet saytında yer alan sitatlar göstərir ki, Amerika lideri nüvə silahlarına nəzarət müqaviləsinə təkcə ABŞ və Rusiyanı deyil, həm də nüvə arsenalını sürətlə genişləndirən Çini də daxil etmək istəyir. Yəqin ki, Fransa və Böyük Britaniyanı nəzərdə tutan Tramp “digər oyunçuların” da danışıqlara qoşula biləcəyini ehtimal edib”, - “Kommersant” yazır.
Lakin Çin hakimiyyəti əvvəllər dəfələrlə diqqətə çatdırıb ki, arsenalları onunkundan əhəmiyyətli dərəcədə çox olan ABŞ və Rusiya ilə nüvə silahlarına nəzarət üzrə danışıqlarda iştirak etməkdə heç bir məna görmür. Fransa və Böyük Britaniya da bu cür proseslərə qoşulmaq istəyini sərgiləməyib.
Niyə Trampın Putinə “quşu qonub”? Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiyada 4380, ABŞ-də isə 3708 nüvə başlığı var (bu rəqəmlərə istismardan çıxarılan və ya hələ utilizasiya edilməmiş döyüş başlıqları daxil deyil).
Çin nüvə arsenalı ilə bağlı dəqiq məlumat açıqlamır. Pekinin öz arsenalını hamıdan daha sürətlə artırdığını iddia edən SIPRI Çinin döyüş başlıqlarının sayını 500-ə çatdırdığını bildirir. Fransanın təxminən 290, Böyük Britaniyanın isə təxminən 230 nüvə başlığı var.
2025-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ABŞ-yə “strateji silahlanma yarışının təhrikinin qarşısını alınması və proqnozlaşdırıla bilən təmkinlilik səviyyəsinin təminatı” üçün müddəti başa çatmaqda olan Yeni SHSM-də döyüş başlığı daşıyıcılarının kəmiyyət hədlərini bir il müddətində eyni səviyyədə saxlamaq təklifini vermişdi.
Ondan daha əvvəl, ötən ilin iyununda isə, BMT baş katibinin müavini və tərksilah məsələləri üzrə Ali nümayəndəsi İzumi Nakamitsu Rusiya və ABŞ-nin strateji sabitlik məsələləri üzrə dialoqa qayıtmalı və 2026-cı ilin fevralında başa çatacaq Strateji Hücum Silahları Müqaviləsini (SHS-3) əvəzləyəcək yeni saziş üzrə danışıqlara mümkün qədər tez başlamalı olduqları zərurətini vurğulamışdı.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri