Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manatdan çox olub.
"Unikal" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % və yaxud 455,8 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 3 milyard 113,2 milyon manatı keçib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,9 % artaraq 164,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 % artaraq 126,1 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,3 % artaraq 814,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 576,8milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















