Azərbaycanda sovet dövründən qalma binalar 2060 cı ilədək izolyasiya ediləcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Sovet dövründən qalma tikinti materialları dekarbonizasiya üçün yüksək enerji səmərəli izolyasiya ilə əvəzlənəcək.
APA xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Qeyd edilib ki, izolyasiya istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksək performanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksək performanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaqdır. Təkmilləşdirilmiş izolyasiyanın istilik və soyutma enerjisinə tələbatı azaldacağı və xalis sıfır emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 22 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















