Icma.az
close
up
RU
Azərbaycanda su tapılmayacaq?

Azərbaycanda su tapılmayacaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb.

Bunu Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi çərçivəsində "İqlim dəyişmələri kontekstinda su təhlükəsizliyi" panel müzakirəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur:

"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".

R.Verdiyev bildirib ki, son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:

"Ən çox azalma 19 faiz olmaqla yay dövründə müşahidə edilib. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".

Azərbaycanın yeraltı şirin su ehtiyatlarının bu qədər azalması hansı problemlər yarada bilər?

Məsələ ilə bağlı  Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Cebheinfo.az”-a bildirib ki,  10-15 il bundan qabaq 100 milyardlıq yeraltı su ehtiyatımız vardı və onun 40 faizi Quba-Xaçmaz zonasında idi:

“Bundan başqa, infltrasiya var, yəni dağın başından gələn çayıar çınqıllı yataqlara hopduraraq düzənə çıxanda toplanır. Onların çoxu təmiz sulardır və biz ondan istifadə edirik. Vaxtilə Kürdəmirə hərbi hissəyə çəkilən infltrasiya sularından Zərdaba, Ucara, Kürdəmirə, Ağsuya da su çəkildi. Həmin yeraltı sularımızın əsas mənbəyi səth sularıdır ki, yavaş-yavaş hopur və laylardan keçdikdən sonra təmizlənib normal içməli suya çevrilir.

Onun şirinliyi normaldır. Samur-Dəvəçi ovalığından  və Qusar maili düzənliyinin ətəklərindən gələn şirin sular platformaların kənarlarına yığılır. Azərbaycanda belə sahələr çoxdur. Bundan başqa, Qarabağda çox böyük su ehtiyatlarımız var. Nəhəng Sərsəng su anbarı, Mingəçevirdə, ümumilikdə Kür və Araz çaylarının üstündə su anbarları, yıni 30-35 milyard kubmetr su ehtiyatımız var".

O bildirib ki, Azərbaycan ərazisinə yağıntı az  düşür:

"Xəzər dənizinin su ehtiyatları topladığı hövzəyə az yağıntı düşdüyünə görə- bu, təxminən 4 milyon kvadratkilometr ərazidir- hazırda Xəzər dənizi də sudan korluq çəkir. Qonşularımız Türkiyə və İran, İsrail, Suriya, Avropanın cənub hissələri, Yunanıstan, İtaliya. Fransa, İspaniya Azor antisiklonunun gətirdiyi yağışların hesabına rütubət alırdılar və indi fəaliyyəti zəifləyib. Təbiət hadisəsidir. Onlar Atlantik okeandan gələn rütubətli hava axınlarını Azərbaycan ərazisinə qədər gətirirdilər.  Hazırda təbii mühitin özünəməxsus qanunları var, buraya quraqlıq gətirə bilmirlər. Nəticədə qeyd etdiyim ərazilərdə yağıntılar az düşür.

Bununla bağlı Xəzəri 80 faiz su ilə təmin edən Volqa çayının suları azalır.  Nəticədə Xəzərin sahilləri uzaqlaşır. Yəni su ehtiyatları azalır. Bu, ümumi tendensiyadır. Ərazimizin su ehtiyatlarından normal istifadə etsək, hər şey qaydasında olar. Bizim Kür-Araz ovalığında nəhəng şirin su ehtiyatlarmız var. O cümlədən, Lənkəran ovalığı, Yardımlı tərəfdə  işməli su ehtiyatları var. Sovet dövründə 100 milyardlıq su ehtiyatımız olub. Bu, o qədər də azala bilməz.

Mənə elə gəlir ki, o ehtiyat olduğu kimi durur. Azalıb uzağı 90 milyardlıq ola bilər. Azərbaycan ərazisində olan çayların, o cümlədən Balakənçaydan Pisaata qədər,   Pirsaatdan da Samura qədər Kiçik Qafqazın çınqıllı suları yataqlarından alta hopur və  o sulardan da şirin su ehtiyatı kimi istifadə etmək mümkündür. Bunlar çayın yatağına hopmuş sulardır. Azərbaycanda iyul-avqust ayları ən quraqlıq dövrdür. Bu dövrdə suyun azalması qanunauyğunluqdur, təbiətin qanunudur. Bu vaxtı da su azalmayıb, bəs nə vaxt azalacaq? İndi hər yerdə su lazımdır, buxarlanma var. Eləcə də orta əsrlərdən qalma suvarma sistemləri var, ona görə də su azalmalı idi”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri