Icma.az
close
up
RU
Azərbaycanda sürücüsüz avtomobillər dövrü başlayır Yeni qanun nəyi dəyişəcək?

Azərbaycanda sürücüsüz avtomobillər dövrü başlayır Yeni qanun nəyi dəyişəcək?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Azərbaycanda sürücüsüz avtomobillərin, pilotsuz nəqliyyat vasitələrinin və süni intellektlə idarə olunan sistemlərin istifadəsi mümkün olacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri ölkədə avtonom nəqliyyat sistemlərinin tətbiqi üçün hüquqi baza yaradır. Dəyişikliklərlə avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı sahələrində avtonom nəqliyyat vasitələrinin istifadəsinin əsasları müəyyənləşdirilib.

Bəs bu yenilik nə deməkdir? Yaxın gələcəkdə yollarda, səmada sürücüsüz avtomobillər görəcəyikmi və insanın sükan arxasında oturmasına ehtiyac qalmayacaqmı?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, yeni qanunvericilikdə “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar yaradılır:

“Avtonom nəqliyyat vasitəsi xüsusi proqram təminatı, sensorlar və süni intellekt texnologiyaları vasitəsilə insanın birbaşa idarəetməsi olmadan hərəkət edə bilən nəqliyyat vasitəsidir. Sadə dillə desək, belə avtomobil yolu özü analiz edir, maneələri tanıyır, hərəkət istiqamətini müəyyənləşdirir və təhlükəli vəziyyətlərdə qərar qəbul edə bilir. Lakin bu o demək deyil ki, sabahdan etibarən bütün küçələrdə sürücüsüz avtomobillər hərəkət edəcək. Qanun ilk növbədə bu texnologiyanın istifadəsi üçün qaydaları müəyyən edir”.

Vəkil bildirib ki, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatına alındıqdan sonra və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istifadə edilə biləcək:

“Yəni ilk mərhələdə belə avtomobillərin qapalı ərazilərdə, logistika mərkəzlərində, xüsusi marşrutlarda və sınaq zonalarında tətbiqi daha real görünür”.

Bəs sürücüsüz avtomobil qəza törətsə, məsuliyyət kimdə olacaq?

Ceyhun Yusifovun sözlərinə görə, yeni qaydalara əsasən, qəza və zərərə görə məsuliyyət avtomobilin sahibi, istismarçısı, istehsalçısı və operatoru arasında bölüşdürüləcək:

“Bu məsələ gələcəkdə xüsusilə mühüm əhəmiyyət daşıyacaq. Çünki adi avtomobildə əsas məsul şəxs sürücüdürsə, avtonom nəqliyyatda qərarı proqram təminatı verir. Qanunda "operator" anlayışının yaradılması da bununla bağlıdır. Operator avtomatlaşdırılmış sistemin fəaliyyətinə nəzarət etməli, təhlükəli vəziyyət yaranarsa müdaxilə etməli, məlumatların saxlanmasını təmin etməli və qəza baş verdiyi halda aidiyyəti qurumlara məlumat verməlidir. Operator kimi fəaliyyət göstərmək üçün xüsusi şəhadətnamə tələb olunacaq və bu sənəd 5 il müddətinə veriləcək. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu 20 manat müəyyən edilib. Yeni sistemdə məlumat təhlükəsizliyi də xüsusi yer tutur. Avtonom nəqliyyat vasitələrinin fəaliyyəti zamanı yaranan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürüləcək. Operatorlar həmin məlumatları ən azı 6 ay müddətində saxlamalı olacaqlar. Bu məlumatlar qəza zamanı avtomobilin necə qərar qəbul etdiyini müəyyən etmək, təhlükəsizlik tədbirlərini artırmaq və sistemə nəzarət etmək üçün istifadə ediləcək”.

Vəkil deyib ki, dəyişikliklər pilotsuz uçuş aparatlarını da əhatə edir:

“Mülki təyinatlı avtonom PUA-lar xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur. Bu isə dronların istifadəsinin daha ciddi qaydalarla tənzimlənəcəyi anlamına gəlir. Avtonom nəqliyyat gələcəkdə yol qəzalarının azalmasına, logistikanın sürətlənməsinə və nəqliyyat xidmətlərinin daha səmərəli təşkilinə imkan verə bilər. Ancaq bu texnologiyanın geniş yayılması üçün yalnız qanunvericilik kifayət etməyəcək. Bunun üçün müasir yol infrastrukturu, rəqəmsal xəritələr, güclü internet şəbəkəsi, kibertəhlükəsizlik sistemləri və texniki xidmət imkanları da inkişaf etdirilməlidir. Beləliklə, Azərbaycanda sürücüsüz avtomobillər dövrü hələ sabah başlamır. Lakin qəbul edilən yeni qaydalar göstərir ki, ölkə artıq gələcəyin nəqliyyat sistemlərinə hüquqi və texnoloji hazırlıq mərhələsinə keçir. Qarşıdakı illərdə süni intellektlə idarə olunan nəqliyyat vasitələrinin həyatımıza daxil olması artıq uzaq perspektiv deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri