Icma.az
close
up
RU
Azərbaycanda yeni media dövrü başlayır KONKRET

Azərbaycanda yeni media dövrü başlayır KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, XXI əsr yeni texnologiyalar, internet, sürət əsridir. Amma XXI əsr tarixə həm də qəzetlərin, yəni çap mediasının qürub dövrü kimi düşəcək. Problem yeni əsrin ilk günlərindən sürətlə, artan təcillə irəliləyir, artıq bizim qapıdadır. Çap mediası sürətlə öz mövqelərini itirməkdədir.

Bu gün Bakıda, elə bütün Azərbaycanda qəzet alanlara demək olar ki, rasrt gəlinmir, eləcə də qəzetlərin reklam bazarında mövcudluğu yox səviyyəsindədir. Aydındır: hər bir reklam sahibi əvvəlcədən kiçik bir araşdırma aparır, qarşı tərəfin yayım imkanlarını – qəzetlərin tirajını, saytların baxılma sayını müəyyən edir. Seçim bir qayda olaraq, qəzetlərin xeyrinə olmur. Çap mediası artıq öz məğlubiyyəti ilə barışıb, amma gələcəyə hazırlaşmır. Hər bir qəzet özünün internet variantını hazırlasa da, əksəriyyət bu sahədə də uduzur. Odur ki, bu gün ayaqda olan, çap olunan qəzetlər varsa, dövlətə, onun bir qurumu olan Medianın İnkişafı Agentliyinə minnətdar olmalıyıq.

Təbii ki, burda obyektiv və subyektiv səbəblər var. Əsas obyektiv səbəb əsrimizin sürət əsri olmasıdır. İnsanlar gecikmək, bu günün xəbərlərini sabahkı qəzetlərdən oxumaq, eşitmək istəmir. Artıq səhər internetdə verilən xəbər axşam telekanaldan belə köhnə xəbər kimi təqdim edilir. Göründüyü kimi, bir çox hallarda televiziyaların uduzduğu bir meydanda çap mediasının imkanları daha məhdud səviyyəyə düşüb. Yalnız operativlikdə deyil, həm də yeni texnologiyaların tətbiqində internet mediasına uduz çap mediası hələ də bu rəqabətdə mübarizə üsullarını tapa bilmədiyindən ağır şəkildə məğlub olur.

Apardığımız araşdırmalar göstərir ki, çap mediasında çox mühüm nailiyyətlər əldə edən Rusiyada çap mediası artıq keçən əsrin axırlarından bu reallığı dərk edib və mübarizənin, fəaliyyətin meydanını dəyişib. Rusiyanın “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Kommersant” kimi populyar nəşrləri artıq 15-20 ildən çoxdur ki, siyasi-iqtisadi analizlərə, proqnozlara, sosial-elmi araşdırmalara üstünlük verirlər. Odur ki, nəinki öz mövcudluqlarını qoruyub-saxlayır, hətta gəlirli biznes strukturlarına çevrilirlər. Onların təcrübəsi bir daha göstərir ki, bu, problemin həllinin, doğrudur çətin, amma sivil yoludur. Çap mediası internet mediası ilə mübarizəni siyasi-iqtisadi analizlər, sosial-elmi araşdırmalar meydanında aparmalıdır. Təbii ki, bütün müqayisələr kimi, bu müqayisə də qüsurludur və burda Rusiyanın böyük ölkə olması, oxucu bazasının, reklam bazarının imkanları da öz sözünü deyir. İndinin özündə də, səhər Moskva metrosuna girəndə, orta nəslin nümayəndələrinin (gənc nəsil bizdəki kimi telefonla oynayır) əksəriyyətinin qəzet oxuduğunu müşahidə etmək olar. Amma bu gün Bakı metrosunda bir nəfər də olsun qəzet oxuyan görmək mümkün deyil, qoca-cavan hamısı telefon-internet aşiqidir.

Bəs, nə etməli, çıxış yolları varmı, Rusiya variantını bizim mətbuatda tətbiq etmək olarmı?! Nəzəri cəhətdən olar, amma praktiki cəhətdən yox… Əvvəla, bunun üçün “Arqumentı i faktı”, “Kommersant” kimi samballı, oxunaqlı qəzet çıxarmaq lazımdır. Sonra, sanballı müəllif yazılarının, günün tələbinə cavab verən siyasi, iqtisadi araşdırmaların qəzet səhifəsinə çıxması üçün talantlı rəhbərin, peşəkar kollektivin olması vacibdir. Peşəkar kollektivin yığılması, saxlanması üçün isə, redaksiyada yaxşı maaş, iş şəraiti olmalı, jurnalist aldığı maaşla ailəsini dolandırmağı bacarmalıdır. Qəzetlərin satılmadığı, reklam bazarlarının olmadığı bir şəraitdə bunlardan danışmaq təbii ki, çətindir, deməli Rusiya variant da, praktiki olaraq, mümkün deyil.

Odur ki, bir çox qəzetlər maddi problemləri həll etmək, ayaqda qalmaq üçün daha asan yol seçir, məsələn, sarı mətbuata keçir. Bu, qeyri-qanuni olmasa da, hər halda qeyri-sivil bir yoldur və problemin aradan qaldırılmasına yox, dondurulmasına xidmət edir. Sarı mətbuatın silahı da, məlum olduğu kimi, sensasiya, seks və skandaldır. Azərbaycan reallığı isə belədir ki, bunların birincisi yox dərəcəsindədir, ikincisi qəbul edilmir, üçüncüsü də təhlükəlidir, ən azı məhkəmə qarşısında cavab vermək lazım gəlir. Odur ki, sarı mətbuat bir qayda olaraq, internet materiallarından sui-istifadə edir, bəzən hətta bu materialları müəllif yazısı kimi qələmə verir, yəni açıq plagiata yol verir, faktiki olaraq, oğurluq edir.

Göründüyü kimi, sarı mətbuatın da yolu çətin, daşlı-kəsəklidir, sözün əsl mənasında əziyyət çəkmək lazım gəlir. Odur ki, sarı mətbuat maddi problemlərin həllinin qeyri-qanuni, təhlükəli – “reket qəzetçilik” yolunu seçir. Bunların niyyəti başqadır, hansı yolla, nəyin bahasına olursa-olsun, pul qazanmaqdır. Bu yolu tutanlar hər yoldan keçəni kiçik maaşla (bəzən hətta maaşsız) müxbir vəzifəsinə götürür, əlinə qırmızı “PRESS” vəsiqəsi verir və “özgə qapıları”na göndərir. Burda artıq peşəkarlıq yox, həyasızlıq əsas kriteriya sayılır, kim nə cür bacarırsa, o cür də “qazanır”. Kimi dilənçilik, kimi reketçilik edir, kimi də başqa vasitələrdən istifadə edir. Bir sözlə, kimin nəyi varsa, bazara çıxarır. Qəzet rəhbərliyi isə, bir qayda olaraq, bazarlıq “vasitələri”nə biganədir, onu yalnız nəticə – pul maraqlandırır. Bəzən hətta qəzet rəhbərliyi mafioz qruplara qoşulur və şantaj yolunu tutur. Müxtəlif imkanlı, tanınmış adamları məlum üsullarla şantaj edir və külli miqdarda pul tələb edir. İş o yerə çatır ki, hətta hüquq-mühafizə orqanları “reket qəzetçilər”in işinə müdaxilə edir.

Bu gün bazarı olmayan çap mətbuatının ayaqda qalmaq üçün sivil yolla getmək imkanları yoxdur. Sarı mətbuata keçənlər, “reket qəzetçilik” səviyyəsinə düşənlər də təhlükəli, qeyri-qanuni yolu seçirlər, obrazlı desək, “minalanmış sahəyə” girirlər. Təbii ki, üçüncü yol da var, bu da qəzetlərin üzüsulu şəkildə bağlanmasıdır. Düşünürəm ki, bu hazırda Azərbaycanda çap mətbuatının yeganə çıxış yoludur.

Gəlin, daha dəqiq araşdırmaları təqdim edək. Məlum olduğu kimi, “Əkinçi” qəzetinin nəşri milli mətbuatımızın təməl daşlarından biri hesab edilir. Lakin o dövrdə, eləcə də sovetlər dönəmində mövcud olmuş vəziyyətlə bugünkü durum arasında uçurum var. “Əkinçi” qəzetinin nəşrinin cəmi 56 sayı işıq üzü görüb. “Əkinçi”nin tirajı həmin dövrdə ayda iki dəfə 300-400 nüsxə idi. Sovet dövründə isə qəzet tirajları təxmini belə idi: 1946-cı ildə 25 000, 1950-ci ildə 28 000, 1960-cı ildə 52 000 nüsxə kimi rəqəmlər qeyd olunurdu. Bu nəşrlər xalq maarifçiliyi üçün bir dönüm nöqtəsi yaradırdı — “xalqı bilgi ilə silahlandırmaq”, “kənddən şəhərə doğru maarif işi aparmaq” əsas məqsəd idi. Qəzetlər cəmiyyətdə cəhalətlə mübarizə aparmaq üçün əsas alətlərdən biri missiyasını həyata keçirirdi.

Bu gün isə qəzetlərin əksəriyyəti “məcburi abunə”, “dəstək olmasanız, bağlanarıq” prinsipi ilə yaşayır. Texnologiyanın sürətlə yayıldığı, internet xəbərlərinin öndə olduğu bir dünyada kağız qəzetçilik əksər hallarda artıq “kağız qoxusu”ndan maklaturaya çevrilib. Qəzet rəhbərləri məktəblərə, dövlət müəssisələrinə “məcbur abunə” yaratmaqla tiraj rəqəmlərini şişirdir.

Bu gün jurnalisti komputer arxasında oturdub copy-past etdirən mətbuat, qəzetlərdə də həmin siyasəti yürüdür. Məsələn Aqil Abbasın “Ədalət” qəzetinin saytı var. Saytda dərc olunan xəbərləri təkrar qəzetdə çap etdirmək hansı qəzetçilikdən xəbər verir?!
“525-ci qəzet” isə, ümumiyyətlə, absurd rəqəmlərlə tirajının şişirdir. Doğrudur, “Ədalət”lə müqayisədə bu qəzetdə yaradıcı mətnlər yer alır. Lakin maklatura bazarına dönən bu qəzetlərdən indi evdar qadınlar pəncərə silmək üçün ən unikal vasitə kimi istifadə edir. Buna oxşar xoşagəlməz hallar onu göstərir ki, dövlət dəstəyi ilə yaşayan “ölü qəzetlər”ə dövlət dəstəyi birmənalı şəkildə dayanmalıdır. Çünki oxucunun, bazarının və ideya məzmunun olmadığı qəzetlərə dövlət dəstəyi mənasız xərclər sferasına aid edilir.

Qeyd edək ki, “525-ci qəzet”, “Ədalət”, “Həftə içi” və s. qəzetlər dövlət idarələrindən əlavə abunə istəklərini dayandırmır, hələ bu azmış kimi tiraj göstəricilərini yalan rəqəmlərlə şişirdir. Oxucu ilə real bağı olmayan çap mediası yalnız xərcləri böyüyən redaksiyalardan ibarət olur. Bir zamanlar fikrin tribunası olan qəzetlər ideya-məzmun cəhətdən korluq çəkir, köhnə formatdan çıxış yolu tapa bilmirlər. Görünən isə odur ki, heç buna cəhd də edilmir. Etiraf edək ki, bu gün hamı sanki ölü çap mətbuatın tabutunu daşıyır, amma heç kim demir ki, “bəsdirin, basdıraq”.
Çox təəssüflər olsun ki, bəzi qəzet rəhbərləri “biz ənənəni qoruyuruq” deməklə, dirəniş göstərir, yeni mərhələnin qarşısını alır.

Qalib Arif,

Dəniz Pənahova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see188

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see188

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see187

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see186

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see185

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri