Icma.az
close
up
RU
Azərbaycanda tarixi hadisə: ITMF və ATA nın birgə seminarı ilk dəfə Bakıda

Azərbaycanda tarixi hadisə: ITMF və ATA nın birgə seminarı ilk dəfə Bakıda

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, Azərbaycan - Azərbaycan Tekstil Assosiasiyası (ATA) qlobal tekstil sektorunun ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə əməkdaşlıq çərçivəsində, AZPROMO-nun tərəfdaşlığı, eləcə də GiLTEX və "Prime Cotton" şirkətlərinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə yüksək səviyyəli seminar təşkil edir. Bu seminarın ITMF-nin 120 ildən artıq təcrübəsində Azərbaycanda keçirilən ilk tədbir olması ilə yanaşı, ölkəmizin tekstil sənayesinin beynəlxalq arenaya inteqrasiyasında da mühüm rol oynayacaq.

Seminar 7 oktyabr 2025-ci il tarixində "Hyatt Regency" hoteldə baş tutacaq. Tədbirdə qanunvericilik islahatları, dayanıqlılıq, məhsul izləniləbilənliyi və ixrac imkanlarının genişləndirilməsi kimi strateji mövzular müzakirə ediləcək.

ATA-nın İdarə Heyətinin Sədri Fəridə Axundova tədbirlə bağlı fikirlərini belə ifadə edir:

"ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir."

Seminarda ITMF-in baş direktoru Dr. Kristian Şindler "Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq" mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq.

Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət edirik.

Qeydiyyat linki: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/

Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00 - 17:30

Məkan: "Hyatt Regency" hotel, Bakı, Azərbaycan

Azərbaycan Tekstil Assosiasiyası (ATA)

2018-ci ildə yaradılan ATA ölkənin tekstil sektorunun inkişafını dəstəkləməyə həsr olunmuş yeganə qeyri-kommersiya təşkilatıdır. ATA pambıq və tekstil istehsalı üzrə fəaliyyət göstərən şirkətləri birləşdirərək beynəlxalq standartlara uyğunlaşmanı təşviq edir və Azərbaycan tekstilinin qlobal rəqabət qabiliyyətinin artırılmasına dəstək olur.

Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF)

1904-cü ildə qurulan ITMF hazırda dünyanın 40-dan çox ölkəsində bütün tekstil dəyər zəncirini birləşdirən aparıcı qlobal forumdur. ITMF sənaye üzrə zəruri məlumatlar və analitik təhlillər təqdim etməklə qlobal investisiya və siyasət qərarlarına istiqamət verir. Federasiya dayanıqlılıq, rəqəmsal transformasiya və dairəvi iqtisadiyyata keçidin təşviqində mühüm rol oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri