Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycanda dövlət dilini bilməyənlərin sayı çoxdur EKSPERT

Azərbaycanda dövlət dilini bilməyənlərin sayı çoxdur EKSPERT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu vəziyyət gələcəkdə sosial problemlərə səbəb ola bilər


“Rus bölməsində Azərbaycan dili və ədəbiyyatının daha dərindən tədrisi bu istiqamətdə mühüm addım olacaq”

Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin dərs saatları artırılacaq, eyni zamanda Azərbaycan ədəbiyyatı fənni də rus bölməsində ana dilində tədris ediləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Nazir qeyd edib ki, kim hansı dildə istəyirsə, təhsil ala bilər. Lakin Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan dilini yaxşı bilməlidir. 


“Elə vətəndaşlarımız var ki, Azərbaycan dilində yaxşı danışa bilmirlər. Bunu aradan qaldırmaq üçün tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin dərs saatlarını artırmaq lazımdır. Bu da olacaq. Gələcəkdə dərs saatı artırıla bilər. Eyni zamanda Azərbaycan ədəbiyyatı fənnini də rus bölməsində ana dilində tədris etməyə hazırlaşırıq”. 

Azərbaycan dili fənni rus bölməsində hazırda neçə saatdır və Azərbaycan ədəbiyyatı tədris olunurmu? 


Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan cəmiyyətində dövlət dili olan Azərbaycan dilinin hər bir vətəndaş tərəfindən yüksək səviyyədə mənimsənilməsi vacibdir: 

- Lakin ölkədə yaşayan bəzi vətəndaşlar, xüsusilə də digər dillərdə təhsil alanlar arasında Azərbaycan dilini yetərincə bilməyənlərin olduğu açıq şəkildə görünür. Bu məsələ, xüsusilə rus bölməsində təhsil alan şagirdlərin gələcəkdə əmək bazarına və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Bunun qarşısını almaq üçün Azərbaycan dili və ədəbiyyatının tədrisinə daha çox diqqət ayrılması zərurəti yaranır.

Ekspert bildirdi ki, hazırda rus bölməsində Azərbaycan dili fənninin həftəlik dərs saatı orta hesabla 2-3 saat təşkil edir. Bu saatların məhdud olması şagirdlərin dili yalnız məcburi fənn kimi öyrənməsinə səbəb olur və nəticədə onların gündəlik həyatda Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarıqları zəif qalır, inkişaf etmir: 


- Üstəlik, Azərbaycan ədəbiyyatı fənni də indiyə qədər əsasən rus dilində tədris olunurdu ki, bu da şagirdlərin milli ədəbiyyatımızı orijinal dildə oxumaq və anlamaq imkanlarını məhdudlaşdırırdı. Azərbaycan dilində kifayət qədər bilik və təcrübə qazanmadıqları üçün rus bölməsində oxuyan bəzi məzunlar ali məktəblərə daxil olduqdan və ya iş tapmağa çalışdıqdan sonra ciddi çətinliklərlə qarşılaşırlar. Beynəlxalq təcrübəyə baxdıqda, bir çox ölkələrdə dövlət dili təhsilin ayrılmaz hissəsi kimi qəbul edilir və məcburi şəkildə yüksək səviyyədə öyrədilir. Məsələn, Estoniyada rusdilli məktəblərdə eston dili tədris saatlarının artırılması və bəzi fənlərin dövlət dilində keçirilməsi illər ərzində tətbiq olunmuş bir siyasətdir. Bu yanaşma sayəsində rusdilli əhali arasında eston dilinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Finlandiyada isveç dilində təhsil alanlar üçün fin dili dərsləri xüsusi proqramlarla gücləndirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasını və əmək bazarında daha rəqabətqabiliyyətli olmalarını təmin edir. Fransada isə müxtəlif etnik qrupların və miqrantların uşaqları üçün fransız dilinin tədrisinə böyük diqqət ayrılır və dövlət məktəblərində fransız dili mütləq keçilir.

K.Əsədov bu fikirdədir ki, Azərbaycanda ümumtəhsil məktəblərinin rus bölməsində oxuyan şagirdlər üçün tədris edilən Azərbaycan dili dərslərinin artırılması və Azərbaycan ədəbiyyatı fənninin ana dilində keçilməsi bir neçə müsbət nəticə verə bilər: 


- İlk növbədə, bu, onların dil biliklərini artıraraq Azərbaycan cəmiyyətinə daha rahat inteqrasiya etməsinə imkan yaradacaq. Eyni zamanda, milli ədəbiyyatımızı orijinal mənbələrdən oxumaq və anlamaq bacarığı inkişaf edəcək ki, bu da mədəni irsin qorunması baxımından vacibdir. Bütün bunlar gələcəkdə rus bölməsində təhsil alanların istər ali məktəblərdə, istərsə də iş həyatında daha uğurlu olmalarına gətirib çıxaracaq. Digər tərəfdən, bu dəyişikliklərin tətbiqi müəyyən çətinliklər də yarada bilər. Məsələn, rus bölməsində çalışan bəzi müəllimlər Azərbaycan dili və ədəbiyyatını ana dilində tədris etməyə tam hazır olmaya bilərlər. Bununla yanaşı, şagirdlər və valideynlər arasında bu yeniliyə müqavimət göstərənlər də ola bilər, çünki onlar övladlarının daha çox rus dilində təhsil almasını istəyirlər. Lakin uzunmüddətli perspektivdə bu addımlar həm milli kimliyin möhkəmləndirilməsi, həm də ölkə vətəndaşlarının dövlət dili üzərində eyni səviyyədə biliklərə malik olması baxımından mühüm əhəmiyyət kəsb edir. 


K.Əsədovun sözlərinə görə, Azərbaycanın multikultural və çoxdilli cəmiyyət olması təbii ki, müxtəlif dillərdə təhsilin aparılmasına şərait yaradır. Bununla belə: 


- Dövlət dili olan Azərbaycan dilinin bütün vətəndaşlar tərəfindən eyni səviyyədə mənimsənilməsi ölkənin inkişafı və cəmiyyətin birliyi baxımından vacib şərtdir. Dövlət dilində ünsiyyət qurmaqda çətinlik çəkən vətəndaşların sayının artması gələcəkdə sosial problemlərə səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, rus bölməsində Azərbaycan dili və ədəbiyyatının daha dərindən tədrisi bu istiqamətdə mühüm addım olacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Fevral 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri