Icma.az
close
up
RU
Məhsul bol, qiymətlər yüksək meyvə tərəvəz niyə ucuzlaşmır?

Məhsul bol, qiymətlər yüksək meyvə tərəvəz niyə ucuzlaşmır?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay ayları təkcə istirahət və dəniz mövsümü ilə yox, eyni zamanda məhsulların bolluğu ilə əlamətdar olur. Ənənəvi olaraq bu fəsildə meyvə-tərəvəzlərin qiymətləri enir, bazarlarda canlanma yaşanır. Amma bu il tablo bir qədər fərqlidir.

Mövsümün ilk ayı artıq yarı olub. Lakin Bakı və ətraf ərazilərdə yerləşən bazarlarda, marketlərdə müşahidə olunan qiymətlər alıcıları sevindirmir. Alça, gilas, ərik, çiyələk, şaftalı kimi mövsüm meyvələri bazarda boldur. Təkcə bazarlarda yox, yaşayış məntəqələrinin həyətlərində, yol kənarlarında yeşiklərlə istehlakçılara məhsullar təklif olunur, ancaq bu bolluğa baxmayaraq, qiymət baxımından ucuzlaşma hiss olunmur.

Əksinə, ötən illə müqayisədə bəzi məhsullarda qiymət 20-30% arasında artıb.

 Normalda məhsul bolluğu bazarda təklifi artırdığı üçün qiymətləri aşağı salmalı idi. İqtisadi qanunlara görə, tələb sabit qalarsa, təklifin artması qiymətlərin enməsi ilə nəticələnməlidir. Bu, müşahidə olunur. Xüsusilə də supermarketlərdə qiymətlərin bazarlara nisbətən 2-3 dəfə baha olması istehlakçının narazılığına səbəb olur.

Bəzi satıcılar məhsulu vaxtında sata bilmədikləri üçün tonlarla meyvə və tərəvəzi ya ucuz qiymətə verməyə məcbur qalır, ya da tamamilə xarab olduğuna görə zibil qutularına atırlar. Alıcının cibinə uyğun qiymət tapmaq çətinləşdikcə, məhsul tarladan süfrəyə çatmamış israf olur.

Supermarketlərin meyvə-tərəvəz bölməsində qiymətlər, demək olar ki, mövsümi dəyişikliklərə o qədər də reaksiya vermir. Burada əsas səbəblərdən biri logistik zəncirdəki ara mərhələlərin çoxluğu və qiymətə əlavə olunan xidmət xərcləridir. Digər səbəb isə bazar rəqabətinin zəif olmasıdır - iri supermarket şəbəkələri qiymətləri uzun müddət sabit və yüksək səviyyədə saxlamaq imkanına malikdirlər.

Kənd təsərrüfatı üzrə ekspertlər hesab edirlər ki, qiymətlərin hələ bir müddət yüksək qalması mümkündür. Əsas səbəb kimi daşınma xərcləri, qablaşdırma, soyuducu anbar ehtiyacları və bazarlardakı qeyri-şəffaf qiymət formalaşması göstərilir. Bununla yanaşı, bəzi hallarda məhsul yığımının pik həddə çatmaması, ixracın artırılması kimi faktorlar da daxili bazarda qiymətləri tənzimləyir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a danışıb: “Keçən il benzin və dizel yanacağı bahalaşdı. Nəticədə meyvə-tərəvəzin daşınma xərcləri də artdı. Digər tərəfdən, Tarif Şurası bu ilin yanvar ayında işığın, qazın qiymətində dəyişiklik etdi və 20-25 faiz artım oldu. Bütün bunlar öz növbəsində meyvələrin saxlanmasına, yetişdirilməsinə öz təsirini göstərdi. İstixanalarda pomidor yetişdirmək üçün sadaladığım enerjidən istifadə olunur. İndi bazarda satılan pomidorun əksəriyyəti də istixanalarda gətirilir. Açıq sahə pomidoru hələ iyul ayından bazarlara gətiriləcək.

İstixana tərəvəz yetişdirmək üçün isitmə və işıqlandırma lazımdır. Qazın, işığın qiyməti qalxandan sonra, əlbəttə ki, bu, məhsulun qiymətində də öz sözünü deyəcək.

Həmçinin bu il minimum əməkhaqları 15 faiz artdı. Bu əhaliyə müsbət təsir göstərsə də, sahibkarların xərcini artırdı. Çünki son 3-4 ayda orta aylıq əməkhaqqı 10 faiz artdı. Beləliklə, sahibkarın xərci əvvəlki dövrlə müqayisədə çoxalır. Daşıma, yetişdirmə, satış qiymətləri zəncirvari şəkildə dəyişir. Bunlar qiymətlərin ötənilki kimi olmasına imkan vermir. Məhsul o zaman ucuz ola bilər ki, sahibkar onu sata bilməsin və ziyana getməsin deyə dəyər-dəyməzə versin. Amma bu, mütəmadi ola bilməz.

Meyvə-tərəvəz kütləvi satış dövründə, yəni açıq sahələrdə yetişdikdən sonra ucuzlaşacaq. Həmçinin yayda istixanaların da xərci az olur. Bu da qiymətləri aşağı salacaq. Ümumilikdə isə ötən illə müqayisədə qiymətlər aşağı olmayacaq. Çünki sahibkarın xərci artıb. Sadəcə olaraq, nisbətən enmələr müşahidə olunacaq".

Qeyd edək ki, bazarlarda pomidorun qiyməti 1 manatdan başlayır. Daha dadlı pomidorun kilosunu 1 manat 50 qəpiyə də almaq olar. Xiyarın minimal qiyməti isə 70 qəpikdir. Badımcan 1 manata, 1 manat 50 qəpiyə, lobya isə 2 manata təklif olunur. 

Meyvələrdən gilas 4-6-8 və daha baha qiymətə satılır. Çiyələyin qiymətində enmələr müşahidə olunur.  Bir həftə öncə çiyələk 4 manat 50 qəpiyə satılırdısa, hazırda 2 manat 50 qəpiyə almaq mümkündür. Bazara təzə alma da gəlib, kilosu 1 manata satılır. Meyvələr içərisində ən bahalılardan biri də ərikdir. Növündən asılı olaraq 2 manat 50 qəpik və 3 manata satılır. Şəhərin bəzi yerlərində əriyi 1 manat 50 qəpiyə təklif edirlər. Şaftalının nisbətən cır növünü 1 manat 50 qəpiyə almaq mümkündür.

Bu il havaların uzun müddət sərin keçməsi, yağıntılar, dolu və güclü küləklər də qiymətə öz təsirini göstərib. Havaların sərin keçməsi meyvə və tərəvəzin açıq sahələrdə yetişməsini gecikdirib.

İstehlakçılara tövsiyə olunur ki, meyvə-tərəvəz alarkən yalnız supermarketlərlə kifayətlənməsinlər. Yerli kənd təsərrüfatı yarmarkaları, birbaşa fermer satışları və ucuz bazarlarda da qiymətləri müqayisə etsinlər. Həmçinin məhsulu təkcə görünüşə görə deyil, keyfiyyətinə və saxlanma müddətinə görə də seçmək vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri