Icma.az
close
up
RU
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr SİYAHI

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr SİYAHI

Icma.az bildirir, Tribuna portalına istinadən.

- +

Ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatlarının rəhbər vəzifələri xeyli vaxtdır ki, boşdur. Belə ki, bir sıra sabiq məmurlar deputat seçildikləri üçün vəzifələrindən azad ediliblər. Bəzi şəxslər isə vəzifələrindən azad olunsalar da, onların yerinə yeni şəxs təyin olunmayıb.

Tribunainfo.az Bizim.Media-ya istinadən kreslosu boş qalan məmurların siyahısını təqdim edir:

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş “Azərsu) İdarə Heyətinin sədrinin kreslosu boşdur. Sabiq sədr Köçərli Həsənov bu ilin sentyabrında vəfat edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsi də öz sahibini gözləyir. Nəzərə alaq ki, sabiq sədr Şahin Seyidzadə sentyabrın 20-də keçirilən parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Sabiq icra başçısı Asif Əsgərov VII çağırış Milli Məclisə deputat seçildiyi üçün Dövlət başçısının 23 sentyabr 2024-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib

Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur. Söhbət icra hakimiyyətinin rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olub, bu vəzifəyə Eldar Əzizov gətirilib. Lakin üç aydan sonra – 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalıb.

O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb. Daha bir müavin postuna da son illər təyinat həyata keçirilməyib. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyində 4 yüksək vəzifə boş olduğundan, həmin postlara təyinat aparılması gözləniləndir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri