Icma.az
close
up
RU
Menu

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

Azərbaycanda Türkiyə ilə bağlı narahatlıq artır Amerikalı və türk ekspert kartları açdı

Azərbaycanda Türkiyə ilə bağlı narahatlıq artır Amerikalı və türk ekspert kartları açdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ABŞ və İsrailin beynəlxalq siyasətdə yaratdığı koalisiyaya qarşı Türkiyənin yeni ittifaq qurmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Türkiyə–Rusiya-Çin üçtərəfli ittifaqı ən uyğun model ola bilər.

Baxçalının bu açıqlaması Azərbaycanda narahatlıq doğurmağa başlayıb və bəzi müzakirələrə, suallara yol açıb. Bu ideya reallaşa bilərmi və reallaşarsa nələr olacaq? 

Globalinfo.az-a danışan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı sabiq səfiri Metyu Brayza Baxçalının bu bəyanatının yeni bir şey olmadığını deyib:

“Bu bəyanat yeni bir şey deyil”

“MHP sədri Dövlət Baxçalının Türkiyə, Rusiya və Çini ABŞ və Qərbə qarşı ittifaqa çağırması ilə bağlı qeyd etdiyiniz açıqlamanı oxumamışam və eşitməmişəm. Amma bu yeni bir şey deyil. Onilliklər ərzində Türkiyənin Xarici İşlər Nazirliyində, onun Müdafiə Nazirliyində və milli təhlükəsizlik sistemində daha geniş mənada “Avrasiya Məktəbi” adlanan xarici siyasət məktəbi var ki, o da məhz bunu – Türkiyənin Qərb ölkəsi olmadığını deyir. Bu ideyaya əsasən, Türkiyə Avropa ölkəsi deyil və o, siyasi, iqtisadi və beynəlxalq təhlükəsizliklə bağlı daha geniş maraqlarını Transatlantik birlik vasitəsilə təmin etməyə çalışmamalı, Avrasiya materikində təbii müttəfiq hesab etdiyi tərəfdaşlarla və məhz Rusiya və Çinlə əməkdaşlıq etməlidir. Türkiyənin, hətta prezident Ərdoğanın hədəfi nədir? Onlar hesab edirlər ki, Avropa İttifaqı sözünün üstündə durmalı və Türkiyənin təşkilata üzv olması ilə bağlı əzmlə danışıqlar aparmalıdır. Həmçinin Türkiyə NATO-nun üzvüdür və bu, yaxın zamanda dəyişməyəcək.

Dövlət Baxçalının nə dediyini və ya hansı kontekstdə bunu dediyini dəqiq bilmirəm, amma Türkiyə, Rusiya və Çinin ittifaq yaratmağa cəhd etməli olmaları barədə bəyanat yeni bir şey deyil. Bu, onilliklərdir davam edir, ona görə də nə Azərbaycan, nə də bir başqası üçün hər hansı nəticəsi yoxdur. Başqa sözlə, Türkiyənin NATO-ya qarşı olan Rusiya və Çinlə yeni ittifaq qurmaq şansı sıfıra bərabərdir. Bu, siyasi cəhətdən tamamilə mümkün deyil və Türkiyənin maraqlarına ziddir. Siyasətçilər hər hansı səbəbdən bəyanatlar verirlər və Türkiyə bütün dünya ölkələri ilə mümkün qədər yaxşı münasibətlər qurmaq istəyir, lakin o, Transatlantik birliyin qəti və ayrılmaz üzvüdür”.

“Türkiyənin yüksəlişi Qərbin Türkiyəni itirməsi deməkdir”

Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz isə deyib ki, Türkiyənin Rusiya və Çinlə ittifaq yaratmaq təklifi əslində Qərbə bir mesajdır:

“Məsələyə bu prizmadan baxmaq lazımdır. Çünki Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində ikiqütblü dünya sisteminin sona çatdığı və Soyuq müharibənin bitdiyi 1990-cı illərdən bəri Türkiyənin strateji əhəmiyyətinin azaldığına dair ümumi fikir formalaşmışdı. Buna baxmayaraq, Türkiyənin son zamanlar xarici siyasətdə yüksəlişi, Türk Dövlətləri Təşkilatının (TDT) yüksəlişi və Şuşa Bəyannaməsi ilə TDT-nin transformasiyasının başlaması, xüsusilə Qərb dünyası, yəni Avropa və ABŞ tərəfindən diqqətlə, lakin narahatlıqla izlənilir. Çünki türk dövlətlərinin və Türkiyənin yüksəlişi Qərbin Türkiyəni itirməsi deməkdir. Eyni zamanda gizli embarqolarla Türkiyəni küncə sıxışdırmağa çalışırlar. Türkiyə uzun müddətdir ki, ABŞ-ın hərbi dəstəyindən məhrumdur”.

İ.Cingöz bildirib ki, Türkiyənin ABŞ və NATO ölkələrindən, yəni müttəfiqlərindən S-400 hava hücumundan müdafiə sistemləri tələbinə və onların pulunu ödəməyə söz verməsinə baxmayaraq, NATO və ABŞ Türkiyənin bu tələbinə müsbət cavab verməyib:

“Bu dövrdə Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyadan almaq məcburiyyətində qaldı. Və ABŞ CAATSA sanksiyaları çərçivəsində Rusiya tədarük zənciri ilə birlikdə Türkiyəyə embarqo tətbiq etməyə başladı. Bu embarqoya ABŞ ilə yanaşı Avropa ölkələri də qatıldı.

Bu dövrdə rahib Brunson hadisəsi və ABŞ-ın PKK-nın Suriya qolu olan PYD və YPG-yə Türkiyəyə qarşı hərbi və maddi-texniki dəstək verməsi Türkiyənin Avropa və ABŞ ilə ciddi gərginlik yaşamasına səbəb oldu və öz xarici siyasətini formalaşdırdı. Son zamanlar İsraillə bağlı gərginlik, ehtimal Türkiyə-İsrail müharibəsi ssenarilərinin müzakirə edilməsi və bu müharibə zamanı ABŞ və Avropa ölkələrinin İsrailin yanında olacağının dəqiq olması ilə bərabər Türkiyə Rusiya və Çinlə ittifaqın mümkünlüyünü nümayiş etdirməklə Avropa ölkələrinə və ABŞ-a mesaj vermək məqsədi daşıyır. Bu, Türkiyə dövlətinin bir həmləsi kimi qiymətləndirilməlidir”.

Ekspert qeyd edib ki, eyni zamanda, ABŞ-ın Ukrayna-Rusiya müharibəsində Rusiya ilə ittifaq qurduğu aydındır:

“Rusiya və ABŞ arasında Ukraynaya görə gərginliyin artdığı görünsə də, onlar mahiyyətcə razılığa gəliblər. Rusiya da buna razıdır. Çünki ABŞ Ukraynanın yeraltı və yerüstü sərvətlərini, ən əsası isə qiymətli torpaq elementlərini təkbaşına istismar etmək istəyir. Və aydındır ki, Rusiya buna bir şərtlə razı olacaq ki, işğal olunmuş ərazilər Rusiyanın tərkibində qalsın. Putin daha əvvəl bu məsələ ilə bağlı müsbət açıqlama vermişdi.

İsmail Cingöz

Avropa ölkələri bu məsələdə ABŞ-la zidd mövqedədirlər. Rusiya son vaxtlar Şərqi Avropa sərhədlərində təlimlər keçirərək və sərhəd pozuntularına yol verərək Avropanı hədələyir. Hazırda Türkiyənin maraqlarının ABŞ və Avropanın maraqları ilə zidd olduğu görünməkdədir”.

O deyib ki, Türkiyə hərbi üstünlüyünü, müdafiə sistemlərini öz resursları və imkanları ilə gücləndirir. Avropa ilə Amerika bundan ciddi narahatdır:

“Avropa ölkələri ABŞ-a qarşı müdafiə sistemlərini Türkiyə ilə birlikdə qurmaq istəyir. Və unutmaq olmaz ki, Türkiyə hazırda Yaxın Şərqdə son zamanlar Suriya Demokratik Qüvvələri (SDQ) kimi tanınan PYD/YPG ilə bağlı ABŞ-la problemlər yaşayır. Çünki 2026-cı il büdcəsindən Livanda “Hizbullah”a, SDQ-yə və Amerikanın İraqdakı proksi qüvvələrinə əhəmiyyətli məbləğdə, yəni 130 milyard dollar vəsait ayrılıb. Bu, Türkiyənin Suriyadakı maraqlarına ziddir. Bu, SDQ-nin Suriya hökuməti ilə inteqrasiyasına qarşı təxribat kimi qiymətləndirilməlidir. Belə bir vəziyyətdə Türkiyə Avropa və ABŞ-a Çin və Rusiya ilə yeni ittifaq yarada biləcəyi mesajını verdi. Bu mesajdan dərhal sonra ABŞ prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanı ABŞ-a dəvət edərək, “gəlin görüşək, ticarət təşəbbüslərimizi, ticarətin artırılmasını, F-35 və F-16 məsələlərini yenidən nəzərdən keçirək” deyə açıqlama verdi. Ona görə də görünən odur ki, ABŞ Türkiyənin açıqlamalarını mesaj kimi anlayıb və Türkiyəni itirməmək üçün dərhal dəvət gəlib”.

“Bu prosesdən Azərbaycan da qazanacaq”

İ.Cingözün sözlərinə görə, Türkiyənin Rusiya ilə ittifaq qurmasının Azərbaycanı narahat edəcəyi düşünülsə də, Türkiyə xarici siyasətində heç vaxt Azərbaycana zidd mövqe tutmayacaq:

“Unutmaq olmaz ki, Türkiyə xarici siyasətində Azərbaycanla eyni yolda addımlayırlar. Ona görə də Türkiyə Azərbaycana zərər verəcək heç bir təşəbbüsə baş vurmayacaq.

Bundan əlavə, Türkiyə Çinlə ittifaq qursaydı, dostluq münasibətlərindən dolayı, Türkiyəyə zərər verməmək üçün Çin hökumətinin Uyğur türklərinə qarşı mənfi münasibətini yumşaltması ehtimalı var. Yəni Türkiyə-Çin dostluğu inkişaf etdikcə, Çinin Uyğur türklərinə təzyiqinin də azalacağı ehtimalı yüksəkdir. Çünki dost münasibətlərə həm də digər təşəbbüslərin stimulu kimi baxılmalıdır. Təbii ki, bunlar uzunmüddətli məsələlərdir və bəzi məsələləri gözləmək lazımdır. Amma son nəticədə yadda saxlamaq lazımdır ki, Türkiyə başda Azərbaycan olmaqla, türk dövlətləri və türk xalqlarına ziyan vuracaq heç bir quruluşa daxil olmayacaq. Türkiyə TDT və türk xalqları əleyhinə addımlar atmaz. Türkiyənin qazancı Azərbaycan, TDT və türk xalqlarının da qazancı olaraq qiymətləndirilməlidir”.

“Şərqin lideri Çin, Qərbin lideri İngiltərə sayılır”

Politoloq qeyd edib ki, Türkiyənin Rusiya və Çinlə ittifaqının yaxın zamanda qurulub-qurulmayacağını zaman göstərəcək:

“Dediyimiz kimi, bu, Qərbə bir mesajdır və Donald Trampın cənab Ərdoğanı dəvəti ilə mesajın ünvanına çatdığını görürük. Yeni dünya nizamı qurulur və yeni dünya nizamına görə Şərqin lideri Çin, Qərbin lideri İngiltərə sayılır. 2040-cı il vizyonu hesab edilən bu sistemdə Şərqdə liderliyə hazırlaşan Çin ilə Türkiyə arasında indidən dostluq münasibətlərinin inkişaf etdirilməsi uzunmüddətli perspektivdə Türkiyə və Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatına fayda verəcək. Bu prosesdə, yəni yeni dünya nizamında Türkiyə və Azərbaycanın liderliyində türk dövlətləri üçüncü qütb olmaq yolunda addımlar atmaqda, bununla bağlı işləri sakit və dərindən həyata keçirməkdədir. Bu proses zamanı Türkiyənin Çin və Rusiya ilə yaxşı dostluq əlaqələri inkişaf etdirməsi yeni dünya nizamında Türkiyə, Azərbaycan və TDT-nin üçüncü qütb olmaq yolunda mövqelərini gücləndirə və Türküstan bölgəsində fəaliyyətlərini asanlaşdıra bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see145

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see141

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see140

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see136

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see135

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see133

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see130

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see129

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see128

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see127

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see126

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see125

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see124

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see124

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri