Azərbaycanda un məhsulları bahalaşacaq? Video
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını almaq və daxili bazarda sabitliyi təmin etməkdir.
Beləliklə, ötən müddətdə manatın məzənnəsindəki dəyişikliklərin, dünya bazarında buğdanın bahalaşmasının çörəyin qiymətinə təsiri minimallaşdırılıb.
Bəs buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddətinin artırılması mümkündür? Dördpendirli pizza
"Yeni Sabah" xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu güzəştin müddəti uzadıla bilər:
"Əsas ehtimalım onunla bağlıdır ki, un məhsullarının bahalaşması hökumətin hazırkı sosial siyasətinin məğzinə uyğun gəlmir. Üstəlik, son illər ərzaq qiymətlərinin sürətlə bahalaşması və un məhsullarının sosial cəhətdən həssas təbəqənin ərzaq büdcəsində mühüm paya malik olması hökuməti bu güzəştin davam etməsində maraqlı edir. Bu güzəştin ləğvi avtomatik olaraq yerli buğda yığımını və un istehsalını artırmayacaq. Məsələ burasındadır ki, Azərbaycanda yerli buğda yığımı ümumi buğda tələbatının cəmi 55-60 faizini, ərzaqlıq buğda tələbatının isə yalnız 25 faizini ödəyir. Yəni hökumətin ölkə daxilində ərzaqlıq buğda istehsalını artırmaq planları var. Vergi güzəştlərinin ləğvi un məhsullarının 18 faiz bahalaşmasına gətirib çıxara bilər".\Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Oktyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















