Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Azərbaycanda uşaqların soyadında hələ də ən çox ov, yev YAZILIR

Azərbaycanda uşaqların soyadında hələ də ən çox ov, yev YAZILIR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dil, mədəniyyət və kimlik məsələləri ciddi şəkildə gündəmə gəldi. Bu çərçivədə soyadların milliləşdirilməsi - yəni, rus dilindən gələn “-ov, -yev” sonluqları yerinə
“-lı, -li, -oğlu, -qızı” kimi milli sonluqların istifadə olunması ideyası ortaya çıxdı. Lakin hazırkı müşahidələr göstərir ki, 34 il keçməsinə baxmayaraq, hələ də cəmiyyətin böyük hissəsi bu dəyişikliyi etməyə meyilli deyil.
Sovet dövründə soyad sonluğu “-ov, -yev” yazılmış yaşlı və orta nəsildən olanların ondan imtina edə bilməməsini hardasa başa düşmək olar, çünki bəzi hallarda bürokratik əngəllər vətəndaşı əlavə əziyyətə qatlaşmağa məcbur edir. Nəticədə soyad sonluğunu dəyişmək istəyənlərin heç heç də hamısı tutaq ki, hansısa məmurla mübahisə etməyə, əlavə vaxt itirməyə, arxivə gətməyə və ya hansısa digər sənəd gətirməyə həvəs göstərmir...
Bəs müstəqillik illərində doğulan uşaqların soyad sonluğunun milliləşdirlməsinə nələr mane olub ki, 34 il keçməsinə baxmayaraq, hələ də yeni doğulanların şəxsiyyət vəsiqəsində “-ov, -yev” yazılır?
Bunun bir sıra səbəbləri var - həm laqeydlik, həm məlumatsızlıq və digər halları qeyd etmək olar.
Soyadları ailə kimliyinin bir hissəsi hesab edən bir çox insan üçün sonluğu dəyişdirmək, özünü və ailəsini tanıdığı formadan uzaqlaşdırmaq kimi qəbul olunur. Nəslin tanınmış bir soyadı varsa, insanlar onu qorumağa çalışırlar. Məsələn, hansısa "Quliyev" soyadlı ailə elə bu sonluqla da davam etməyə üstünlük verir.

Bir çox insanlar düşünürlər ki, şəxsiyyət vəsiqəsində soyad sonluğunu dəyişdikdən sonra diplom, sürücülük vəsiqəsi, mülkiyyət sənədləri və digər rəsmi sənədlərin də dəyişdirilməsi zərurəti yaranzacaq ki, bu da onları qorxudur.
Əgər bir tendensiya cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunmayıbsa, fərdi səviyyədə bu dəyişikliyi etmək bəzən qəribə ya da “fərqlənmək cəhdi” kimi qarşılanır. Halbuki soyadların milliləşdirilməsi milli kimliyin bir ifadəsi ola bilərdi.
Bəzi insanlar üçün soyadın forması dəyişsə də, bunun kimliyə və ya dəyərlərə təsiri olmadığı düşünülür. Onlar hesab edirlər ki, əsas olan insanın davranışı, düşüncəsi və vətənə münasibətidir, forma deyil.

Hər şeyə laqeyd yanaşan bəzi insanlar üçün isə soyad sonluğunu dəyişdirmək heç bir önəm daşımır. Məsələn, şəxs deyir ki, Məmmədov və ya Məmmədli ona nə verəcək, həyatında nəyi dəyişəcək? Bu halda maarifləndirmə işinin zəif olduğunu vurğulamaq yerinə düşər. Tutaq ki, şəxsiyyət vəsiqəsini verən qurumun əməkdaşı yeni doğulan uşağın valideyninə təklif edə bilər ki, körpənin soyad sonluğunu "-ov, -yev" deyil, milli formada yazdırsın. Ya da ona izah edə bilər ki, "-ov, -yev" sovetdənqalma, rus dilindən gəlmə sonluqdur, bunun milliləşdirilməsi vacibdir. Amma müşahidələr göstərir ki, rəsmi qurumda vətəndaşa belə bir təklif olunmur, canlı şəkildə hər hansı izahat işi aparılmır.
Soyad sonluqları “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il 495 nömrəli Qərarına uyğun olaraq dəyişdirilir. Bu prosedurun sadələşdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarla “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” qəbul edilib.
Soyad sonluqlarının dəyişdirilməsi Ədliyyə Nazirliyinin bütün, o cümlədən “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrində həyata keçirilir.
Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşlar "-ov, -yev" sonluqlu soyadlarını "-lı (sözün kökündən asılı olaraq -li, -lu, -lü), -zadə, -oğlu, -qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə ödənişsiz əvəz edə bilərlər. 
Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Əgər uşaq 10 yaşına çatıbsa, onun soyadının sonluğu yalnız özünün razılığı ilə dəyişdirilir. Soyad sonluğunun dəyişdirilməsi ilə əlaqədar vətəndaşlara yeni şəhadətnamələr verilir.

Maraqlıdır, geridə qoyduğumuz 2024-cü ildə doğulan uşaqlara hansı soyad sonluğu daha çox yazılıb?

Modern.az saytı bu sorğu ilə Ədliyyə Nazirliyinə müraciət edib.
Təəssüf ki, nazirlikdən aldığımız cavab heç də ürəkaçan deyil.
2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 310 doğulan körpə qeydə alınıb.
Nazirlikdən saytımıza verilən rəsmi cavabda bildirilib ki, ötən il doğumu qeydə alınan uşaqların soyad sonluğunda yenə də “-ov, -ova, -yev, -yeva” üstünlük təşkil edib. Belə ki, onlardan təxminən 23%-nin soyadının sonluğu “-yev, -yeva” yazılıb.

2024-cü ildə yeni doğulan uşaqların 21%-nin soyadının sonluğu da rus dilindən gəlmə "-ov, -ova" kimi yazılıb.
Övladının soyad sonluğunu milliləşdirənlərin sayı hələ ki, onlardan geri qalır. Belə ki, ötən il doğulanb uşaqların 20%-nin soyadının sonluğu "-lı, -li, -lu, -lü" yazılıb.
Keşən il doğumu qeydə alınan uşaqlardan 15%-nin soyadının sonluğu "-zadə" kimi qeyd olunub.
2024-də doğulanların 21%-nin soyadının sonluğu isə digər formalarda qeyd edilib.

Soyadların milliləşdirilməsi məsələsi dərin tarixi, psixoloji və sosial qatlara malikdir. Doğrudur, bu dəyişikliyi etmək və ya etməmək şəxsi qərara bağlıdır və bu işdə məcburiyyət yoxdur, lakin bu qərarın arxasında duran səbəbləri anlamaq milli şüurun formalaşması baxımından əhəmiyyətlidir.
Bəlkə də zamanla daha çox insan soyad formasının sadəcə bir ad yox, bir mövqeyin də göstəricisi olduğunu anlayacaq.
Əfqan Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri