Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Sərdar Cəlaloğlu gündəm yaratmağa çalışır Tural Abbaslı

Sərdar Cəlaloğlu gündəm yaratmağa çalışır Tural Abbaslı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“MediaTürk” TV-nin efirində qonaq olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu diqqətçəkən fikirlər səsləndirib.

O, "Əli Kərimli-Ramiz Mehdiyev" əlaqələri ilə bağlı Milli Şura üzvlərinin istintaqa cəlb olunmasını vacib sayıb:

“Əli Kərimli heç vaxt Ramiz Mehdiyevlə birbaşa görüşməyib, arada vasitəçilər olub. Bu vasitəçilər də Milli Məclisdə təmsil olunan Əli Kərimlinin müavinləridir. Onlar qədər Əli Kərimlinin gizli işlərini bilən adamlar yoxdur. İndi durub sən İqbal bəyin, Tural Abbaslının adını çəkə bilərsən. Tural Abbaslı özü Milli Şuranın üzvü olub. İndi Tural Abbaslı Əli Kərimli barədə danışır. Mən kənardan Milli Şuranın Rusiyanın layihəsi olduğunu demişəm, xalqa da xəbərdarlıq etmişəm ki, Milli Şuranın axırı yoxdur, onun arxasınca düşmək olmaz. Qardaş, onda sən içəridə olmusan, Tural Abbaslı və onun kimi 100 nəfər adam Milli Şuranın İdarə Heyətində olub. Gəlin deyin ki, proseslər necə olub, heç olmasa müdafiə edin. Lakin indi qəribə, paradoksal hadisə yaşanır, Milli Şuranın təsisçiləri çıxıb Milli Şuranı ittiham edirlər. Bu necə ola bilər? Sənin heç nədən xəbərin olmayıbsa, sən necə oranın üzvü olmusan? Xəbərin olubsa, sən özün də ittiham olunmalısan. Milli Şura tək Əli Kərimlidən ibarət deyildi ki... Milli Şuranın necə maliyyələşdiyini və digər fəaliyyətləri barədə bilavasitə üzv olanlar danışmalıdırlar. Onlar istintaq prosesinə cəlb olunmalıdırlar. Milli Şuranın rəhbərliyi Gürcüstana Rüstəm İbrahimbəyovla görüşməyə getmişdi. Orada nə söhbət gedib, bunlar bilirlər. İstintaqı obyektiv şəkildə aparmaq istəyirlərsə, iki qrup adamlar dindirilməlidir: parlamentdə təmsil olunan Əli Kərimlinin keçmiş müavinləri və Əli Kərimli ilə birlikdə Milli Şuranı təsis edən adamlar. Bu adamlardan başqa baş verən hadisələrlə, Əli Kərimli-Ramiz Mehdiyev əlaqələri ilə bağlı heç kəs nəsə deyə bilməz”.

Modern.az Ağ Partiya sədri Tural Abbaslıdan barəsində deyilənlərə münasibət öyrənib.

Saytımıza açıqlamasında o deyib ki, Sərdar Cəlaloğlu gündəm yaratmağa həvəslidir:

“Milli Şura yarananda mən Müsavat Partiyasının Divan üzvüydüm. Milli Şura yarananda Azərbaycandakı bütün partiyalar orada iştirak edirdi. Bizim şükür Allaha, heç kəsdən gizləyəcəyimiz nəsə yoxdur. Milli Şura bir dönəm Prezident seçkilərində iştirak etmək üçün siyasi birlik idi. Sərdar Cəlaloğlu düşünürsə ki, bizi istintaqa cəlb etmək lazımdır, etsinlər. Gedək, maraqlı suallar varsa, cavab verək. İndi maşallah, hamı danışır. Problem deyil, danışa bilərik”.

Tural Abbaslı Əli Kərimli barədə həbs olunandan sonra sərt çıxışlar etmədiyini də qeyd edib:

“Burada söhbət Əli Kərimlinin Milli Şuradakı fəaliyyətindən getmir. Biz də Əli Kərimlini yox, Ramiz Mehdiyevi tənqid edirik. Mehdiyevlə əlaqəli kim varsa, onları tənqid edirik. Mən Əli Kərimli azadlıqda olanda daha çox tənqid etmişəm, çünki onlar bizə hücum ediblər, biz də cavab vermişik. İndi mənim “bəli, Əli Kərimli xaindir, filandır” deyə çıxışım olmayıb, olmayacaq da, bəlkə sabah sərbəst buraxdılar. Mən qeyd etmişəm ki, günahkardırsa, bu Sərdar Cəlaloğlu da ola bilər, cavab verməlidir. Amma kiminsə günahı yoxdursa, həbs olunmamalıdır. Əksinə, mən qeyd etmişəm ki, Əli Kərimli bu və ya digər şəkildə şübhəli şəxs kimi istintaqa cəlb olunur, barəsində həbs-qəti imkan tədbiri seçilir, amma Ramiz müəllim evində oturur, əlində də telefonu. Biz bu məsələlərin şəffaf və obyektiv araşdırılmasının tərəfdarıyıq. Hətta mən onu da qeyd etmişəm ki, bu məsələdə Ağ Partiya üzvlərinin də bu və ya şəkildə qanunsuz rolu olubsa, heç onları da müdafiə etmərik. Bizə görə qanun hər şeydən üstündür. Mənim üçün adamın siyasi kimliyi, partiya lideri olub-olmaması önəmli deyil. Sərdar bəyə təşəkkür edirik ki, bizi yad edir, sağ olsun”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri