Icma.az
close
up
RU
Azərbaycanda valideynlər məktəb həyatında nə dərəcədə fəaldırlar?

Azərbaycanda valideynlər məktəb həyatında nə dərəcədə fəaldırlar?

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 noyabr, AZƏRTAC

Tədqiqatlar sübut edir ki, təhsildə uğurun əsas şərtlərindən biri valideynlə məktəb arasında səmərəli əməkdaşlığın qurulmasıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, bu əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşmamalı, uşağın inkişafına yönəlmiş sistemli tərəfdaşlığa çevrilməlidir. ABŞ-də Milli Təhsil Assosiasiyasının apardığı araşdırmalara görə, təhsildə valideynlərinin iştirakı yüksək olan şagirdlər daha yaxşı akademik nəticələr göstərir, sosial mühitə asan adaptasiya olur və məsuliyyət hissi erkən formalaşır.

Azərbaycanda isə valideynlərin məktəb həyatında iştirakı, əsasən, formal xarakter daşıyır. Valideyn iclasları, məktəb tədbirlərinə dəvətlər və ya vaxtaşırı görüşlər bəzən sadəcə protokol səviyyəsində həyata keçirilir. Halbuki müasir təhsil yanaşmalarına görə, valideyn yalnız “müşahidəçi” deyil, təhsil prosesinin bir hissəsidir. Onun iştirakçılığı həm uşağın motivasiyasına, həm də təhsil mühitinin sağlamlaşmasına bilavasitə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarovun məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əsas problemlərdən biri məktəblərdə davamlı və səmərəli kommunikasiya mexanizmlərinin formalaşmamasıdır. Müəllimlər çox vaxt valideynlə əlaqəni sadəcə şagirdin qiyməti və ya davranış pozuntusu kontekstində qururlar. Bu isə qarşılıqlı inamın zəifləməsinə, əməkdaşlıq mühitinin formal xarakter almasına səbəb olur. Digər tərəfdən, valideynlərin özləri də məktəbin daxili qaydaları, təhsil prosesi, psixoloji-pedaqoji metodlar barədə yetərli məlumata malik olmadıqları üçün bəzən müdaxilə ilə dəstəyi səhv salırlar.

Dünya təcrübəsində, xüsusilə Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə valideyn–məktəb əməkdaşlığı təşkilati səviyyədə idarəolunan bir sistemdir. Burada “Valideyn şuraları” yalnız simvolik orqan deyil, məktəbin inkişaf planlarında, sosial layihələrində, tədris mühitinin yaxşılaşdırılmasında real iştirakçı rolundadır. Bu mexanizmlər həm valideynlərin mənəvi dəstəyini, həm də maddi töhfəsini stimullaşdırır. Məsələn, bir çox Avropa ölkələrində məktəblərin büdcəsinin müəyyən hissəsi valideyn icmalarının könüllü fondları hesabına formalaşır. Bu fondlar vasitəsilə məktəblərdə laboratoriyalar, kitabxanalar, yaradıcılıq məkanları yaradılır. Amma bu mexanizmlər şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır — valideynlər hər bir xərclə bağlı məlumat əldə edir, qərarların qəbulu prosesinə cəlb olunurlar.

Azərbaycanda bu təcrübəni tətbiq etmək üçün ilk növbədə üç əsas istiqamətdə iş aparılmalıdır:

Valideyn–məktəb əməkdaşlığının səmərəliliyini artırmaq üçün ən vacib istiqamətlərdən biri informasiya və kommunikasiya mexanizmlərinin müasirləşdirilməsidir. Müasir dövrdə valideynin məktəblə əlaqəsi artıq təkcə görüşlər və iclaslarla məhdudlaşmamalı, rəqəmsal mühitin imkanları üzərindən davamlı, operativ və şəffaf şəkildə qurulmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin bu ildən istifadəyə verdiyi rəqəmsal valideyn–məktəb platforması mühüm yenilik kimi dəyərləndirilə bilər. Yeni sistem valideynlərin övladlarının dərs davamiyyəti, qiymətləndirmə nəticələri, müəllim rəyləri və məktəbin gündəlik fəaliyyəti barədə real vaxt rejimində məlumat əldə etməsinə imkan yaradır. Bu, valideynlərin təhsil prosesinə bilavasitə qoşulmasını təmin edir.

Platforma, həmçinin müəllim və valideyn arasında iki istiqamətli ünsiyyət kanalı formalaşdırır. Artıq valideyn məktəbə gəlmədən, elektron sistem vasitəsilə müəllimə və ya məktəb rəhbərliyinə müraciət edə, təklif və müşahidələrini bölüşə bilər. Belə bir mexanizm həm nəzarət, həm də dəstək funksiyasını yerinə yetirir. Bir tərəfdən, valideyn övladının təlim nəticələrini izləməklə məsuliyyət hissini gücləndirir, digər tərəfdən məktəbə etimad artır, şəffaflıq mühiti formalaşır. Bu platforma valideynlərin mənəvi dəstəyini gücləndirməklə yanaşı, gələcəkdə ictimai resursların səmərəli yönləndirilməsi üçün də mühüm vasitəyə çevrilə bilər. Əsas məqsəd bu texnoloji yeniliyi sadəcə məlumat mübadiləsi üçün deyil, sosial tərəfdaşlıq aləti kimi dəyərləndirməkdir. Əgər valideynlər bu platformada aktiv iştirak etsə, müəllimlər rəqəmsal ünsiyyət mədəniyyətini mənimsəsə, məktəb rəhbərləri isə məlumatların analitik təhlilini idarəetməyə tətbiq etsə — bu, təhsil sistemində keyfiyyət dəyişikliklərinin başlanğıcı ola bilər.

Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü valideyn–məktəb əlaqələrinin rəqəmsallaşması istiqamətində atılmış strateji addımdır və təhsil prosesində şəffaflıq, hesabatlılıq və inam mədəniyyətinin formalaşması üçün real baza yaradır.

Valideynlərin təhsil prosesində fəal iştirakının digər vacib istiqaməti sistemli maarifləndirmə işinin təşkilidir. Belə ki, səmərəli tərəfdaşlıq üçün valideynlərdə - uşağın inkişafına elmi, psixoloji və pedaqoji baxımdan doğru yanaşma bacarığı formalaşdırılmalıdır. Məktəb psixoloqları, sosial pedaqoqlar və təcrübəli müəllimlər tərəfindən valideynlər üçün seminarlar, təlimlər və “Ailə məktəbləri” təşkil olunması bu sahədə ən təsirli üsullardan biridir. Belə təşəbbüslər valideynlərə uşağın yaş dövrlərinə uyğun emosional və intellektual inkişaf xüsusiyyətlərini anlamağa, davranış problemlərinə düzgün reaksiya verməyə və övladlarının təlim motivasiyasını gücləndirməyə kömək edir.

Valideynin maarifləndirilməsi prosesində yalnız məktəbin və psixoloqların deyil, həm də təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı mühüm əhəmiyyət daşıyır. Bu qurumlar uzun illər ərzində cəmiyyətin müxtəlif təbəqələri ilə işləmək təcrübəsinə malik olduqları üçün, həm valideyn auditoriyasına çevik çıxış imkanına, həm də maarifləndirici layihələrin həyata keçirilməsində bir çox üstünlüklərə sahibdirlər.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə QHT-lərlə sıx əməkdaşlıq mexanizmləri formalaşdırmalıdır. Belə tərəfdaşlıq çərçivəsində “Ailə və məktəb tərəfdaşlığı” mövzusunda pilot layihələr, regional təlim proqramları, ictimai diskussiyalar və maarifləndirici media kampaniyaları təşkil edilə bilər. QHT-lərin bu prosesə cəlb edilməsi, həm də ictimai nəzarətin və hesabatlılığın güclənməsinə, təhsil siyasətinin daha inklüziv xarakter daşımasına şərait yaradar.

“Ailə məktəbləri” konsepsiyası bir çox inkişaf etmiş ölkələrdə öz səmərəliliyini sübut edib. Azərbaycanda da bu təcrübənin tətbiqi vacibdir. Valideyn maarifləndirilməsi təkcə mühazirə formatında deyil, həm də interaktiv müzakirələr, təcrübə paylaşımları, birgə layihələr şəklində həyata keçirilə bilər.

Valideyn maarifləndirilməsi, əslində, təhsilin keyfiyyətinə dolayı, amma dərin və davamlı təsir göstərən bir prosesdir. Belə olduğu təqdirdə valideynlər nəzarətçi deyil – əməkdaş, tənqidçi deyil – tərəfdaş, müşahidəçi deyil – iştirakçı funksiyasını yerinə yetirməyə başlayacaq. Belə bir yanaşmanın formalaşması uşağın şəxsiyyətinin hərtərəfli və harmonik inkişafının təmin olunması üçün daha optimal şərait yaradır.

Valideyn – məktəb əməkdaşlığının inkişafında üçüncü istiqamət kimi maddi və mənəvi dəstək mexanizmlərinin formalaşdırılmasını qeyd edə bilərik. Belə ki, məktəbin inkişafı təkcə dövlət resursları ilə deyil, həm də valideynlərin könüllü dəstəyi ilə güclənə bilər. Bu dəstək, düzgün qurulmuş şəffaf mexanizmlər vasitəsilə həyata keçirilərsə, həm təhsil müəssisəsinin maddi bazasını, həm də ictimai etimadı artırar.

Valideynlərin məktəbə maliyyə və ya resurs dəstəyi göstərməsi üçün ictimai fondlar, könüllü ianə platformaları və hesabatlı idarəetmə sistemləri yaradılmalıdır. Beləliklə, hər bir valideyn verdiyi töhfənin necə istifadə olunduğunu görə, məktəbin inkişafında pay sahibi kimi özünü hiss edə bilər.

Eyni zamanda, valideynlərin mənəvi motivasiyasını artırmaq üçün sosial təşəbbüslər formalaşdırılmalıdır. Təhsil müəssisələri tərəfindən təşəkkür sertifikatları, “İlin valideyni” adlı mükafatlar, yerli mediada ailə-nümunə təqdimatları kimi addımlar bu sahədə mühüm rol oynaya bilər. Belə mexanizmlər valideynləri sadəcə yardımçı deyil, məktəbin tərəfdaşı və birgə dəyərlərin daşıyıcısına çevirir. Nəticədə məktəb cəmiyyətlə birləşir, təhsil prosesinə həm mənəvi, həm sosial, həm də iqtisadi dayanıqlıq qazandırılır.

Əməkdaşlığın əsas məqsədi nə valideynin məktəbə müdaxiləsi, nə də müəllimin valideyni yönləndirməsi olmalıdır. Əsl tərəfdaşlıq — qarşılıqlı inam, məsuliyyət və məqsəd birliyi üzərində qurulmalıdır. Unutmayaq ki, təhsilin keyfiyyəti yalnız məktəbin səyləri ilə deyil, ailə ilə birgə formalaşır. Valideyn uşağın ilk müəllimidir, məktəb isə bu təməli inkişaf etdirən ikinci vacib mühitdir. Bu iki güc birləşəndə, həm fərdin, həm də cəmiyyətin gələcəyi daha sağlam olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri