Icma.az
close
up
RU
Məktəb psixoloqları nə işlə məşğuldur? Valideynlər diqqətli olmalıdır

Məktəb psixoloqları nə işlə məşğuldur? Valideynlər diqqətli olmalıdır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Son illər ölkə təhsilində qabarıq görünən mövcub problemlərdən biri də orta məktəblərdə psixoloqların fəaliyyətsizliyidir.

Bu barədə dəfələrlə BAKU.WS-in "qaynar xətti"nə dəfələrlə valideynlər şikayətlərində bildiriblər. Şikayətçilərin sözlərinə görə, bəzi məktəblərdə psixoloqların adları olsa da, özləri gözə dəymir. Bəziləri isə psixoloqların uşaqlarla heç ünsiyyətdə olmadığından şikayətlənirlər.

Əslində isə orta məktəblərdə nə baş verir?

Qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda orta məktəblərdə psixoloqların işi həqiqətən də ürəkaçan deyil.

Onun sözlərinə görə, bəzi valideynlər övladlarını psixoloqlara aparmaq istəmir. Məktəblərdə də psixoloqların işinin öhdəsindən gəlməməsi vəziyyəti daha da qəlizləşdirir. Beləliklə də, problemli şagirdlərin davranışı idarəolunmaz hala düşür.

"Məktəb psixoloqları mövzusuna gəldikdə isə vəziyyət ürəkaçan deyil. Çox vaxt onlar sadəcə "varmış kimi" görünürlər. Əslində isə uşaqlarla fərdi işləmək, valideynlərlə əlaqə qurmaq, real dəstək vermək lazımdır. Kağız üzərində hesabat yazmaqla iş bitmir. Psixoloq uşağın məktəbdə özünü güvənli hiss etməsi üçün əsas dayaq olmalıdır", - deyə Nigar Əhmədova bildirib.

Nervpotoloq, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, məktəblərdə həqiqi psixoloqlara böyük ehtiyac var.

"Bir həkim olaraq xəstəxanada müşahidə etdiyim hallar göstərir ki, bir çox psixoloji problemlər - aqressiya, panik atak, sosial fobiya, diqqət pozuntusu, erkən yaşda depressiv əlamətlər - vaxtında aşkarlansaydı, daha ciddi mərhələyə çatmazdı. Bu aşkarlama üçün ən uyğun mühit məktəbdir. Lakin təəssüf ki, mövcud reallıq göstərir ki bəzi məktəblərdə psixoloq xidməti kağız üzərində mövcuddur, praktikada yox. Bir psixoloqa yüzlərlə, bəzən minlərlə şagird düşür. Bu halda fərdi müşahidə və dəstək gözləmək real deyil", - deyə həkim vurğulayıb.

Vüsalə Nuriyevanın fikrincə, psixoloqun rolu formal sənəd işləri ilə məhdudlaşdırılıb:

"O, emosional dəstək verən mütəxəssis yox, "akt tərtib edən məmur" kimi qəbul edilir. Diaqnostika aparılmır, yalnız "problem olanda müdaxilə" edilir. Halbuki psixologiyada əsas prinsip profilaktikadır. Problem yaranmazdan əvvəl müdaxilə etmək lazımdır".

Həkim əlavə edib ki, valideyn-psixoloq əlaqəsi zəifdir:

"Valideynlərin əksəriyyəti psixoloqun kim olduğunu belə tanımır. Həkim kimi mənim qarşımda tez-tez aşağıdakı hallarla rastlaşıram. Düşünək, əgər hansısa uşağa məktəbdə vaxtında dəstək olunsaydı, həmin şagird illər sonra qarşımıza necə çıxardı? Bu halların çoxu müalicə mərhələsində deyil, məktəb mərhələsində həll edilməliydi".

Bəs orta məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı narazılıqlar barədə rəsmi qurumda nə düşünürlər?

Məktəbəqədər və Ümumi Təhsİl üzrə Dövlət Agentliyindən BAKU.WS-ə bildirildi ki, hazırda məktəblərdə psixoloqlar fəaliyyət göstərir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli müvafiq qərarına əsasən ümumi orta və tam orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir. Eyni zamanda, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Hazırda ölkə üzrə (Naxçıvan MR istisna olmaqla) fəaliyyət göstərən ümumtəhsil müəssisəsilərində çalışan psixoloqların sayı 3000-dən çoxdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 350-ə yaxın ümumtəhsil müəssisəsində çalışan psixoloqların sayı isə 500 nəfərdən çoxdur. Bununla yanaşı, "Məktəblinin dostu" layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində şagirdlərə dərs prosesi və tənəffüs zamanı seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir, dəstək göstərilir".

Qeyd edək ki, psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir.

Psixoloji xidmətin təşkilində əsas məqsəd aşağıdakılardan ibarətdir:

Təhsilalanların akademik nailiyyətlərinin artırılması.

Təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması.

Təhsil müəssisəsində təhlükəsiz və sağlam mühitin yaradılması.

Təhsilalanların mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi.

Ailə-təhsil müəssisəsi münasibətlərinin tənzimlənməsi.

Göründüyü kimi, qanunla təhsilimizdə hər şey qaydasında olsa da, cəmiyyətimizdə bu yetərincə hiss edilmir.

Ziya SƏCCAD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Oktyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri