Icma.az
close
up
RU
Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir. 

Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır. İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də "Biznes mühitini və vergi yükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə buradan tanış olmaq mümkündür. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri