Azərbaycanda vətən axtarmağı dayandırmalıyıq Paşinyan
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistanı təkcə Azərbaycanda deyil, Türkiyədə də “axtarmaq” lazım deyil”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
Çıxışında Ermənistanın qonşu ölkələrə ərazi iddialarına toxunan hökumət başçısı qeyd edib:
“İranda axtarmamalıyıq, Gürcüstanda da axtarmamalıyıq. Biz öz vətənimizi əraziləri beynəlxalq səviyyədə tanınmış dörd qonşumuzda axtardıqda, onların da öz vətənlərini beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində axtarmasına qapı açmış oluruq. Belə çıxır ki, biz dörd yerdə axtarırıq, onlar isə dördü birlikdə bizim ölkəmizdə axtarırlar”.
Paşinyanın sözlərinə görə, Ermənistan ermənilərin xəyallarındakı vətəndir:
“Biz çox çətinliklə başa düşdük ki, vətən dövlətdir və bundan kənarda başqa vətən yoxdur. Biz də həmin vətəni - Ermənistan Respublikasını və onun ərazi bütövlüyünü (Azərbaycanın ərazi bütövlüyünü tanımaqla) tanımaq qərarına gəldik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















