Almaniyada gənclər kütləvi etiraz aksiyalarına hazırlaşırlar
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Gen Z regelt" ("Z nəsli bunu həll edəcək") gənclər təşəbbüsü 31 oktyabr şənbə günü Almaniyanın 21 şəhərində kütləvi etiraz aksiyalarına çağırış edib.
Redaktor.az xəbər verir ki, minlərlə gəncin Berlin, Köln, Hamburq, Münhen və digər şəhərlərin küçələrinə çıxaraq məktəblərdəki problemlərə, büdcə qənaət siyasətinə, artan yaşayış xərclərinə, sosial bərabərsizliyə, hərbi xidmətə çağırışa və iqlim dəyişikliyinə etiraz edəcəyi gözlənilir.
Etirazlar Fransada balaşmaya qarşı etirazların toqquşmalara, iğtişaşlara və yanğınlara çevrildiyi bir vaxtda gündəmə gəlib.
Almaniya etirazlarının təşkilatçıları həm insanlara, həm də əmlaka qarşı hər hansı bir zorakılığa qarşı olduqlarını vurğulayıblar. Polis nümayişlərin təhlükəsizliyini təmin etmək və vətəndaşların dinc toplaşmaq və ifadə hüquqlarını qorumaq niyyətində olduqlarını açıqlayıb.
Bu arada, Fransa, İtaliya və İspaniyadakı iğtişaşlar Almaniyada narahatlıq yaradıb. Hökumət solçu radikalların və ekstremistlərin etirazlardan sui-istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Almaniya federal polis məmurlarının maraqlarını təmsil edən ÜDM həmkarlar ittifaqının rəhbəri Andreas Rosskopf hüquq-mühafizə orqanlarının hər hansı bir asayişin pozulmasının qarşısını qətiyyətlə alacağını bildirib. O bildirib ki, radikallar etirazçıların sıralarına daxil olaraq polisə hücum etməyə və ya dağıntılara təhrik etməyə cəhd edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Oktyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















