Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin” FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifadə edərək "xüsusi menyu" adı ilə təqdim etdiyini bildirib.
Milli.Az xəbər verir ki, məşhur aşpaz bu barədə belə xəbərdarlıq edib: "Restoranda 'günün şorbasını' sifariş etməzdən əvvəl, dünənki 'günün şorbası' nə idi - onu soruşun. Çünki bəzən o şorba sadəcə 'ayın şorbası'na çevrilir."
Remzi əlavə edib ki, yeni bir restorana gedəndə sifariş verməzdən əvvəl qarsonlardan məsləhət aldığını deyir: "Bu, restorandan restorana dəyişir, amma qarsonlar adətən menyudakı bir çox yeməkləri dadır. Onlar sizə aşpazın hansı yeməklərə üstünlük verdiyini və yerli müştərilərin nələri sevdiyini izah edə bilərlər. Səyahət zamanı ən yaxşı tövsiyələri adətən qarsonlardan alıram."
Qordon Ceyms Remzi - 8 noyabr 1966-cı ildə Şotlandiyanın Constoun şəhərində anadan olub, İngiltərədə böyüyüb. O, dünyaca tanınmış aşpaz, restoran sahibi, televiziya siması və yazardır.
1998-ci ildə Londonda açdığı "Restaurant Gordon Ramsay" qısa müddətdə üç Michelin ulduzu qazanıb və bu statusunu bu günədək qoruyur. Hazırda Remzi Londondan Nyu-Yorka, Dubaydan Sinqapura qədər dünyanın müxtəlif şəhərlərində 30-dan çox restoranın sahibidir.
Karyerası ərzində ümumilikdə 7 Michelin ulduzu qazanan aşpaz, yeməklərində sadə, lakin yüksək keyfiyyətli inqrediyentlərə, güclü dad balansına və mükəmməl texnikaya böyük önəm verir.
Bundan başqa, o, bir çox mətbəx kitablarının müəllifidir və həm qastronomiya, həm də televiziya sahəsində onlarla beynəlxalq mükafat qazanıb.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















