Azərbaycanda xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır TƏBİBdən virus hazırlığı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki Yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur.
Modern.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.
"Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar.
Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur".
Qeyd edək ki, Səhiyyə nazirliyi yeni yayılan metapnevmovirusla bağlı məlumat yayıb, əhalini peyvənd olunmağa çağırıb.
Baxış sayı:111
Bu xəbər 07 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















