Icma.az
close
up
RU
Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər işləmir Deputat

Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər işləmir Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"283 min işsizdən 169,5 mini, yəni, 60 faizi işsiz kimi uçota alınır. Onun da 94 faizi işlə təmin olunub. Bu məsələ belə deyil. Sorğular aparılsa, yerlərdə insanların əksəriyyəti işsizdir. Burada müsbət qarşılanan iki məqam var. İşsiz hesab olunan insanların 6 faizinə işsizliyə görə sığorta haqqı verilir. 10 faizi isə özünüməşğulluq proqramına cəlb olunub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər belə işləmir:

"Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir. Ona görə xüsusi məqsədli proqramlar hazırlanmalıdır ki, heç kəsin işləmədiyi ailələrdə azı 1 nəfərin işləməsi istiqamətində real işlər görülsün. Azərbaycanda son vaxtlar insanların gündəlik tələbatlarını ödəmək üçün aldığı malların qiymətində 1,5 dəfə artım var. Belə halda ailədə bir nəfər işləyəndə 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Bizdə orta əməkhaqqı ondan 13 faiz aşağıdır. Muzdla işləyən insanların yarıya qədərinin aldığı vəsait isə ondan 1,8 dəfə aşağıdır. Beləliklə, bir nəfərin işləməsi indiki reallıqda ailənin dolandırılması üçün çətindir. Ona görə də qadınların işləyə biləcəyi sahələrin dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılmalıdır".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri