Icma.az
close
up
RU
Azərbaycanda yağışın yağması üçün bunu edəcəklər Bahalı layihədir...

Azərbaycanda yağışın yağması üçün bunu edəcəklər Bahalı layihədir...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Payız fəslinə xas olan hava əsasən yağıntılarla müşahidə olunsa da, bu il ölkəmizdə yağmurlu hava şəraiti çox az qeydə alınıb. Qonşu ölkələrdə, məsələn, İranda bu prosesə müdaxilə etmək üçün buludların üzərinə xüsusi maddələrin səpildiyi deyilir. İddia edilir ki, bütün bunlar ekologiya savaşı ilə əlaqəlidir.

Bəs deyilənlərdə doğruluq payı varmı?

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, payız fəslində yağışların müşahidə olunmaması bir neçə səbəblə əlaqələndirilir:

“Müəyyən periodlarda, xüsusən yay və yaz aylarında ölkə ərazisində həddindən artıq yağış yağıb. Bildirilib ki, Bakı şəhəri üçün illik yağıntı norması 150–200 mm təşkil edir. Məxsivan (Naxçıvan) üçün bu göstərici təxminən 200–300 mm-dir. Lənkəran–Astara zonasında, eləcə də Balakən–Zaqatala regionlarında isə illik norma digər bölgələrlə müqayisədə daha yüksəkdir.

Əvvəlki aylarda yağıntının normaya yaxın və ya normadan artıq olması səbəbindən müəyyən müddət quraqlıq yaşanması mümkündür. Bu, iqlim balansından irəli gələn təbii proses hesab olunur. Həmçinin qeyd edilir ki, bəzi ölkələrdə, o cümlədən İranda yaranan problemlərlə bağlı süni şəkildə kimyəvi üsullarla yağış yağdırılması praktikasından istifadə olunur.

Burada əsasən ağırlaşdırıcı material kimi gümüş tozundan istifadə olunur və gümüş tozu müəyyən hündürlüyə qədər qaldırılaraq buludların üstünə səpilir. Səpilərkən dərhal o, özünü adsorbsiyaya verərək nəmli suları, yağışlı suları özünə çəkir və onları müəyyən istiqamətə yönəltmək mümkündür”.

Ekoloqun sözlərinə görə, bu metod tətbiq olunmuş metoddur:

“Hətta bir dəfə Qətər hökuməti bu metoddan istifadə edib və nəticədə həddindən artıq yağışlar yağdı. Yəni, layihə bahalıdır, həddindən artıq xərc tələb edir, ancaq mümkünsüz deyil. Azərbaycanda da yağışların yağdırılması üçün bu tipli üsullardan istifadə etməyi planlaşdırırdılar. Ancaq onu deyim ki, bu, o qədər də effektiv metod deyil. Çünki yağışlar bir sahədən başqa bir sahəyə yönəldilir və bu da həmin bölgələrdə yağışsız, yəni quraq mühitin yaranmasına şərait yaradır. Əgər İran bunu tətbiq etsə, çox güman ki, Azərbaycana da bunun mənfi təsirləri ola bilər. Çünki əsasən həmin istiqamətə yönələcək. Gümüş tozu çox sürətlə adsorbsiyaya uğrayaraq atmosferin yuxarı qatlarında bütün bu nəmli suları özünə toplayır və onu dərhal yağışa çevirə bilir”.

S.Həsənov qeyd edib ki, bunun mənfi təsirləri həm İranın özü, həm də bizim və digər region ölkələrinin hər biri üçün çox təhlükəli ola bilər:

“İqlimdə baş verən kəskin dəyişikliklər artıq öz fəsadlarını göstərməkdədir. Bildiyimiz kimi, temperatur 1,5°C həddini keçibdir və 2°C-ə çatmaması üçün Paris İqlim Konfransı çərçivəsində saziş imzalanıbdır ki, ölkələr bu həddin aşılmasına imkan verməsinlər. Bu da əsasən emissiyaların azaldılmasına bağlıdır. Yəni yanacaqdan daha az istifadə olunması və atmosferə zərərli maddələrin atılmasının minimuma endirilməsi tələb olunur”.

Meteoroloq Cavid Hüseynov isə saytımıza açıqlamasında yağıntısız hava şəraitinin səbəbini belə açıqlayıb:

“Aparılan tədqiqatlar və müşahidə edilən təbii proseslərin gedişi göstərir ki, müasir iqlim dəyişmələri özünü zaman və məkana görə  müxtəlif formalarda biruzə verir.  Belə ki, Yer kürəsində orta illik temperatur göstəricilərində artımlar,  bir regionda yağıntıların orta çoxillik normadan dəfələrlə artıq düşməsi, digər regionda isə əksinə olaraq azalması, quraqlıq risklərinin artması, bəzi çayların quruması, buzlaqların tədricən əriməsi kimi hadisələr müşahidə edilməkdədir. Eyni zamanda tornado, qasırğa, şiddətli küləklər, subasma və daşqınların təkrarlanma tezliyi də artmışdır”.

Ekspertin sözlərinə görə, bu dəyişmələr fonunda Azərbaycanın temperatur və yağıntı rejimində də müyyən tərəddüdlər müşahidə edilməkdədir:

“Hesablamalar göstərir ki, ölkə üzrə orta illik temperatur göstəricilərində 0,4-1,3℃-yə qədər artımış, yağıntılar isə yüksəkliklər üzrə qeyri-bərabər paylanılmışdır. Məsələn, dəniz səviyyəsindən 200-500 m yüksəklikləri əhatə edən ərazilərdə yağıntıların orta çoxillik  miqdarında, təxminən 70 mm azalma, 500 m-dən yüksək olan zonalarda isə yağıntıların miqdarı 10-70 mm artm müşahidə edilir.

Dünyada  iqlim dəyişmələrinin əsas səbəblərindən biri də insan cəmiyyətinin əməli fəaliyyətidir və son zamanlarda, bu amil özünü daha çox biruzə verməkdədir. Əlbəttə, dünya praktikasında buludları simulyasiya etmək, yağıntı yağdımaq və digər  təcrübələr hal-hazırda tətbiq olunmaqdadır. Buna oxşar digər “iqlim bombalarının” tətbiqi də istisna edilmir. Lakin konkret olaraq, hansı məkanda və hansı zamanda tətbiq edilməsi iddiasını təsdiq edən elmi sübutlara və əsaslandırılmalara ehtiyac vardır”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri